Month: November 2021

  • Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin etdi

    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin edib.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə ləğv olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin sabiq rəisi Bağırov Sabir Nadir oğlu nazirin köməkçisi təyin olunub.

    Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Bu qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.

  • Обвиняемый в покушении на убийство певицы в отеле в Баку предстанет перед судом

    Завершилось предварительное следствие по уголовному делу Али Мамедова, обвиняемого в покушении на убийство Айгюн Мирзоевой в отеле в Баку.

    Материалы уголовного дела, собранные в отношении обвиняемого, направлены в Бакинский суд по тяжким преступлениям, передает АПА.

    Уголовное дело передано в производство судьи Ахмеда Гулиева.

    Напомним, 16 июля в прокуратуру Низаминского района Баку поступила информация о нанесении А.Мирзоевой многочисленных ножевых ранений в отеле.

    В ходе следствия было установлено, что женщину пытался убить ее знакомый А.Мамедов на почве возникшего между ними личного конфликта.

    По данному факту возбуждено уголовное дело по статье 29,120.1 (покушение на убийство) УК АР.

    А.Мамедов был задержан.

    Отметим, что А.Мирзоева поет на свадьбах.

  • Bakıda hoteldə qadın müğənnini öldürmək istəyən şəxs hakim qarşısında

    Bakıda oteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

    Xatırladaq ki, iyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində olan hotellərin birində Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

  • В Баку в здании госучреждения совершена кража на сумму более 7 000 манатов

    В здании Государственного центра перевода Азербайджана совершена кража.

    Было похищено более 50 окон и оконных рам, а также электропровода.

    В результате центру был нанесен ущерб на сумму более 7 000 манатов.

    По данному факту проводится расследование.

  • Bakıda dövlət qurumundan 7 min manatlıq oğurluq edildi

    Azərbaycan Dövlət Tərcümə Mərkəzindən oğurluq edilib.

    Mərkəzdən 50-dən artıq pəncərə və pəncərə çərçivələri, elektrik naqilləri oğurlanıb.

    Hadisə nəticəsində tərcümə mərkəzinə 7 min manatdan artıq ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку произошло ДТП с участием пассажирского автобуса: есть пострадавший

    В Сабаильском районе Баку пассажирский автобус маршрута №2 столкнулся с автомобилем.

    В результате ДТП пострадал один из пассажиров, который был госпитализирован.

    По данному факту ведется расследование.

  • Bakıda sərnişin avtobusu qəzaya düşüb: Xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

    Belə ki, 2 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin avtobusunda olan 31 yaşlı Məsimova Almara Aslan qızı xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

  • “Facebook” bir milyarddan çox insanın məlumatlarını siləcək

    “Facebook” üztanıma sistemindən imtina edəcək.

    Bu barədə “Meta” (keçmiş “Facebook”) şirkəti rəhbərinin süni intellekt məsələləri üzrə müavini Jerom Pesenti məlumat verib.

    O, artıq üztanıma funksiyasından istifadə edənlərin foto və videolarda avtomatik olaraq tanınmayacağını bildirib.

    Pesentinin sözlərinə görə, bir milyarddan çox insanın müvafiq məlumatları silinəcək. Lakin buna baxmayaraq, üztanıma texnologiyasının təkmiləşdirilməsi üzərində aparılan işlər davam etdiriləcək.

  • Yerlə Uran arasına məsafə azalacaq

    Noyabrın 5-də Yerlə Günəşə əks mövqedə olan Uran arasındakı məsafə azalacaq.

    Moskva Planetariumunun mətbuat xidmətinin məlumatına görə, bu, planetin müşahidəsi üçün əla şərait yaradacaq:

    “5 noyabr 2021-ci il cümə günü, Moskva vaxtı ilə saat 3:00-da (Bakı vaxı ilə 4:00) Uran Günəşə əks tərəfdə olacaq. Teleskop vasitəsilə yeddinci planeti müşahidə etmək üçün ən yaxşı vaxt yaxınlaşır”.

    Uran hər il şimal enlikləri səmasında daha yüksəkdə yerləşir. Astronomların fikrincə, payızdan qışın sonuna qədər olan dövr onu müşahidə etmək üçün ən yaxşı vaxtdır.

  • Filippində 150 ​​000 dozaya yaxın COVID-19 peyvəndi yanaraq məhv olub

    Filippində baş verən yanğın hadisəsi nəticəsində COVID-19 əleyhinə 148 678 doza peyvənd məhv olub.

    Yerli KİV-lərin məlumatına əsasən, yanğın nəticəsində dörd müxtəlif istehsalçının vaksin dozaları sıradan çıxıb.

    Yanğın Filippinin Paqadian şəhərinin yerli hökumət binasında baş verib.

    Yerli hakimiyyət orqanları xəbər verir ki, yanğın nəticəsində 9 176 doza “AstraZeneca”, 14 400 doza “Moderna”, 36 164 doza” Sinovac” və 88 938 doza “Pfizer” məhv olub.