Month: November 2021

  • Braziliyada mağaranın çökməsi nəticəsində doqquz nəfər yanğınsöndürən həyatını itirib

    Braziliyanın Altinopolis qəsəbəsinin ərazisində yerləşən Duas Bokas mağarasının çökməsi nəticəsində doqquz nəfər yanğınsöndürən vəfat edib.

    Bu barədə San-Paulunun qubernatoru Doao Doria məlumat verib.

    Qeyd olunur ki, hadisə yanğınsöndürənlərin mağarada keçirdiyi təlim zamanı baş verib.

  • Marsda yeni həyat izləri aşkar olunub

    Marsda yeni həyat izləri tapılıb.

    Tapıntılar “Curiosity” roveri tərəfindən “qırmızı planet”dəki Baqnold təpəlikləri adlanan ərazidə aşkar olunub.

    Roverin adıçəkilən bölgədən topladığı torpaq nümunələrində üzvi birləşmələrin olduğu müəyyənləşdirilib. Alimlər bu maddələrin mənşəyini hələ ki, aydınlaşdıra bilməyiblər.

    Qeyd edək ki, rover tərəfindən ilk analoji tapıntı üç il öncə Qeyl kraterinin mərkəzi hissəsində tapılıb.

  • İsrail sərhədlərini turistlərə açır

    İsrail 20 aydan sonra sərhədlərini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dərmanlarla altı ay əvvəl koronavirusa qarşı peyvənd edilmiş xarici turistlər üçün açıb.

    “Pfizer”, “Moderna”, “AstraZeneca”, “Sinovac”, “Sinopharm”, “Johnson & Johnson” və “Covishield” dərmanları ilə tam peyvənd olunmuş əcnəbilərin ölkəyə buraxılmasına icazə verilir. Xüsusilə, son peyvənd altı aydan çox müddət olmayaraq vurulmalıdır. Bu şərtlərə cavab verən xarici vətəndaşlar həm də uçuşdan 72 saat əvvəl və Ben Qurion hava limanında PCR testləri etməli, həmçinin mənfi nəticə əldə olunana qədər İsraildə təcrid olunmalıdırlar.

    İsrailə gəlmək istəyənlər ölkəyə daxil olmazdan 14 gün əvvəl (koronavirusun yayılması təhlükəsi ilə bağlı) qırmızı zonada olan hansısa dövlətdə olmamalıdırlar”.

  • Boksçumuz dünya çempionatında 1/4 finala vəsiqə qazanıb

    Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının 1/8 final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.

    Təmsilçimiz Məsud Yusifzadə (-51 kq) monqolustanlı Enxmandaq Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra 1/8 finalda puerto rikolu Yankiel Riveraya da qalib gəlib.

    Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saenqfetə qarşı keçirəcək.

    Qeyd edək ki, komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.

  • В Баку жителю Барды нанесли ножевые ранения

    В Низаминском районе Баку мужчине нанесли пять ножевых ранений.

    Как сообщает АПА, инцидент зарегистрирован на улице Чобанзаде, 41.

    Нахид Гаразаде (1994 г.р.) в ходе драки получил ножевые ранения в области лопатки и головы.

    Раненый был доставлен в больницу в тяжелом состоянии.

    По данному факту ведется расследование.

  • Bərdə rayon sakini Bakıda bıçaqlandı

    Nizami rayonunda gənc oğlana 5 bıçaq zərbəsi vurulub.

    APA xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsi 41 ünvanında baş verib.

    1994-cü il təvəllüdlü Qarazadə Nahid Tahir oğlu dostu ilə əlbəyaxa dava zamanı kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı ağır halda xəstəxanaya çatdırılıb.

    Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

  • Minsk və Bakı hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər

    Minskdə Belarusun müdafiə naziri Viktor Xrenin Azərbaycanın səfiri Ülvi Baxşəliyevlə görüşüb.

    Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

    Belarus sənayesinin müasir silah növlərinin istehsal imkanları nəzərə alınaraq, bu potensialın əməkdaşlıq planlarında istifadə edilməsi diqqət mərkəzində olub.

    Xatırladaq ki, Azərbaycan Belarus silahlarının ən böyük idxalçılarından biridir.

  • Bərdədə silahlı insident: Saxlanılan var

    Bərdədə odlu silahla havaya atəş açan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində baş verən insident barədə məlumat daxil olub.

    Hadisə zamanı kənd sakini Ə.Nəsirov Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi VAZ-21102 markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçıb.

    Daha sonra Ə.Bağırov avtomobilin yük yerində olan avtomat silahı götürüb Ə.Nəsirovun həyətinə gələrək orada havaya atəş açıb və oranı tərk edib.

    Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan AK markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.

  • Кадры из села Гейдере Кельбаджарского района – ВИДЕО

    Министерство обороны Азербайджана обнародовало видеокадры из села Гейдере Кельбаджарского района.

  • Kəlbəcərin Göydərə kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Göydərə kəndindən görüntülər hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik: