Month: November 2021

  • Франция поддержала процесс демаркации границ Азербайджана и Армении

    Франция поддерживает возможность начала процесса делимитации и демаркации границ Азербайджана и Армении и отмечает важность создания атмосферы мира для решения данного вопроса.

    Об этом в интервью armenpress заявила посол Франции в РА Анн Луйо.

    “Естественно, наша страна считает, что важно добиться делимитации и демаркации границы (между Азербайджаном и Арменией – прим. ТАСС). И мы, как и международное сообщество, призываем к мирному проведению этих процессов. Ясно, что установление мирной атмосферы позволит ускорить демаркационные и делимитационные работы”, – сказала она.

    Источник: ТАСС

  • Fransa Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesini dəstəkləyir

    Fransa Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasının mümkünlüyünü dəstəkləyir və bu problemin həlli üçün sülh mühitinin yaradılmasının vacibliyini qeyd edir.

    Bu barədə Fransanın Ermənistandakı səfiri Ann Luyo bildirib.

    “Təbii ki, Fransa hesab edir ki, sərhədin demarkasiyası və delimitasiyasına nail olmaq vacibdir (Ermənistan və Azərbaycan arasında – TASS). Və biz də beynəlxalq ictimaiyyət kimi bu proseslərin sülh yolu ilə aparılmasına çağırırıq. Aydındır ki, sülh mühitinin yaradılması demarkasiya və delimitasiya işlərini sürətləndirəcək”, – deyə o vurğulayıb.

  • Vilayət Eyvazovun tapşırığı ilə daha bir müraciət həllini tapdı

    Hüquq-mühafizə orqanlarına vətəndaş etibarı və qanunun aliliyinin təmin edilməsi ölkələrin təməl prinsiplərindən biridir. Bu baxımdan Azərbaycanda son zamanlar müsbət istiqamətdə dəyişiklikləri xüsusilə vurğulamaq lazımdır. Hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə aktiv fəaliyyəti, vətəndaş müraciətlərinə diqqətlə yanaşılması, operativ və qanunamüvafiq reaksiya problemlərin qısa zamanda həllinə imkan yaradır.

    Növbəti dəfə daxili işlər naziri cənab Vilayət Eyvazova ünvanlanmış müraciət onun göstərişi ilə qısa zamanda həllini tapıb.

    Belə ki, bir neçə dəfə məhkumluq həyatı yaşamış və insanların etibarından istifadə edərək onlara maddi-mənəvi ziyan vurmuş, dələduzluq etmiş şəxs haqqında daxili işlər naziri cənab Vilayət Eyvazovun göstərişi ilə Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılıb. Araşdırmalar nəticəsində sözügedən şəxs, Bakının Yasamal rayonunda daimi qeydiyyatda olan Sarızadə Elşən Rasim oğlu ilə bağlı müvafiq tədbirlər görülüb. Özünü əsasən “polis əməkdaşı” və ya müxtəlif qurumların vəzifəli əməkdaşı kimi təqdim edərək insanların etibarından sui- istifadə edən, vətəndaşlara müəyyən vədlər verərək maddi və mənəvi ziyan vuran Elşən Sarızadənin törətdiyi əməllərinə görə barəsində bundan öncə də dəfələrlə müxtəlif maddələrlə cinayət işi açılıb, hətta məhkum olunub.

    Xatırlatmaq yerinə düşər ki, ona Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021- ci il (iş N-1 (006)-199/2021) qərarı ilə bir il altı ay azadlığın məhdudlaşdırılması cəzasının verilməsinə baxmayaraq, eyni əməlləri təkrar törətməyə davam edib. Bu müddət ərzində istintaqdan yayınaraq gizlənib və bu səbəbdən, barəsində axtarış elan olunub. Axtarış nəticəsində Sarızadə Elşən Rasim oğlu saxlanılaraq istintaqa təhvil verilib.

    Bakufakt.Az olaraq sözügedən şəxsin qanunun müvafiq tələblərinə uyğun cəzalandırılması barədə müraciətimizi diqqətə alaraq əsaslı həllinə tapşırıq verdiyi üçün daxili işlər naziri Vilayət Eyvazov cənablarına, bu tapşırığın həlli üçün göstərdiyi fəaliyyətə görə BŞBPİ və YRPİ rəhbərliyinə, əməkdaşlarına təşəkkürümüzü bildiririk.

    Məhz daxili işlər naziri cənab Vilayət Eyvazovun müraciətimizə qısa zamanda verdiyi reaksiya və məsələnin həlli üçün tapşırığı, polis əməkdaşlarının bu tapşırığın icrası istiqamətində qısa müddətdəki nəticəyönümlü fəaliyyəti insanların etibarından sui-istifadə edərək onlara maddi-mənəvi ziyan vuran şəxsin əməllərinə hüquqi qiymət verilməsini şərtləndirib.

    Məsələnin həllində böyük xidməti olan, öz peşə vəzifəsini layiqincə yerinə yetirən YRPİ-nin müstəntiqi Əsədov Elnur Oruc oğlunun da fəaliyyətini xüsusi qeyd etməyi özümüzə borc bilirik.

    Bir daha əminliklə deyə bilərik ki, Azərbaycan polisi bizi qoruyur!





  • Prezident İlham Əliyevə Lahıcdakı Bədöyün məscidində “Qurani-Kərim” hədiyyə olunub FOTO

    Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

    Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

    Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

    Məscidin axundu: Salam, xoş gəlmisiniz.

