Month: September 2021

  • Prezident: “Kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü”

    “Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq?”.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

    “Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur.

    Lakin Tərtər şəhəri, əlbəttə, daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı..

    Deməliyəm ki, bəzi Qərb dairələri də bu niyyətdə idi, çünki bəzi müsahibələrim zamanı və ya müsahibədən sonrakı söhbətlərdə bəzi qərbli müxbirlər mənə təəccüblə deyirdilər ki, biz ermənilərin atəşlərindən həlak olmuş insanların dəfnində iştirak etmişik və orada heç bir narazılıq görməmişik, əksinə, hamı Sizin haqqınızda danışır, hamı Sizə təşəkkür edir, hamı istəyir ki, Siz bu işi sona çatdırasınız. Vəziyyət belə idi.

    Tribunal məsələsinə gəldikdə isə, bilirsiniz, yaxşı məlumdur ki, hərbi cinayətlər üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır və son illərin hadisələri bunu dəfələrlə sübut edib. Ermənistanın Qərbdə mövcud olan bu cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb ölkələri ilə xüsusi münasibətləri nəzərə alınmaqla, tam səmimi deyirəm, bizim buna nail olacağımıza ümid etmək çətindir. Hətta buna nail olsaq belə, onun Azərbaycana qara yaxmaq üçün növbəti vasitəyə çevrilməyəcəyinə, ədalətli məhkəmə olacağına zəmanət yoxdur. Lakin bununla bərabər, əlbəttə, müharibə dövründə törədilmiş hərbi cinayətlərlə bağlı bütün faktlar sənədləşdirilib və təbii ki, biz hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcəyik.

    İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə – bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə aparırıq. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, biz təbii ki, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik”.

  • Ali Baş Komandan: “Müharibədə PUA-ların tətbiqi zamanı səhvlərimiz olmadı”

    Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində əldə etdiyimiz qələbədən və döyüşlərdə PUA-ların rolundan da danışıb.

    Dövlət başçısı bununla bağlı fikirlərini Rusiyanın “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə bölüşüb:

    “Döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında – həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab verməyə razılaşırdım, çünki vəziyyət barədə həqiqəti – nələr baş verdiyini, münaqişənin səbəblərinin nədən ibarət olduğunu, kimin işğalçı və kimin işğal qurbanı olduğu barədə həqiqəti mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətini çatdırmağı vacib hesab edirdim. Ona görə ki, bir sıra ölkələrdə yetərincə effektiv olan erməni təbliğatı və erməni diaspor təşkilatları onilliklər ərzində bu münaqişə barədə yalan təsəvvür yaradırdılar. Hətta hərbi əməliyyatların başlanğıcına və bəzi ölkələr tərəfindən qəbul edilmiş qərarlara nəzər salsaq, onlar, sadəcə, heç bir məntiqə uyğun gəlmir. Azərbaycan işğala məruz qalanda ABŞ Konqresi Azadlığa Dəstək Aktına bədnam 907 nömrəli düzəliş qəbul etdi. Bu düzəliş Azərbaycanı ABŞ-ın birbaşa hərbi yardımından məhrum etdi, özü də təkcə hərbi yardımından yox. Zərərçəkmiş ölkə olan biz, əslində, ayrı-seçkiliyə məruz qaldıq. Yeri gəlmişkən, bu düzəlişin qəbul edilməsində ABŞ-ın sonrakı rəhbərləri, administrasiyada çox yüksək vəzifələr tutmuş və indi də tutan rəhbərlər çox böyük rol oynayıblar. Bu düzəlişi belə əsaslandırırdılar ki, guya Azərbaycan Ermənistanı mühasirəyə alıb. Təsəvvür edin, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları işğal edilib və bunu Ermənistanın mühasirəyə alınması adlandırırlar. Bunu ona görə deyirəm ki, erməni diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan kütləvi informasiya vasitələri münaqişənin mahiyyətini təhrif edirdilər. Yəni, Ermənistanın etnik təmizləmələr aparmış, Xocalıda soyqırımı törətmiş, bütün tarixi və mədəni binaları dağıtmış təcavüzkar, işğalçı olması – bütün bunlar gizlədilirdi. Azərbaycan isə, hansısa bir monstr, totalitar, avtoritar ölkə kimi təqdim edilirdi. İstər “Washington Post”, istər “New York Post”, istər “Figaro”, istərsə də ABŞ-ın, Fransanın, Almaniyanın və bir sıra digər ölkələrin başqa kütləvi informasiya vasitələri ölkəmizi “Əliyevin diktator rejimi” adlandırırdılar. Beləliklə, erməni diasporunun hakimiyyəti – o isə Ermənistan Respublikasının hakimiyyətindən qat-qat güclüdür, – elə fon yaradır və şayiə yayırdı ki, belə diktator ölkədə erməni əhali özünü təhlükəsiz hiss edə bilməz və bu səbəbdən Dağlıq Qarabağ ayrılmalıdır və Dağlıq Qarabağ müstəqil statusa malik olmalıdır, halbuki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada hamı sülh və həmrəylik şəraitində yaşayır.

