Month: November 2021

  • Pentaqon Rusiya-Ukrayna sərhədindəki vəziyyəti izləməkdə davam edir

    ABŞ-ın müdafiə nazirliyi Rusiya-Ukrayna sərhədindəki vəziyyəti izləməkdə davam edir.

    Bunu qurumun nümayəndəsi Anton Semelrota bəyan edib.

    O, bugünlərdə “The Washington Post” qəzetində bölgədə Rusiyanın öz hərbi qüvvələrini artırması ilə bağlı çıxan xəbərə münasibətdə belə deyib.

    “Biz regiondakı vəziyyəti izləməkdə davam edirik. Amma hələ ki, əlavə məlumat verə bilmərik”, -deyə Pentaqon rəsmisi bildirib.

  • İŞİD terrorçuları “Taliban”a təslim oldular

    Əfqanıstanda İŞİD terror təşkilatı üzvləri kütləvi şəkildə “Taliban” hökumətinə təslim olub.

    Hadisə ölkənin Nanqarhar bölgəsində baş verib.

    Azı 65 terrorçunun danışıqlar nəticəsində silahı yerə qoyduğu bildirilib.

    Bu barədə vilayətin qubernatoru məlumat yayıb.

    Məlumata görə, terrorçular əfv olunub. Lakin ictimai asayişi yenidən pozacaqları halda keçmiş İŞİD-çilərin sərt şəkildə cəzalandırılacağı qeyd edilib.

  • ABŞ-da “Squid Game” geyimləri qadağan edildi

    ABŞ-da bu gün qeyd edilən “Helouin” bayramında populyar “Squid Game” (Kalmar oyunu) serialının geyim dəstlərindən istifadə etmək qadağan olunub.

    Müvafiq qərar bir çox məktəb rəhbərlikləri tərəfindən qəbul edilib.

    Bu geyimlərin serialdakı qanlı oyunlar və zorakılıqla zəngin səhnələri xatırlatdığı bildirilib.

    Qeyd edək ki, serial “Netflix” tərəfindən 18+ kateqoriyası üçün yayımlanır. Lakin serialdakı oyunlar artıq azyaşlılar arasında da populyarlaşıb.

  • Çexiyada kanat yolunda faciə: Ölən var

    Çexiyanın şimal-şərqindəki Yeşted dağında faciə baş verib.

    Zirvəyə qalxan kanat yolundakı kabinələrdən biri yerə düşüb.

    Hadisə nəticəsində kabinədə olan bir nəfər bələdçi həlak olub.

    Qonşu kabinədəki 15 sərnişin isə xialsedicilərin köməyilə təxliyyə olunub.

    Qeyd edək ki, 1012 metr yüksəklikdəki dağa aparan kanat yolu 1933-cü ildə istifadəyə verilib.

  • Ağılın itirilməsinə səbəb olan məhsullar

    “Dementia Australia” təşkilatının üzvləri daha çox yaşlılarda müşahidə edilən və əqli funksiyaların itirilməsilə müşayət olunan demensiya xəstəliyinə səbəb olan qida məhsullarını açıqlayıblar.

    Onlar tərkibində zənginləşdirilmiş və trans yağlar olan ərzaqların xəstəliyin inkişafını sürətləndirdiyini bildiriblər.

    Belə məhsullara kərə, palma və kokos yağları, salo, yağlı süd məhsulları, həmçinin şokolad aid edilib.

    Bununla yanaşı, fastfud, qəlyanaltı və şirniyatların da demensiya riskini bir neçə dəfə artırdığı qeyd olunub.

  • Naftalan şəhərində 30 yaşlı kişi intihara cəhd edib

    Naftalanda 30 yaşlı kişi sirkə turşusu içib.

    “Report”un məlumatına görə, şəhər sakini, 1991-ci il təvəllüdlü E.Baxşəliyev yaşadığı evdə sirkə turşusu içərək özünü zəhərləyib.

    O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. E.Baxşəliyevin vəziyyəti hazırda qənaətbəxşdir.

    Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Hansı hallarda xurma yemək qadağandır?

    Çay süfrələrimizin ləzzətli təamlarından olan xurmanın çox sayda vitamin və minerallarla zəngin olması heç kəs üçün sirr deyil.

    Lakin buna baxmayaraq, bəzi şəxslərə ondan istifadə faydadan daha çox zərər verə bilər.

    Rusiyalı həkim Alyona Stepanova kimlərə və hansı hallarda xurmanın qadağan edildiyi barədə məlumat verib. O, xurmanın qlikemik indeksi yüksək olan məhsullar sırasına aid olduğunu bildirib.

    “İnsulin rezistentli şəkərli diabet xəstələrinin xurma ilə qidalanması arzuolunmazdır. Belə ki, bu, qanda qlükozanın miqdarını kəskin şəkildə artıra bilər. Həmçinin, tez-tez mədəsində köpmə olan şəxslərin də bu nemətdən istifadəsi tövsiyyə olunmur”, – deyə həkim izah edib.

    Stepanovanın sözlərinə görə, üzəri parıltılı olan xurmanı almaq məsləhət görülmür. Belə ki, bu halda olan məhsullar bir qayda olaraq, əlavə şirə və ya kükürdlü maye ilə emal edilir.

  • Dünya çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala yüksəlib

    Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilib.

    Mərhələnin ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb. Boksçumuz Alfonso Dominqes (86 kq) AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanidən sonra rumıniyalı Pol Aradoae ilə qüvvəsini sınayıb.

    Avropa Oyunlarının qalibi bu dəfə də rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:27, 29:28) hesabı ilə məğlub edib.

    O, 1/4 finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş noyabrın 2-də baş tutacaq.

    Yonas Yazeviçiusi (Litva) mübarizədən kənarlaşdıran Məhəmməd Abdullayev 1/8 finalda Vladan Babiçlə (Serbiya) üz-üzə gəlib. +92 kq çəki dərəcəsində gücünü yoxlayan təmsilçimiz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə aktivinə yazıb. O, noyabrın 2-də təşkil olunacaq 1/4 finalda hindistanlı Narender münasibətinə aydınlıq gətirəcək.

    Sərxan Əliyev (71 kq) startda Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra bu gün Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). O da növbəti döyüşünü noyabrın 2-də keçirəcək. Əliyevin rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.

    İlk iki döyüşündə müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və Simone Spada (İtaliya) üzərində qələbə qazanan Tayfur Əliyev (60 kq) üçüncü sınağında Arslan Xatayevlə (Finlandiya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından idmançımız mundialla vidalaşıb.

    Qeyd edək ki, dünya çempionatının səkkizinci günündə yığmamızın daha 2 boksçusu 1/8 final görüşünə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla döyüşəcək

  • Певица из Азербайджана поразила членов жюри X Factor Israel – ВИДЕО

    Певица Camila Kama (Камила Кама), эмигрировавшая из Азербайджана в Израиль несколько лет назад, приняла участие в шоу X Factor Israel.

    Она исполнила песню Sweet Dreams из репертуара британского поп-дуэта Eurythmics.

    Членов жюри певица поразила необычным тембром голоса и своеобразным заключением исполнения – в конце композиции Камила под ритмы гавала распела слово “Азербайджан”.

    Победитель конкурса получит право представлять Израиль на “Евровидении” в 2022 году.

  • Azərbaycanlı müğənni İsraildə münsiflər heyətini şoka saldı – VİDEO

    Əslən azərbaycanlı müğənni Camila Kama (Kama Kamila) İsraildə yayımlanan “X Factor Israel” musiqi yarışmasında münsiflər heyətini heyran edib.

    İllər əvvəl İsrailə köçən əslən azərbaycanlı müğənni yarışmada Azərbaycan, ingilis və ivrit dillərində ifa edib.

    Qeyd edək ki, “X Factor Israel” musiqi yarışmasının qalibi İsraili 2022-ci ildə Avroviziyada təmsil edəcək.