Month: November 2023

  • Ərini sifarişlə qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib.

    İttiham aktında göstərilib ki, hadisə bu il martın 16-da Sabunçu rayonunda qeydə alınıb.

    Həmin gün 00:05-də 1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülüb. Təqsirləndirilən şəxslər ona 18 bıçaq zərbəsi vuraraq tamah məqsədilə qətlə yetiriblər.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    Daha sonra söz təqsirləndirilən şəxslərə verilib.

    Təqsirləndirilən şəxslər – Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev özünü qismən, Əzizə Seyidova isə ümumiyyətlə təqsirli bilməyib.

    Daha sonra zərərçəkmiş şəxsin (mərhumun) hüquqi varisi Yaşar Seyidov ifadə verib. Onun sözlərinə görə təqsirləndirilən şəxs Əzizə Seyidova onun keçmiş gəlinidir:

    “Mən gəlinimə hər zaman yaxşı baxmışam. Oğlum ayrı qalmağı təklif etdi, mən də razılaşdım. Təqsirləndirilən şəxs Əzizə xain xislətli adamdır. Oğlumun kürəyindən 20-yə yaxın bıçaq zərbəsi vurulub. Hesab edirəm ki, oğlumun qətlinin sifarişçisi keçmiş gəlinim, təqsirləndirilən şəxs Əzizədir. Hadisə vaxtı evdə idim. Qapıya çıxanda oğlumu dizüstə, qan içində gördüm. Mərhum oğlumla təqsirləndirilən şəxs olan keçmiş gəlinim arasında qısqanclıq hissləri olub. Əzizə mənim əmimin nəvəsidir. Üç ildir evli idilər, 2 azyaşlı uşaqları var idi”.

    Təqsirləndirilən şəxs Əzizə Seyidova ifadəsində bildirib ki, ailədaxili münaqişələri olub, hətta bu münaqişə məhkəməyə boşanmaya qədər gedib:

    “O, məni də döyüb, hətta anama da əl qaldırıb. Öldürmək istəsəm, həmin anda qətlə yetirərdim. Biz Əli ilə bir-birimizi sevmişik. Evlənməmişdən əvvəl, yəni 2015-ci ildə mənə qarşı cinsi zorakılıq edib. 2017-ci ildə nişanlandıq, 2020-ci ildə isə öz istəyimlə rəsmi nikaha daxil olduq. Təqsirləndirilən şəxslərdən Elmir və Bəxtiyarı tanımıram, lakin digər təqsirləndirilən Mehdi isə xalamın yoldaşıdır. Mehdi ilə bütün dərdimi bölüşmüşəm. Onunla 10 dəfə görüşmüşəm. O, mənim mərhum yoldaşım Əli ilə hansı problemlər yaşadığımı gözəl bilirdi. O da mənə deyirdi ki, münasibətiniz alınmırsa, boşanın.

    Bir gün davamız oldu və mən uşağı da götürüb anamgilə getdim. Daha sonra təqsirləndirilən şəxs Mehdinin maşını ilə uşağı götürüb rəfiqəm Xədicə ilə görüşə getdim. Biz yemək yeyirdik. Uşaq üstünü batırdığına görə dəyişmək istəyəndə çantanı Mehdinin maşınında unutduğumu yəqin etdim. Əli də mənə zəng edib harada olduğumu soruşduqda “Neftçilər” metro stansiyası tərəfdə rəfiqəmlə yemək yediyimi dedim. Əli də yanıma gəldi. Daha sonra Mehdi uşağın çantasını gətirdi. Əli çantanı götürüb süfrəyə gələndə gərgin olduğunu gördüm. Səbəbini soruşanda Mehdi ilə arasında mübahisə yarandığını dedi. Bu cinayətin kim tərəfindən törədilməsi barədə məlumatım yoxdur”.

    Növbəti proses dekabrın 13-nə təyin edilib.

  • Neftçalada onlayn yolla narkotik alan şəxs saxlanılıb

    Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında gecə saatlarında keçirilən tədbir zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Kənan Mayılzadə rayonunun Həsənabad kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı ümumi çəkisi 4 kiloqramdan artıq olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb.

    Aparılan araşdırmalar zamanı məlum olub ki, K.Mayılzadə sosial şəbəkə vasitəsilə tanış olduğu “Əli” adlı iranlı narkotacirin bank hesabına narkotik vasitələr almaq üçün 3000 manat pul göndərib. Narkotacir isə ona Neftçala rayonunun Həsənabad kəndi ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələrin yerini bildirib. K.Mayılzadə narkotik vasitələri təyin olunan yerdən götürüb uzaqlaşmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

  • Завершился визит Президента Ильхама Алиева в Казахстан – ФОТО

    3 ноября завершился визит Президента Азербайджанской Республики Ильхама Алиева в Республику Казахстан.

