Month: November 2021

  • Задержан подозреваемый в изнасиловании 11-летней девочки в Имишли

    “В связи с инцидентом в Имишли задержан подозреваемый”.

    Об этом в ответ на вопрос Report сказал генпрокурор Азербайджана Кямран Алиев.

    Он подчеркнул, что сразу после поступления в прокуратуру предварительной информации об инциденте было начато расследование, возбуждено уголовное дело: “За короткое время был установлен и арестован подозреваемый. Продолжаются интенсивные действия. Привлечение виновного к уголовной ответственности и предъявление ему конкретного обвинения будет осуществлено на основании имеющихся доказательств. Это очень серьезный вопрос, и мы постоянно будем держать его под контролем. Пользуясь случаем, прошу все СМИ в подобных щепетильных вопросах соблюдать определенные правила”.

    Отметим, что в прокуратуре Имишлинского района возбуждено уголовное дело по факту рождения ребенка жительницей района А.Н. (имя условное) 2010 г.р.

    По факту возбуждено уголовное дело по соответствующим статьям УК АР, следствие продолжается.

    11-летняя девочка родила ребенка путем кесарева сечения в Республиканской клинической больнице. Ребенок родился на 30-31-й неделе.

  • Baş prokuror: “İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb”

    “İmişlidə baş vermiş hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb”.

    Bunu “Report”un sualına cavab olaraq Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

    O vurğulayıb ki, hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmalara başlanılıb və cinayət işi açılıb: “Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib saxlanılıb. İntensiv hərəkətlər davam etdirilir. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud olan sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayacağıq.

    Mən fürsətdən istifadə edib bütün kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, bu kimi həssas məsələlərdə müəyyən qaydalara riayət edilsin”.

    Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

    Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

  • Nərə balıqlarını satan şəxslər cəzalandırılıb

    Xaçmazda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

    Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Xudat şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı şəhər sakinləri Ramin Ağamalıyev və Elvin Yaqubov tərəfindən ovlanması qanunla qadağan olunmuş nərə balıqlarının satılması faktı aşkar olunub.

    “Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbir görülüb”.

    H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.

  • НСТР переехал в новое административное здание

    Национальный совет по телевидению и радио переехал в новое административное здание.

    Информацию об этом распространил Совет.

    НСТР продолжит свою деятельность по адресу: город Баку, улица Аббаса Мирзы Шарифзаде, 315.

  • MTRŞ yeni ünvana köçüb

    Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni inzibati binaya köçüb.

    Bu barədə Şura məlumat yayıb.

    Bildirilib ki, MTRŞ bundan sonra Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 315 ünvanında fəaliyyətini davam etdirəcək.

  • Bakıda avtomobillərdən oğurluq edilib

    Bakıda avtomobillərdən oğurluq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1 000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılıb.

    Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2 224 manat pul, bankomat kartları və sənədlər, 1 150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.

  • Rüsumların dəyişməsi nəticəsində büdcəyə daxil olacaq vəsaitin məbləği açıqlanıb

    Azərbaycanda dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində daxil olacaq əlavə vəsaitin təqribi məbləği açıqlanıb.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.

    Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

  • В Азербайджане меняется госпошлина за регистрацию брака

    Государственная пошлина за регистрацию брака в Азербайджане повысится с 5 до 10 манатов.

    Об этом говорится в предлагаемых изменениях в закон “О государственной пошлине”.

    Кроме того, размер государственной пошлины за регистрацию расторжения брака изменяется с 15 до 20 манатов.

  • Azərbaycanda nikahın qeydə alınması üçün dövlət rüsumu dəyişdirilir

    Azərbaycanda nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata dəyişdirilir.

    Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

    Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, etkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.

  • Azərbaycanda heyvandarlıqla bağlı yeni dövlət rüsumları tətbiq olunacaq

    Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması dövlət rüsumları tətbiq olunacaq.

    Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavələrdə əksini tapıb.

    Müvafiq qanun layihəsinə əsasən, sözügedən dövlət rüsumu qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 manat, qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) üçün 4 manat, diri quş və quş əti (1 baş və ya 1 cəmdək) üçün 0,02 manat, hazır ət məhsulları (hər biri 1 partiya) üçün 5 manat, içalat, dil, baş, dırnaq (1 partiya) üçün 3 manat, balıq (diri, dondurulmuş və yaxud hisə verilmiş, 1 partiya) üçün 3,50 manat, yumurta (topdansatış — 1 partiya, 1 000 ədəddən artıq) üçün 2,50 manat, yumurta (pərakəndə satış, 1 partiya, 1 000 ədədə qədər) 1,30 manat, süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) üçün 2,60 manat, arı balı (1 partiya) üçün 4,50 manat müəyyən olunub.