Month: October 2021

  • Məhkəmələrə müraciət üçün rüsumlar – KƏSKİN ARTIRILDI – SİYAHI, MƏBLƏĞLƏR

    Azərbaycanda məhkəmələrə müraciət, iddia qaldırılması üçün dövlət rüsumları dəyişib.

    Bir neçə gün əvvəl prezident İlham Əliyev «Dövlət rusumu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. Yeniliklər məhkəmələrə müraciətlə bağlı tarifləri əhatə edir.

    Ümumilikdə yeniliklərə görə, məhkəmə iddiası üçün rüsumlar artırılıb, indiyədək ödənişsiz olan bəzi iddialar üçün də artıq ödəniş etmək lazım olacaq.

    Belə ki, indiyədək iddiaların həcmindən asılı olaraq dövlət rüsumu iki formada tətbiq olunurdu – məbləği 500 manata qədər olan iddialar üzrə 20 manat, 500 manatdan artıq məbləğ üçün isə 30 manat. İndi isə bu qayda dəyişdirilib. 1000 manata qədər olan iddialar üçün dövlət rüsumu 30 manata qaldırılıb, eləcə də buraya 1000-10 000 manat, 10 000 – 100 000 manat, 100 000 – 1 000 000 manat və 1 000 000 manatdan artıq məbləğdə bölgülər əlavə edilib.

    Nəticədə əvvəllər məsələn 10 min, 100 min və 1 milyon manatlıq  iddialar üçün  30 manat rüsum ödənirdisə, indi bu məbləğ 120 manata, 100 min manatlıq iddiada 390 manata, 1 milyonduq iddia üçün isə 1 290 manata qaldırılıb. İddianın məbləği artdıqca rüsum da yüksəlir və 50 min manata qədər arta bilər.

    Fiziki şəxslərin mülkiyyət və əmlak mübahisələrinə görə iddiaları üçün rüsum 100 manat, eləcədə qiymətləndirilməyən iddialar üçün rüsum da 100 manat müəyyən edilib.

    İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə rüsum əvvəllər 10-20 maat idisə, indi yuxarıda göstərilən qaydada hesbalanacaq, yəni son nəticədə kəskin artacaq.

    İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə dövlət rüsumu 20 manatdan 50 manata qaldırılıb.

    Bundan başqa, qanunun 9.1.9-9.1.11 və 9.1.15-9.1.19 maddələrinin ləğv edilməsi nəticəsində iddia rüsumu ilə bağlı indiyədək mövcud olan güzəştlərin bir hissəsi aradan qaldırılıb.

    Güzəştlərin ləğv edildiyi hallar aşağıdakılardır. Dəyişikliklərdən sonra bu iddialar üzrə də rüsumlar ödəniləcək.

    9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;

    9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;

    9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;

    9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə – dövlət orqanları;

    9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəye minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə – tərəflər;

    Hazırda məhkəmə işləri üzrə rüsumlar aşağıdakı kimidir:

     

    “Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri

    Dövlət rüsumu tutulmalı olan

    hərəkətlər

    Dövlət rüsumunun məbləği
    8.1 Qiymətləndirilən iddia ərizəsinin  verilməsinə görə:  
    8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda                    30 manat
    8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda      30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
    8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda      120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
    8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda   390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi
    8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla)
    8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə  

     

      100 manat

     

     

     

    8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə   100 manat
    8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu
    8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla)
    8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat
    8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
    8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat

     

    Əvvəlki variant isə belə idi: 

     

    Dövlət rüsumu tutulmalı olan hərəkətlər

     

    Dövlət rüsumunun məbləği
    8.1. Məhkəməyə verilən iddia ərizələrindən:  
    8.1.1. iddia qiyməti 500 manatadək olduqda 20 manat
    8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda 30 manat
    8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:  
    8.2.1. iddia qiyməti ilə bağlı olduqda bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu
    8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat
    8.3. Məhkəmə əmri haqqında ərizələrdən 20 manat
    8.4. Apellyasiya və kassasiya şikayətlərindən:  
    8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
     8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat
    8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
    8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 40 manat
    8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
    8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
    8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
    8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 10 manat
    8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat
    8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə 40 manat
    8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat
    8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat
    8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 20 manat
    8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən 30 manat

  • Eldar Əzizovdan yağışın fəsadlarına görə icra başçılarına – Xəbərdarlıq (VİDEO)

    Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair videokonfrans formatında müşavirə keçirilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, videomüşavirədə çıxış edən icra başçısı Eldar Əzizov əvvəlcə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi xidmət sahələrinin rəhbərləri yol verilən nöqsanlara görə ciddi xəbərdar edilib.

    Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür. İcra başçıları “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar.

    Müşavirədə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

    Həmçinin qeyd edilib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihənin icrası uğurla həyata keçirilir. Bu layihə çərçivəsində ölkə başçısının qərarı ilə Bakı şəhərinin kommunal xidmət strukturları lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunur və bu istiqamətdə aparılan işlər davam edir. Ən əsası bu texnika və avadanlıqlardan səmərəli istifadə etmək lazımdır.

    Müşavirədə, həmçinin qarşıdan gələn Zəfər Gününə hazırlıq məsələləri müzakirə edilib, həmin gün ərəfəsində nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

  • Krediti olanların DİQQƏTİNƏ – Müddət uzadıldı – QƏRAR

    Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinə daxil olan tədbirin tətbiqi müddətini uzadıb.

    İqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankının İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılıb.

    Ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb.

    Belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq üç ay müddətinə uzadılıb və 1 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılıb.