Month: November 2021

  • Azərbaycana gətirilən bəzi avtomobillər vergidən azad edilir

    Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillərin satışı ƏDV-dən azad edilir.

    APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.

    Bundan başqa, layihədə istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

  • Azərbayan millisinə türk baş məşqçi gəlir

    Futbol üzrə Azərbaycan millisini türkiyəli mütəxəssis Okan Bruk çalışdıra bilər.

    Belə bir iddia ilə Türkiyə mediası çıxış edib. Bildirilir ki, AFFA türkiyəli məşqçiyə 2+2 illik müqavilə təklif edib.

    Qeyd edək ki, Okan Buruk futbolçu karyerası ərzində Türkiyənin “Qalatasaray”, “Beşiktaş”, “İstanbul BB” və İtaliyanın “İnter” kublarında çıxış edib. Türkiyə millisi ilə DÇ-2002-də bürünc medal qazanan veteran yarımmüdafiəçi “Qalatasaray”la Türkiyə çempionluğuna (7 dəfə), ölkə kubokuna 4), UEFA Kubokuna (1) və Super Kubokuna (1), “Beşiktaş”la Türkiyə Kubokuna (1) sahib çıxıb.

    Baş məşqçi kimi “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor”, “Göztəpə”, “Akhisar Bələdiyyəspor” və “Çaykur Rizəspor”u çalışdıran Okan Buruk son olaraq “Başakşəhər”ə başçılıq edib (2019-2021). Komanda onun rəhbərliyi altında 2019/20 mövsümündə Super Liqanın qalibi olaraq tarix yazıb. Belə ki, “Başakşəhər” “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” və “Bursaspor”dan sonra Türkiyə çempionluğu yaşayan 6-cı komanda olub.

    Okan Buruk “Akhisar Bələdiyyəspor”u 2017/18 mövsümündə Türkiyə Kubokunun qalini edib.

  • Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artdı

    Türkiyədə son sutkada COVID-19-dan 224 nəfər ölüb.

    Son sutkada 361 533 nəfər test edilib, onların 29 796-nın nəticəsi pozitiv çıxıb.

    Son 24 saatda COVID-19-dan 29 837 nəfər sağalıb.

  • İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

    İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri 355 minə yaxın insanın yaşadığı Ambon şəhərindən 457 km cənub-şərqdə 95 km dərinlikdə yerləşir.

    Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

  • Azərbaycan bu qırıcıları satın alır

    Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarının satın alınmasına maraq göstərib.

    Bu barədə Pakistan KİV-lərinə istinadən məlumat verir.

    Məlumata əsasən, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

    Onun sözlərinə görə, Azərbaycan “JF-17 Block 3” modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

    Qeyd edək ki, “JF-17 Block 3” ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.

  • Bayramov Lavrovla üçtərəfli bəyanatların icrasını müzakirə etdi

    Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

    XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

    Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

    Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • В Азербайджане от коронавируса скончался сын поэта

    Скончался сын азербайджанского поэта Тофига Байрама – Джаваншир Байрамов.

    Об этом Kulis.az сообщила сестра поэта Светлана Байрамова.

    По ее словам, Дж.Байрамов умер от коронавируса и был похоронен в поселке Амирджан.

    Дж.Байрамов был средним сыном Тофига Байрама. Старшего сына поэта Закира Байрамова не стало в 2004 году.

  • İdxal vergisi artırılır: Bu avtomobillər bahalaçacaq (SİYAHI)

    Azərbaycana xaricdən gətirilən avtomobillər üçün aksiz vergisi artırılır.

    Median.Az FED.az-a istinadən xəbər verir ki, aksizlərin artırılması 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.

    Aksiz dərəcələrində artım həm avtomobillərin istehsal ilindən, həm də mühərrik həcmindən asılı olaraq yenidən hesablanacaq.

    Vergi Məcəlləsinə avtomobillərlə bağlı təklif edilən dəyişiklik böyük həcmli mühərriki olan avtomobillərə şamil olunacaq ki, bu da yalnız yüksək gəliri olan vətəndaşlara təsir edəcək.

    Əhali üçün müsbət dəvişiklik hibrid mühərrikli yeni avtomobillərin idxalı ilə bağlıdır. Bu avtomobillərin idxalı ƏDV-dən azad ediləcək. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. Köhnə hibrid avtomobillər isə vergidən azad edilməyəcək.

    Beləliklə, Məcəllənin 164.1.41-ci maddəsinə edilən dəyişikliyə görə, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı va satışı, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad ediləcək.
    Bundan başqa, məcəlləyə ediləcək dəyişikliyə əsasən, avtomobilin istehsal tarixi 7 ildən artıq olduqda, ona əlavə vergi hesablanacaq. İndiyədək avtomobillər 3 ildən yeni və 3 ildən köhnə kimi iki yerə ayrılırdılarsa, indi bölgü 3 hissədən ibarət olacaq: 3 ilədək, 3-7 ilədək və 7 ildən artıq.

    Bununla bağlı məcəlləyə yeni 190.4.1-4-ci maddə əlavə ediləcək. Həmin maddəyə əsasən Azərbaycana xaricdən idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, onlara hesablanan aksizin məbləği əlavə əmsala vurulmaqla artırılacaq.

    Belə ki, benzin mühərrikli minik avtomobillərin aksizi 1,2 əmsalına, dizel mühərrikli minik avtomobillərinin aksiz vergisi isə 1,5 əmsalına vurulacaq.
    Bu o deməkdir ki, əgər indi istehsal tarixi 7 ildən artıq olan hansısa benzinlə işləyən avtomobilin aksiz vergisi 5 min manatdırsa, dəyişiklikdən sonra bu məbləğ 6 min manat olacaq. Əgər həmin avtomobil dizellə işləyirsə, yenilikdən sonra onun aksiz vergisi 5 min manat deyil, 7500 manat olacaq və sair.

    Digər yenilik, mühərrikinin həcmi 3 litrdən artıq olan avtomobillər üçündür. Yenilikdən sonra ölkəyə gətirilən həmin avtomobillərin aksiz vergisi daha çox artacaq. Məsələn, əgər hazırda ölkəyə gətirilən 3,5 litr mühərrikli avtomobilin aksiz vergisi 12 100 manat idisə, 2022-ci ildən bu məbləğ 13 100 manat olacaq. Əgər hazırda ölkəyə gətirilən 4,6 lit mühərrikli avtomobilin aksiz vergisi 39 600 manat olurdusa, 2022-ci ildən bu məbləğ 42 600 manat olacaq. Ölkəyə gətlən 5,7 litr mühərrikli avtomobilin aksiz vergisi isə 102 600 manatdan 116 600 manata qədər artırılacaq.

  • Təhsillə bağlı yeni standartlar və tələblər hazırlanr

    “Yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir”.

    Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə yanında İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

    O bildirib ki, təhsil sahəsində yeni standartlar və tələblər hazırlanr: “Bununla bağlı müzakirələr aparılır. Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir”.

  • Əfqanıstanda xarici valyutadan istifadə qadağan edilib

    “Taliban” Əfqanıstanda ağır iqtisadi vəziyyətlə əlaqədar ölkədə dövriyyədə olan xarici valyutadan istifadəni qadağan edib,

    Bununla bağlı hərəkatın sözçüsü Zabihullah Mücahid tviter səhifəsində məlumat verib.

    “Ölkədə iqtisadi vəziyyət və milli maraqlar tələb edir ki, bütün əfqanlar istənilən əməliyyatda yalnız yerli pul vahidindən istifadə etsinlər”, – “Taliban sözçüsü” bəyan edib.