Qusar-Quba yolunda mikroavtobus VAZ-la toqquşub aşdı

Qusar-Quba yolunda avtomobil qəzası baş verib.

Bu barədə videogörüntü yayımlanıb.

İlkin məlumata görə, yolun buz bağlaması səbəbindən idarəetmədən çıxan mikroavtobus və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə mikroavtobus aşıb.

Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Aidiyyəti qurumlara sorğu verilib.
//oxu.az