    Prezident İlham Əliyev: Salam. Xoş gördük

    Birinci xanım Mehriban Əliyeva: Salam. Xoş gördük.
    Məscidin axundu: Cənab Prezident, bunu Lahıc, İsmayıllı ictimaiyyəti tərəfindən bizdən qəbul edin, buyurun.
    Dövlətimizin başçısına Qurani-Kərim hədiyyə olundu.
    Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm sizə.
    Məscidin axundu: Çox sağ olun.
    Prezident İlham Əliyev: Lahıcda neçə məscid var?
    Məscidin axundu: Bu səviyyədə 5 dənə.
    Prezident İlham Əliyev: O məscidlərdə vəziyyət necədir?
    Məscidin axundu: Onların da vəziyyəti belə yaxşıdır.
    Prezident İlham Əliyev: Hamısı açıqdır?
    Məscidin axundu: Bəli, hamısı açıqdır.
    Prezident İlham Əliyev: Bu, təmir zamanı üzə çıxıb?
    Məscidin axundu: Təmir zamanı arxeoloji tədqiqatlar aparıldı, belə bir şey üzə çıxdı.
    Prezident İlham Əliyev: Maraqlıdır, görünür burada qədim bir məbəd olub.
    Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.
    Onu da deyək ki, Lahıcda aparılan yenidənqurma işləri çərçivəsində qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü də bərpa edilir, ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılır.
    Görülən işlər turistlərin Lahıca olan marağını daha da artırıb. Hər il bura gələn turistlərin sayında artım müşahidə edilir. Belə ki, 2019-cu ildə Lahıca 89 min nəfər turist gəlib. Onun da 37 minini xarici turistlər təşkil edib. Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.

  • Moskva aeroportlarında çox sayda reys ləğv olunub

    Dumanlı hava səbəbindən Moskvanın üç hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv olunub.

    Median.Az APA-ya istinadən bildirir ki, “Vnukovo” hava limanında 1 reys gecikib, 3 reys təxirə salınıb.

    “Domodedovo”da 4 reys gecikib, 12 reys ləğv olunub. “Şeremetyevo” hava limanında isə, 3 reys gecikib, 9 reys ləğv edilib.

    Hidrometeorologiya mərkəzi dumanlı hava şəraiti ilə əlaqədar paytaxtda və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsini çərşənbə axşamı saat 09.00-a qədər uzadıb

  • Hamilələrə xəbərdarlıq – Bu dərmanı içməyin

    Alimlərin son tədqiqatlarına görə, aspirin qəbul edən hamilə qadınlar öz övladlarının səhhətini riskə atmış olurlar.

    Median.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər müəyyən ediblər ki, bu dərman uşaq serebral iflicinin yaranma ehtimalını 2 dəfə artırır.

    Digər dəqiqləşdirməyə görə, uşaqlar üçün ən böyük risk preparatların hamiləliyin orta dövründə qəbul edilməsidir. Tədqiqat aparan alimlərin fikrincə, onlardan daha inandırıcı görünəni odur ki, preparatın komponentləri hamilə qadının hormonal fonunda dəyişiklik yaradır, bu da öz növbəsində uşağın baş beynində pozuntulara səbəb olur.

    Həkimlər tövsiyə edirlər ki, qadınlar hamiləlik və südvermə dövründə dərmanlardan sui-istifadə etməsinlər. Əksər hallarda onları xalq təbabəti vasitələri ilə əvəz etmək olur. Hətta bu müalicə üsulunu belə həkimlərlə məsləhətləşmədən tətbiq etmək olmaz. Ona görə də hamiləlik dövründə xəstəliklərin profilaktikası ən rasional vasitə hesab edilir.

  • Polşa millisinin sabiq futbolçusu: “Mahir Emrelinin özünəinamı azalıb”

    “Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb”.

    “Report”un məlumatına görə, bunu Polşa millisinin və “Legiya”nın sabiq futbolçusu Marek Yujvyak Varşava təmsilçisinin heyətində 6 oyundur qol vura bilməyən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə “Super Express” nəşrinə müsahibəsində deyib.

    Veteran müdafiəçi bildirib ki, bəzi epizodları gözübağlı qola çevirmək lazımdır: “Amma Mahir belə etmir. Mən demirəm ki, o, hər şeyə cavabdehdir. Çünki digər oyunçular da effektiv deyil. “Legiya” dərin çuxura düşüb. Bunraan çıxmaq istəyirsinizsə, qol fürsətlərindən yararlanmalısınız”.

    Qeyd edək ki, Marek Yujvyak 1987 – 1996 və 2001 – 2005-ci illərdə “Legiya”nın formasını geyinib. O, Polşa millisində 14 oyun keçirib.

  • Мехрибан Алиева поделилась публикацией в связи с визитом в Шамахы – ФОТО

    Первого ноября Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева посетили Шамахы.

    Первый вице-президент М.Алиева опубликовала видеокадры данного визита на своей странице в Instagram.

    “Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева побывали в Шамахы”, – отмечается в публикации.

  • Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşım edib – FOTO

    Xəbər verdiyimiz kimi, noyabrın 1-i prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıya səfər edib.

    Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” hesabında paylaşıb.

    Paylaşımı təqdim edirik:

    “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar”

  • Rusiya ilə Ermənistan kommunikasiyaların açılmasını müzakirə edib

    Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur:

    “Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”.