Month: November 2023

  • Роберт Левандовский покидает “Барселону”?

    Нападающий “Барселоны” Роберт Левандовский может покинуть каталонскую команду.

    Польский форвард может продолжить карьеру в Саудовской Аравии, США или Германии. В Германии в футболисте заинтересована дортмундская “Боруссия”, а сам игрок не исключает возможности возвращения в клуб. Отмечается, что в ближайшее время “Барселона” не намерена расставаться с Левандовским.

    После 13 туров “Барселона” занимает третье место в турнирной таблице чемпионата Испании, записав в свой актив 30 очков. От лидирующей “Жироны” команда отстает на четыре очка.

    В нынешнем сезоне Левандовский принял участие в 14 матчах во всех турнирах, в которых записал в свой актив восемь голов и четыре результативные передачи.

    Источник: Todofichajes

  • Levandovski “Barselona”dan ayrılır?

    “Barselona”nın polşalı hücumçusu Robert Levandovski Kataloniya klubunu tərk edə bilər.

    Mənbə iddia edir ki, 35 yaşlı forvard karyerasını Səudiyyə Ərəbistanı, ABŞ və ya Almaniyada davam etdirə bilər.

    İddiaya görə, hazırda futbolçu ilə daha çox Dortmund “Borussiya”sı maraqlanır, öz növbəsində futbolçu da sabiq klubuna qayıtmaq ehtimalını istisna etmir.

    Məlumat üçün əlavə edək ki, La Liqanın 13-cü turundan sonra “Barselona” turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 34 xalla “Jirona” başçılıq edir.

    Mənbə: Todofichajes

  • Объявлена следующая дата старта продажи льготных квартир в Говсане, Гяндже и Сумгайыте

    Продажа на первом этапе 18 квартир Говсанского жилого комплекса (ЖК) по адресу: город Баку, Сураханский район, поселок Говсан, Зыхское шоссе (12-й км в направлении аэропорта), здание 22, на втором этапе 379 квартир Говсанского ЖК по адресу: город Баку, Сураханский район, поселок Говсан, Зыхское шоссе (8-й км в направлении аэропорта), здание 10L, 34 квартир Гянджинского ЖК по адресу: город Гянджа, улица Азербайджанского флага, одной квартиры по адресу: город Сумгайыт, 41-й квартал, улица Замины Гасановой, (в общей сложности 432 квартиры) начнется 16 декабря в 11:00 и продлится до 11:00 23 декабря.

    По данным Государственного агентства жилищного строительства (MİDA), отбор квартир в порядке ожидания в соответствии с “Порядком льготного приобретения гражданами квартир, находящихся в распоряжении MİDA” начнется 19 декабря в 11:00 и продлится до 11:00 23 декабря.

    Согласно указу Президента Азербайджанской Республики (АР) №1113 от 16 ноября 2016 года, приобретение квартир, находящихся в распоряжении MİDA, осуществляется в электронном порядке через систему “Льготное жилье” на портале “Электронное правительство” (www.e-gov.az).

    Приобрести жилье имеют право только граждане, имеющие электронный кабинет в системе “Льготное жилье”. У всех обладателей электронного кабинета равные права в выборе квартир независимо от даты регистрации и порядкового номера.

    С подробной информацией о том, как пользоваться системой “Льготное жилье”, включая инструкции в текстовом и видеоформатах, можно ознакомиться на главной странице интернет-сайта www.mida.gov.az в подразделе “Система льготного жилья”.

    Все квартиры предлагаются с полным ремонтом, оборудованы кухонной мебелью, системой отопления комби (включая оборудование), счетчиками воды, газа и электроэнергии.

    Все здания спроектированы и построены в соответствии с государственными строительными нормами АР (AzDTN). В связи с этим Министерство по чрезвычайным ситуациям АР объявило, что имеется одобрение (положительное заключение) Главного управления внеинституциональной государственной экспертизы Государственного агентства по надзору за безопасностью в строительстве:

    №24956 от 28.02.2018 и №25318 от 08.05.2018 по первому этапу строительства жилого комплекса Говсан;

    №30175 от 30.09.2020, №30325 от 20.10.2020, №30383 от 02.11.2020 по второму этапу строительства жилого комплекса Говсан;

    №29272 от 13.05.2020 года по жилому комплексу Гянджа;

    №27459 от 04.06.2019 по сумгайытскому проекту.

    Бакинским территориальным управлением №1, Сумгайытским территориальным управлением №2 и Гянджинским территориальным управлением №3 Службы государственного реестра недвижимости выданы выписки из государственного реестра недвижимости о государственной регистрации прав собственности на квартиры.