    Bütün bunlar belə bir fabula ətrafında formalaşırdı və bu şəraitdə bizim həqiqəti deməyimiz, əlbəttə, çox çətin idi, çünki bizim media resurslarımız ermənilərin müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə və ya döyüş meydanında hər gün baş verənlərə uyğun olmayan bircə kəlmə də deməmişəm. Erməni tərəfi müharibə dövründə nələr baş verməsi və daha əvvəl nələr olması barədə öz xalqına yalan deyir, dünya birliyini aldadırdı. Buna görə də əlbəttə, düşünürəm ki, ilk növbədə, onların tezisləri inandırıcı deyildi, əslində, onlar özlərini hörmətdən saldılar və biz baş verənlər barədə həqiqəti çatdıra bildik. Yeri gəlmişkən, “Rossiya” telekanalına təşəkkür edirəm ki, bu efiri təşkil etdi, bizim öz mövqeyimizi birbaşa efirdə ifadə etməyimizə imkan yaratdı. İstər döyüş meydanında, istərsə də informasiya məkanında belə dürüst mübarizə gedəndə, əlbəttə, erməni tərəfin şansı ola bilməzdi”.

    Prezident jurnalistin “44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, ilk növbədə, dronlar müharibəsi adlandırırlar. Əlbəttə, İkinci Qarabağ müharibəsinin, necə deyərlər, vizit vərəqi olan bu amil Azərbaycanın pilotsuz uçuş aparatlarının bütün siniflərindən nə dərəcədə genişmiqyaslı və səmərəli istifadə etdiyini göstərir. Bu, XXI əsrin müharibəsi idi, eyni zamanda, çox böyük sayda uçuş aparatları kəşfiyyat, aşkar olunmuş hədəflərin məhv edilməsi funksiyalarını yerinə yetirirdi. Siz Ali Baş Komandan kimi bu qurğuların döyüşdə tətbiqinin fenomenal uğurlu təcrübəsi barədə danışa bilərsinizmi? Ona görə ki, bu münaqişəyə qədər istər Amerika Birləşmiş Ştatlarının, istərsə də hətta İsrailin bu cür yüksək texnoloji, uğurlu, səmərəli müharibə təcrübəsi yox idi. Siz buna necə, nəyin sayəsində nail oldunuz?” sualını da cavablandırıb:

    “Siz tamamilə haqlısınız. İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik, çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Buna görə bu əməliyyat tez başa çatdı. Sonradan biz başqa aparatlar da almağa başladıq, yəni 2016-cı ilin aprelində biz “Harop” PUA-larından istifadə edirdik. Sonra biz İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr, konkret desək, “Sky Striker” almağa başladıq. İndi bu, heç kəs üçün sirr deyil, ona görə ki, bunu gizlətməyin mənası yoxdur. Siz dediyiniz kimi, həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da aldıq. O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA-lar istehsalına başlamamışdı. Onlar bu istehsala başlayan kimi mənim fikrimcə, biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kəşfiyyat, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli olduğunu göstərdi. Lakin əlbəttə, belə demək olarsa, pilotsuz uçuş aparatları arasında vəzifələrin bu cür əlaqələndirilməsi və bölgüsü aparılmalı idi.

