Month: October 2021

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

    Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

    Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1986-2002-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edəcək.

    Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.

    Müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

  • Стало известно, где будет похоронен Саяд Ализаде

    Известный певец Саяд Ализаде, скончавшийся от коронавируса, будет похоронен сегодня в Физулинском районе.

    Об этом сообщил его родственник Разим Гараев.

    “В соответствии с завещанием С.Ализаде будет похоронен рядом с родителями”, – сказал он.

    Напомним, артист скончался вчера вечером в Центральном таможенном госпитале, где проходил лечение от COVID-19.

  • Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum oldu

    Koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

    Bu barədə Oxu.Az-a sənətçinin qohumu Razim Qarayev məlumat verib.

    O bildirib ki, sənətçi Füzuli rayonunda torpağa tapşırılacaq:

    “S.Əlizadənin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında dəfn ediləcək”.

    Xatırladaq ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

  • “Qladiator” pərəstişkarlarına şad xəbər

    21 ildir ikinci film üçün gözləyən “Qladiator” pərəstişkarlarına rejissor Ridli Skott şad xəbər verib.

    R.Skott ikinci filmin tezliklə çəkiləcəyini açıqlayıb.

    Qeyd edək ki, “Qladiator” filmi 2000-ci ildə nümayiş olunub. 103 milyon dollar büdcəsi olan film 460 milyon dollar gəlir əldə edib. Böyük populyarlıq qazanan film 5 “Oscar” mükafatına layiq görülüb.

  • Azərbaycan səfiri etimadnaməsinin surətini İranın xarici işlər nazirinə təqdim edib

    Sentyabrın 30-da Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan yeni səfiri Əli Əlizadə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşərək etimadnaməsinin surətini təqdim edib.

    Görüş zamanı qarşılıqlı əlaqələrin daha da inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulanıb və ikitərəfli münasibətlərdə mövcud olan bir sıra məsələlər müzakirə edilib. Səfir fəaliyyəti dövründə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

    //Trend

  • Скончался известный азербайджанский ученый – ФОТО

    Скончался доктор физико-математических наук, профессор Юсиф Асадов.

    Об этом родные профессора сообщили в соцсетях.

    Ю.Асадов много лет проработал руководителем лаборатории в Институте физики НАНА.

    Он также был членом редакционной коллегии журнала “Физика”, Международного общества кристаллографии и Нью-Йоркской академии наук.

  • Tanınmış azərbaycanlı alim vəfat edib – FOTO

    Fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb.

    Bildirilib ki, Yusif Əsədov uzun illər AMEA-nın Fizika İnstitutunda çalışıb, Quruluş və quruluş çevrilmələri laboratoriyasının rəhbəri olub.

    O, eyni zamanda “Fizika” jurnalının redaksiya heyətinin, Beynəlxalq Kristalloqrafiya cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü idi.

  • В азербайджанских селах выпал снег – ВИДЕО

    В селах Хыналыг и Гырыз Губинского района выпал снег.

    Толщина снежного покрова в Хыналыге составила около 2 см, а в Гырызе – 3 см.

  • Azərbaycanın kəndlərinə qar yağdı – VİDEO

    Qubanın Xınalıq kəndinə qar yağıb.

    Məlumata görə, ötən gün axşam saatlarından başlayan qarın hündürlüyü təxminən 2 sm, Qrızda qarın hündürlüyü 3 sm-dir.

  • Yevlaxda güclü külək ağacları aşırdı – VİDEO

    Yağış, ardından əsən güclü külək Yevlaxda bir sıra fəsadlar törədib.

    Baku TV xəbər verir ki, təbiət hadisəsi zamanı rayonun Tanrıqulular kəndi ərazisindəki iri ağacların bir neçəsi kökündən çıxaraq aşıb. Küləyə tab gətirməyən ağacların iri budaqları isə Mingəçevir-Bəhramtəpə avtomobil yoluna düşüb.

    Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

    Yola düşən iri ağacların budaqları aidiyyəti qurumlar tərəfindən təmizlənib.

    Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam etməkdədir.

    Ətraflı süjeti təqdim edirik: