Bakıda 64 yaşlı kişi boğulub öldü

Bakıda 64 yaşlı kişi dəm qazından boğulub.

Hadisə fevralın 3-də axşam saatlarında paytaxtın Xətai rayonunda baş verib.

1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az