Month: November 2021

  • Продолжит ли карьеру Расул Чунаев? – ЗАЯВЛЕНИЕ

    Планирую продолжить спортивную карьеру. Сейчас у меня травмы, поэтому лечусь. Тренируюсь легко, для себя, в данный момент я не в состоянии делать это в борцовском зале. Если получится и позволят травмы, продолжу выступать.

    Об этом Oxu.Az сообщил борец греко-римского стиля Расул Чунаев.

    30-летний спортсмен, который является олимпийским призером и чемпионом мира, отметил, что еще не определился с карьерой, но надеется вскоре вернуться на борцовский ковер.

    “Коронавирус спутал все планы. У меня есть свои цели и задачи. Пока я конкретно не решил, как долго буду выступать.

    Работаю над собой, поэтому надеюсь, что снова смогу продемонстрировать свое мастерство. Я могу проявить свои способности и как спортсмен, и как организатор. Независимо от того, буду ли я выходить на ковер или нет, я сосредоточусь на привлечении азербайджанских подростков и молодежи к спорту”, – сказал Чунаев.

  • Rəsul Çunayev karyerasını davam etdirəcək? – AÇIQLAMA

    “Mən hələ güləşməyi planlaşdırıram. Hazırda zədələrim var. Onları sağaltmaqla məşğulam. Mən özüm üçün məşq edirəm. Amma hazırda güləş zalında məşq edəcək halda deyiləm. Məsləhət olsa, zədələr imkan versə, güləşəcəyəm”.

    Bunu Oxu.Az-a yunan-Roma güləşçisi Rəsul Çunayev deyib.

    30 yaşlı Rəsul hələ karyerası ilə bağlı qərar vermədiyini bildirib. Olimpiya mükafatçısı və dünya çempionu olan Çunayev tezliklə güləş xalçasına qayıdacağına ümid etdiyini qeyd edib:

    “Gördünüz ki, bir koronavirus bütün planları məhv etdi. Mənim öz məqsəd və hədəflərim var. Ancaq hansı tarixədək güləşəcəyəm deyə özümə konkret vaxt qoymamışam.

    Öz üzərimdə işləyirəm. Ona görə də ümid edirəm ki, mən öz bacarığımı yenidən nümayiş etdirəcəyəm. Bu bacarığımı özüm idmançı kimi və ya təşkilatçı kimi də göstərə bilərəm. Mən güləşsəm də, güləşməsəm də diqqətimi Azərbaycanın yeniyetmə və gənclərinin idmana cəlb olunmasına yönəldəcəyəm”.

  • В Азербайджане будут изменены госпошлины за регистрацию мобильных устройств

    В Азербайджане будут установлены новые госпошлины за регистрацию мобильных устройств.

    Соответствующие изменения предлагается внести в закон “О государственных пошлинах”, передает Report.

    При рыночной цене устройства до 100 долларов госпошлина составит 30 манатов; от 101 до 200 долларов – 50 манатов; от 201 до 400 – 60 манатов; от 401 до 700 – 70 манатов; от 701 до 1 000 – 100 манатов; свыше 1 001 доллара – 150 манатов.

    Следует отметить, что вышеуказанные пошлины не будут взиматься за регистрацию устройств, перечисленных в статье 33-5.1.1 закона.

  • Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edilir

    Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur

    Dəyişikliklə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

    Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

    Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;

    Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;

    Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;

    Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq.

    Qeyd edək ki, yuxarıdakı dövlət rüsumları qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlara tətbiq olunmayacaq.

  • В этом году в Азербайджане были усыновлены 99 детей

    В текущем году из государственных детских учреждений 63 ребенка вернулись в свои семьи.

    Как сообщили в Министерстве труда и социальной защиты населения АР, в этом году также были усыновлены 99 детей (47 мальчиков и 52 девочки).

    С 1 ноября 2019 года ведомством была создана подсистема “Дети, лишенные родительской опеки, и усыновление”, а также начат процесс усыновления через электронную систему.

    С момента ее запуска был усыновлен 131 ребенок, из них 64 мальчика и 67 девочек.

    После усыновления детей осуществляется строгий контроль за созданием условий для их развития, проводится периодический контроль за изучением их положения в семьях.

  • Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib

    Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il həmçinin 99 uşaq (47-si oğlan, 52-si qız) övladlığa verilib.

    Övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin vaxtdan sonra Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılaraq istifadəyə verilib, övladlığagötürmə prosesinin elektron infrastruktur üzərindən aparılmasına başlanıb. Övladlığagötürmə ilə bağlı müraciətlər də elektron qaydada edilir və müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

    Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib, onlardan 64-ü oğlan, 67-i qız uşağıdır.

    Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.

  • Hakim milyonlarla manat mənimsəyən şəxsin azadlığa buraxılmasına münasibət bildirib

    ​​​

    “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir və işin mahiyyətinə heç bir təsir göstərmir”.

    Bunu “Report”a açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi Əfqan Hacıyev deyib.

    O bildirib ki, Vidadi Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

    Xatırladaq ki, ötən həftə “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilib və o, azadlığa buraxılıb.

    Qeyd edək ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

    Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

    Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

    9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

  • Будет изменена госпошлина за регистрацию перемены фамилии, имени и отчества

    В Азербайджане может быть изменена государственная пошлина за регистрацию перемены фамилии, имени и отчества.

    Это предусматривают поправки в закон “О государственной пошлине”, которые сегодня обсуждались на заседании парламентского комитета по экономической политике, промышленности и предпринимательству, передает AПA.

    Согласно поправке, госпошлина будет увеличена с 10 до 15 манатов.

    Проект был разработан с целью улучшения управления уплаченными государственными пошлинами за услуги и юридические действия, определенные законом “О государственных пошлинах”. Проект направлен на повышение ставок госпошлины наряду с индексацией в связи с инфляцией, отмену части госпошлины, относящейся к внебюджетным средствам, и перечисление ее в бюджет в полном объеме, а также на определение размера госпошлин за ряд услуг и юридических процедур в соответствии с законодательством.

  • Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum qaldırılır

    Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir.

    APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır.

    Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.

    Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

    Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.

    Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

  • Caliber: Что произойдет с армянами после вывода миротворческого контингента РФ? – ВИДЕО

    На днях во всех армянских СМИ распространилась новость о том, что якобы миротворческие силы РФ, временно дислоцированные на территории Азербайджана, очень обеспокоены темпами миграции армян из Карабаха. Причем несмотря на всю унизительность и абсурдность ситуации, сложившейся после тотального поражения на войне, затопленные осколки армагитпропа продолжают упоминать в своих релизах расформированное сепаратистское образование как нечто живое или существующее.

    Очередную сенсацию задал армянский ресурс “Грапарак”, который откровенно и цинично перекладывает опасения всей армянской общественности на российские власти и российских миротворцев. Причем незатейливая сетевая газетенка обосновывает столь громкое заявление собственными сведениями из надежного источника.

    Подробнее – в очередном выпуске аналитического YouTube-проекта Caliber.