    Как сообщает АЗЕРТАДЖ, в международном аэропорту Нурсултан Назарбаев города Астана в честь главы государства был выстроен почетный караул.

    Президента Ильхама Алиева провожали премьер-министр Казахстана Алихан Смаилов и другие официальные лица.

  • Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri noyabrın 3-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər yola salıblar.

  • Məhkəmə avtomobillə Vətən müharibəsi iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı qərar çıxardı

    Bakı Apellyasiya Məhkəməsində Goranboyda içkili vəziyyətdə iki nəfəri vuraraq öldürməkdə təqsirləndirilən sürücü Abbas Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abbasov 4 il sürücülük hüququndan mərhum edilməklə 8 il 6 ay həbs cəzasına məhkum olunub. İttihama görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Goranboyda toydan sərxoş vəziyyətdə qayıdan Abbas Abbasov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “Toyota” və “Mercedes-Benz” markalı minik maşınlarına çırpılıb.

    Hadisə nəticəsində “Toyota”nın sürücüsü, 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və “Mercedes-Benz”in sürücüsü, 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər. Həlak olan Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

  • Респондент из Армении: Не надо обвинять Азербайджан – ВИДЕО

    После 44-дневной войны 2020 года Азербайджан выступил с инициативой подписания мирного соглашения, представил пять базовых принципов построения отношений с Республикой Армения (РА) и текст мирного соглашения. Но официальные лица РА выступают с различными заявлениями для того, чтобы искусственно замедлить процесс переговоров по мирному соглашению.

    Отмечается, что в Армении был проведен опрос среди населения с целью выяснить отношение к сосуществованию и миру между азербайджанцами и армянами.

    Респонденты поддержали подписание мирного договора между Азербайджаном и Арменией.

    Опросы проводились не только в Ереване, но и среди тех, кто проживает на границе с Азербайджаном и Турцией. Свою позицию по данному вопросу высказали эксперты и представители гражданского общества.

    Подробнее – в сюжете.

  • Peşman olan ermənilərin etirafları: “Azərbaycanı günahlandırmaq lazım deyil” – VİDEO

    2020-ci il müharibəsindən sonra Azərbaycan sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edib, Ermənistanla münasibətlərin qurulması üzrə 5 baza prinsiplərini və sülh sazişi mətnini təqdim edib. Amma Ermənistan rəsmiləri sülh sazişi üzrə danışıqlar prosesini süni şəkildə ləngitmək üçün bəyanatlar verirlər.

    Ermənistanda azərbaycanlılarla ermənilərin birgəyaşayışına və sülhə münasibətlərini öyrənmək üçün əhali arasında sorğu keçirilib.

    Respondentlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəklərini ifadə ediblər.

    Sorğular İrəvanla yanaşı, Azərbaycan və Türkiyə ilə sərhəddə yaşayan respondentlər arasında da keçirilib. Məsələyə ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri mövqe bildiriblər.

    Süjetdə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

  • Metroda qiymət artımı gözlənilirmi?

    Hazırda metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin artımı ilə bağlı məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müzakirə olunmur.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir.

    Qeyd edək ki, ötən günlərdə “Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov mətbuata müsahibəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edildiyini vurğulayıb. Onun sözlərinə görə, edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir. Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.

  • Əmək pensiyalarının artırılması ilə bağlı TƏKLİF

    Əmək pensiyasının minimum məbləği artırılarkən həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən məbləğdə artırılması təklif edilir.

    “Trend”in məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman İnsan hüquqları üzrə müvəkkil deyib.

    O qeyd edib ki, 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi olduqca vacibdir.

    Müvəkkil həmçinin sağlamlığın qorunması hüququnun sözün əsil mənasında effektiv təmin edilməsi məqsədilə bütün tibbi xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsini təklif edib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 milyard 399 milyon 895 min manat, yerli gəlirləri 773 milyon 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 980 milyon 547 min manat, yerli xərcləri 782 milyon 453 min manat) məbləğində tərtib edilib.

  • В Ханкенди предложено открыть Юридический университет

    В Ханкенди предложено открыть Юридический университет.

    Как сообщает АПА, с таким предложением выступил сегодня в ходе обсуждения “Пакета государственного бюджета Азербайджанской Республики на 2024 год” на совместном заседании комитетов Милли Меджлиса по правовой политике и государственному строительству, обороны, безопасности и борьбы с коррупцией, по правам человека, по международным отношениям и межпарламентским связям заместитель председателя парламентского комитета по правовой политике и государственному строительству Гудрат Гасангулиев.

    Он отметил, что в Ханкенди нужно открыть Юридический университет.

    “Пусть наши граждане учатся там и становятся юристами. Потому что у нас мало юристов”, – сказал Г.Гасангулиев.