    “Bayraktar”lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə, bəzən hava şəraiti buna əngəl törədirdi, lakin əksər günlərdə hava aydın olduğu üçün onlar, ola bilsin kiçik fasilələrlə, praktiki olaraq hər gün işləyirdi. İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi. Onların hədəflərinin siyahısı da fərqli idi, çünki kəşfiyyat xarakterli döyüş sursatının məhvedici qüvvəsi “Roketsan” raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər “Harop” ilə, zirehli texnika və digər hədəflər isə əsasən “Bayraktar TB2”lərlə məhv edilirdi. Lakin bildiyiniz kimi, “Harop” birdəfəlik istifadə silahıdır, ona görə də biz “Harop” ilə zərbə endirəcəyimiz hədəfləri çox diqqətlə seçirdik.

    Bundan əlavə, siz də düzgün olaraq qeyd etdiyiniz kimi, “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi və bu, əlbəttə, çox böyük peşəkarlıq, vərdiş tələb edirdi, çünki bu, çox mürəkkəb məsələdir. Çox mürəkkəb. Deməliyəm ki, döyüş əməliyyatları aparılan dövrdə bu sahədə bizim səhvlərimiz olmayıb. Müəyyən nöqsanlar olub, biz onları bilirik, müharibənin gedişində onları düzəldirdik. Mən hər bir addımımızı ideallaşdırmaq fikrindən uzağam. Biz öz xalqımıza da, o cümlədən ordunun rəhbərliyinə də həqiqəti deməyə borcluyuq. Mən nöqsanlara görə dəfələrlə məzəmmət etmişəm, lakin həmin nöqsanlar fundamental xarakter daşımırdı. Pilotsuz uçuş aparatlarının tətbiqi məsələsinə gəldikdə isə burada bizim səhvlərimiz olmayıb”.

  • Кадры из села села Этъемезли Агдамского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Этъемезли Агдамского района.

  • Ağdamın Ətyeməzli kəndi – VİDEO

    Müdafiə Nazirliyi Ağdam rayonunun Ətyeməzli kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Переименован один из институтов Национальной академии наук АР

    Переименован Институт археологии и этнографии Национальной академии наук Азербайджана (НАНА).

    Соответствующее постановление подписал премьер-министр АР Али Асадов.

    Теперь это научное заведение называется Институт археологии, этнографии и антропологии НАНА.

  • Azərbaycanda institutlardan birinin adı dəyişdirildi – QƏRAR

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarından birinin adı dəyişdirilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Arxeologiya və Etnoqrafiya İnstitutunun adı dəyişdirilib.

    Bundan sonra həmin institut Arxeologiya, Etnoqrafiya və Antropologiya adını daşıyacaq.

  • Родственник Саяда Ализаде рассказал о его самочувствии

    Прогресса в состоянии певца Саяда Ализаде, заразившегося коронавирусом, нет.

    Об этом сообщил его родственник Разим Гараев.

    Он с сожалением отметил, что состояние артиста остается стабильно тяжелым.

    “Врачи делают все возможное, лечение продолжается”, – сказал он.

    Отметим, что С.Ализаде находится в Центральном таможенном госпитале и подключен к аппарату экстракорпоральной мембранной оксигенации (ЭКМО).

  • Tanınmış müğənninin son durumu açıqlandı

    “Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində irəliləyiş yoxdur”.

    Bunu Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

    O, təəssüflə bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır:

    “Həkimlər əllərindən gələni edir və müalicələr aparılır”.

    Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

  • İlham Əliyev “Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərini açıqladı

    “Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərindən biri, əlbəttə ki, ilk gün – 30 il ərzində yaradılmış və möhkəmləndirilmiş ilk müdafiə xəttinin yarılması oldu. İndi azad edilmiş əraziləri ziyarət edənlər bu sonsuz xəndəkləri, tank əleyhinə qurğuları, tikanlı məftilləri və yüz minlərlə piyada və tank əleyhinə minaları olan nəhəng mina sahələrini görürlər. İlk gündəcə düşmənin müdafiə xəttini yara bilməsəydik, sonradan bizim üçün daha çətin olacaqdı”.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə “Dəmir yumruq” əməliyyatının əsas mərhələləri barədə danışarkən deyib.