  • Hövsanda, Gəncə və Sumqayıtda güzəştli mənzillərin növbəti satış tarixi açıqlanıb

    Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

    Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

    Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

    “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

    Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

    Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379, Gəncə Yaşayış Kompleksi üzrə 34, Sumqayıt layihəsi üzrə 1 mənzil olmaqla, ümumilikdə 432 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

    Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

    Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə – 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318;

    Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə – 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;

    Gəncə Yaşayış Kompleksi üzrə – 13.05.2020-ci il tarixli 29272;

    Sumqayıt layihəsi üzrə – 04.06.2019-cu il tarixli 27459 nömrəli müsbət rəyi mövcuddur.

    Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

  • Sumqayıtda tapança və patronları tapılıb

    Sumqayıtda tapança və patronları tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivi ərazisindən 1 ədəd “Makarov” tipli tapança, ona aid 1 ədəd sandıq və 8 ədəd patron aşkar edilib.

    Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

  • Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb.

    Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib.

    Dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

    Laziz Kudratov ilk növbədə Özbəkistan prezidentinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

    Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirib, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkləmləndirilməsi baxımından önəmini qeyd edib.

    Laziz Kudratov vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq, eyni zamanda, qeyd edib ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti və möhkəm iradəsi, uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliyə səfərləri zamanı orada gedən böyük yenidənqurma və bərpa işlərinin şahidi olduğunu deyib.

    Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

  • Payız aylarında hansı vitaminlər qəbul edilməlidir?

    “Payız aylarında ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür”.
     
    Bu sözləri Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova deyib. O bildirib ki, bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir.
     
    “B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır” – o söyləyib.
     
    N.Qasımova əlavə edib ki, payız aylarında əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir:
     
    “Bunlardan biri sink, digəri isə maqneziumdur.

    Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Belə halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır.

    Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir”.

  • Sumqayıtda ana və azyaşlı qızları sosisdən zəhərləndi


    Sumqayıtda ana və 2 qızı sosisdən zəhərlənib.

    1984 cü il təvəllüdlü Ləbibova Vüsalə Hüseynağa qızı, övladları 2016-cı il təvəllüdlü Ləbibzadə Ayşə Zaur qızı və 2017-ci il təvəllüdlü Ləbibzadə Fəridə Zaur qızı yaşadıqları evdə yedikləri sosisdən zəhərləniblər.

    Ana Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Uşaq Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlaxdakı səs-küylü qətllə bağlı YENİ DETALLAR – VİDEO

    Yevlaxda öldürülən şəxs 5-ci sinif şagirdinə hədiyyələr verib, daha sonra onu hədələyirmiş.

    Bu fikirləri “Unikal”a 32 yaşlı Əhməd Nəsibovun qətli ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Saleh Əliyevin bacısı Gülnar Məmmədova deyib.
    O bildirib ki, hər şey Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək, Əhməd və anası ilə görüşüb, onların nəvəsindən uzaq durmalarını tələb edib.

    Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona çips verib və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib.

    Bu dəfə Əhməd yenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına bıçaq dirəyərək, bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu hədələyib.

    Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib. Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi Əhməd Nəsibovu taparaq, onu odlu silahla qətlə yetirib.

    Qeyd edək ki, Saleh Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşıdır.

  • Zibillikdə yaşayan ailəyə kim ev verdi? – VİDEO

    Binə qəsəbəsində uzun müddətdir küçədə gecələyən ailə ev ilə təmin olunub.

    Bu barədə Baku TV-nin “Arzunun vaxtı” verilişində məlumat verilib.

    Belə ki, ailənin küçədə yaşaması barədə Baku TV-nin qaynar xəttinə məlumat veriblər.

    Məlumat daxil olan kimi əməkdaşlar ailənin axtarışına çıxıb və onların qaldığı yerə baş çəkiblər.
    Məlum olub ki, 4 uşaqlı 6 nəfərdən ibarət ailə sentyabr ayından indiyə qədər antisanitar şəraitdə olan ərazidə yaşayır. Əslən Cəlilabaddan olan ailə əvvəllər Rusiyada yaşayıb.

    Deportasiya olunduqdan sonra isə küçədə yaşamaq məcburiyyətində qalıblar.

    Baku TV-nin çəkilişi zamanı bir nəfər xeyirxah şəxs həmin ailəyə dəstək olmağı öz öhdəsinə götürüb və onları ev ilə təmin edib.

    Daha ətraflı “Arzunun vaxtı” verilişində: