Month: November 2021

  • İlon Mask sərvəti 300 milyard dolları aşan ilk şəxs oldu

    Amerikalı iş adamı İlon Maskın sərvəti artıq 300 milyard dolları aşıb.

    Bu, onun rəhbərlik etdiyi “Tesla” şirkətinin səhmlərinin bahalaşması sayəsində mümkün olub.

    Qeyd edək ki, adıçəkilən qiymətli kağızlar artıq bir həftədən çoxdur ki, bahalaşmaqda davam edir.

    Məlumat üçün bildirək ki, elektromobillərin istehsalı ilə məşğil olan “Tesla”nın əsası 2003-ci ildə qoyulub. Şirkətin mənzil qərargahı ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərindədir.

  • Nigeriyada 21 mərtəbəli bina uçdu: Çox sayda ölənlər var

    Nigeriyanın ticarət mərkəzi sayılan Laqos şəhərində 21 mətəbəli bina uçub.

    Xarici KİV-də yayılan məlumatlara görə, inşaat mərhələsində olan binanın dağıntıları altında tikinti şirkətinin sahibi başda olmaqla, 50 nəfərdən çox işçi qalıb.

    Artıq bir neçə nəfər dağıntılar altından çıxarılıb. Onların yüngül xəsarət aldığı bildirilib.

    Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri aparılır

  • Noyabr ayının hava proqnozu AÇIQLANDI

    Noyabr ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının ilk günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11, gündüzlər 11-16, bəzi günlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 28-38 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.

    Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 isti, bəzi günlərdə 0-5 şaxta, gündüzlər 10-15, bəzi günlərdə 5-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-34 mm) olacaq.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm) bəzi yerlərdə bir qədər normadan çox olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 6 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 mm) olacaq.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 12-17, bəzi günlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 25-45 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 9 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 55-170 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.

  • DGK-nın sabiq əməkdaşlarının məhkəməsində sübutların tədqiqinə başlanıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

    Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının elan edilməsini yekunlaşdırıb.

    Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

    Daha sonra sübutların tədqiqinə başlanıb.

    Təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, təqsirləndirilən şəxslər ittihamları rədd etdiyi üçün prosesdə zərərçəkmiş kimi Dövlət Gömrük Komitəsinin nümayəndəsi və şahidlər dindirilsin.

    Prosesdə vurğulanıb ki, zərərçəkmiş tərəf mövqeyini dəqiqləşdirsin və məhkəməyə bildirsin.

    Proses noyabrın 15-də davam etdiriləcək.

    İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

    Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.

  • Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

    ​​​

    İqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 2-5-də Dubay şəhərində səfərdə olacaq.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

    BƏƏ-də Hökumətlərarası Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək, nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.

  • Bu il Azərbaycanda 63 uşaq doğma ailələrinə qaytarılıb

    Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

    Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

    Qeyd edək ki, bu il Azərbaycanda 99 uşaq (47-si oğlan, 52-si qız) övladlığa verilib.

    Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.

  • МИД Азербайджана поздравил Алжир

    Министерство иностранных дел Азербайджана поздравило Алжир с национальным днем.

    Соответствующая публикация размещена на официальной странице МИД в Twitter.

    “По случаю Национального дня Алжирской Народной Демократической Республики мы выражаем наши наилучшие пожелания и искренние поздравления правительству и народу Алжира. С национальным праздником, Алжир!”- говорится в сообщении.

  • Azərbaycan Əlcəzairi təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Əlcəzair Milli Günü münasibətilə bu ölkənin hökumətinə təbrik göndərib.

    Bununla bağlı nazirlik “Twitter” səhifəsində paylaşım edib:

    “Əlcəzair Demokratik Respublikasının Milli Günü münasibətilə Əlcəzair hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi yetiririk. Milli Günün mübarək, Əlcəzair!”

  • Еще одна школа в Баку перешла на дистанционное обучение

    Деятельность полной средней школы №47 в Баку будет продолжена в форме дистанционного обучения.

    Об этом сообщили в Управлении образования города Баку.

    В данной школе 25 учеников и 4 учителя заразились COVID-19. В связи с этим, на основании заключения Центра гигиены и эпидемиологии, в школе очный учебный процесс заменен на дистанционную форму обучения. В течение 14 дней занятия в учебном заведении будут продолжены в дистанционной форме.

    “В образовательных учреждениях строго соблюдаются требования, вытекающие из санитарно-эпидемиологической ситуации, для более надежной защиты учащихся и персонала школы от коронавирусной инфекции”, – говорится в сообщении.

  • Bakıda daha bir məktəb distant tədrisə keçib

    Bakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

    “Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, – deyə məlumatda vurğulanıb.