    Ali Baş Komandan bildirib ki, beləliklə, həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından ilk uğurlar çox vacib rol oynadı:

    “Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.

    Mən həmçinin, Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Bizi orada gözləmirdilər və erməni tərəfi bu istiqamətdə hərəkət edəcəyimizi gözləmirdi, düşmən üçün bu, tamamilə gözlənilməz oldu. Hadrutu azad etməyimizdən bir neçə gün sonra da erməni tərəfi inadla israr edirdi ki, onlar Hadruta nəzarət edirlər. Hadrutda bütün hakim yüksəkliklərdə bizim döyüşçülərimiz olsa da, erməni rəhbərliyinin şəhərin alınıb-alınmamasını anlaması bir qədər diletant xarakter daşıdı. Hadrut ətrafındakı bütün hakim yüksəkliklərdə nəzarəti təmin etdikdən sonra mahiyyətcə bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimal itkilərlə girməyimiz sadəcə zaman məsələsi idi.

    Yalnız televiziya efirində şəhər administrasiyasının binası üzərində bayraq qaldıran bir azərbaycanlı hərbçinin mənə Hadrutun alınması barədə məruzə etməsinin göstərilməsindən sonra erməni tərəfinin nağıllar qurmağa davam etmək üçün heç bir arqumenti qalmadı.

    Hadrutdan əvvəl oktyabrın əvvəlində Cəbrayıl azad edilmişdi. Bu, simvolik baxımdan da vacib idi. Çünki Cəbrayıl ilk şəhər idi – buna qədər biz kənd və yaşayış məntəqələrini azad etmişdik. Əlbəttə ki, mühüm mərhələlərdən biri də 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi oldu, çünki Füzuli böyük bir şəhərdir, Qarabağ regionunda əhalisinə görə Ağdamdan sonra ikinci yerdədir.

    Mən həmçinin Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd edərdim. Nəyə görə? Orada çox güclü bir möhkəmləndirilmiş müdafiə rayonu vardı. Bir neçə gün ərzində düşmənin müqavimətini qırmaq üçün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Bəzi istiqamətlərdə düşmən silahlarını yerə ataraq döyüş meydanından qaçdı – onlar özləri 10 min fərarinin olduğunu etiraf etdilər – , bəzi yaşayış məntəqələrində isə sona qədər dayandılar.

    Soltanlı və Əmirvarlının azad edilməsi – Zəngilana gedən yol idi – hadisələrin sonrakı gedişi üçün böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəlincə, əslində onlar artıq oradan qaçırdılar. Çünki müqavimət göstərməyə güc yox idi. Üstəlik, hətta ilk dövrdəki hərbi əməliyyatlar zamanı da erməni tərəfi əks hücuma keçməyə cəhd etməklə səhvlərə yol verdi, bu da hərbi baxımdan tamamilə axmaqlıq idi. Müdafiələrini gücləndirmək əvəzinə bütün qüvvələrini əks hücuma yönəltdilər və tamamilə məhv edildilər.

    Əlbəttə ki, sonrakı əməliyyatlar – Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxış, Laçın rayonunun kəndlərinin – Güləbird və digərlərinin azad edilməsi bizə Laçın dəhlizinə nəzarət etməyə imkan yaratdı. Əslində o, artıq bizim nəzarətimizdə idi.

    Qələbəmizin tacı – Şuşa əməliyyatı idi. İndi Şuşaya gedən hər kəs bizim oraya hara ilə getdiyimizi görə bilərlər. Bu fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Uzun, uzun və uzun günlər meşələrdə, yol olmayan ərazilərdə, yüngül silahlarla, yorulmadan irəli getmək və sonra Şuşanı azad etmək – bu, misilsiz bir cəsarət, əsl qəhrəmanlıqdır!

    Əlbəttə ki, Şuşanın alınması düşmənin belini qırdı, bundan sonra düşmən praktiki olaraq təslim oldu”.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке выросла на 1,57 доллара (2,04%) и составила 78,50 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).