Month: November 2023

  • AZAL Bakıdan İslamabada uçuşlara başlayıb

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Pakistanın paytaxtı İslamabada və əks istiqamətdə uçuşlara başlayıb.

    “Report” xəbər verir ki, ilk aviareys noyabrın 1-də baş tutub.

    Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri, saat 21:30-da həyata keçiriləcək.

    Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.

  • Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir? – FOTOLAR

    Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, “Ferrari California T” modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.

    Əldə etdiyimiz məlumata görə, qəzaya düşən “Ferrari” Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir. Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət nişanlı “Ferrari”ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir.

    Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.



  • DTX-nin saxladığı Madat Babayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

    Bu ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinərək saxlanılan Madat Babayan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Ona Cinayət Məcəlləsinin 5 maddəsi üzrə – 214.1 (Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 214.2.2-ci (terrorçulu, təkrar törəldikdə), 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) ittiham irəli sürülüb.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.

    İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində “Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetiriblər.

    Eyni zamanda Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə edib.

    Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib.

    İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib.

    Bundan əlavə, Madat Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib.

    Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

  • İran-Azərbaycan sərhədində beş kiloqrama yaxın narkotik tapılıb – FOTO

    Noyabr ayının 2-si İran İslam Respublikasının sərhəd nümayəndəliyinin verdiyi məlumat əsasında müəyyən edilib ki, dövlət sərhəd xətti yaxınlığında, Azərbaycan Respublikası ərazisində narkotik vasitələr gizlədilib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Xudafərin kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən həyata keçirilmiş axtarış tədbirləri nəticəsində 4 kiloqram 690 qram narkotik vasitə (4 kq 345 qr marixuana və 0.305 qr metamfetamin) aşkar olunaraq götürülüb.

    Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Ərdoğandan Tokayevə bahalı hədiyyə – FOTO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə “Togg” elektromobili hədiyyə edib.

    Məlumata görə, Türkiyə lideri Qasım-Jomart Tokayevi şəxsən özü ölkəsinin istehsalı olan yeni elektromobilin iş prinsipi ilə tanış edib.





  • Bu şəxslərin maaşı artırılacaq – Nazir müavini açıqladı

    Azərbaycanda təhsil müəssisələrində psixoloqlar Nazirlər Kabinetinin qərarına əsasən təyin edilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun müzakirəsi zamanı təhsil nazirinin müavini İdris İsayev deyib.

    O qeyd edib ki, şagird sayı 1000 nəfər olanda 1 ştat vahidi, 1-3 min arası olanda 2 ştat vahidi, 3 mindən yuxarı şagird sayı olanda isə 3 ştat vahidi müəyyən olunur.

    Psixoloqun maaşının müəllimin maaşından az olması məsələsinə gəlincə isə nazir müavini bildirib ki, müəllimlərin əməkhaqqı məsələsi xüsusi sxemlə, psixoloqların əməkhaqqı məsələsi isə vahid tarif cədvəli əsasında ödənilir. Ona görə də fərq olur.

    Nazir müavini bildirib ki, növbəti dövrdə fərqin aradan qaldırılması təmin ediləcək.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq

    Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində inşa olunan yeni yerüstü piyada keçidinin yürüyüş zolağının quraşdırılması ilə əlaqədar bu gecə saat 01:00-dan səhər saat 07:00-a qədər işlərin aparıldığı zolaq üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Agentlik sürücülərə qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

  • Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

    Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən, onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.

    Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

    Həmçinin, “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbirlər zamanı atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində protokollar tərtib olunub.

  • Суд вынес решение в отношении водителя, виновного в гибели сестер-подростков

    В Бакинском апелляционном суде завершилось судебное заседание по жалобе на приговор в отношении Абиля Гасанова, обвиняемого в совершении смертельного ДТП.

    Как сообщает pravda.az, на заседании под председательством судьи Габиля Мамедова было объявлено решение, согласно которому апелляция не была удовлетворена.

    Отметим, что инцидент произошел 20 декабря прошлого года около 17:00. В поселке Тюркан Хазарского района столкнулись автомобили Hyundai, которым управлял 34-летний Абиль Гасанов, и ВАЗ-2107, за рулем которого находился 63-летний Гурбан Алиев. В результате ДТП Г.Алиев и его пассажиры – 13-летняя Амина Лютфализаде и ее 12-летняя сестра Залина погибли на месте происшествия, их мать Нигяр Лютфалиева и еще одна пассажирка – Ульвия Исмайылова получили травмы.

    Кроме того, с травмами различной степени тяжести госпитализированы пять пассажиров автомобиля Hyundai – Ирада, Хатира и Геярчин Бабаевы, Наиба Гусейнова и Тарана Зейналова.

    В ходе предварительного расследования А.Гасанов заявил, что в тот день был уставшим, так как с раннего утра беспрерывно занимался таксомоторной деятельностью. В результате мужчина уснул за рулем, а машина, потерявшая управление, выехала на полосу встречного движения.

    По данному факту было возбуждено уголовное дело, Абиль Гасанов привлечен к ответственности.

  • Məhkəmə azyaşlı bacıların ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı

    Bakı Apellyasiya Məhkəməsində azyaşlı bacıların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Abil Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Həsənov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il dekabrın 20-si saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakinləri, 34 yaşlı Abil Sədrəddin oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Qurban Polad oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə Qurban Əliyev və sərnişinləri – paytaxt sakinləri, 13 yaşlı Əminə Əhməd qızı Lütfəlizadə və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Nigar Elbrus qızı Lütfəliyeva, həmçinin digər sərnişin Ülviyyə Eldar qızı İsmayılova isə xəsarət alıblar.

    Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan beş sərnişin – İradə Quli qızı Babayeva, Xatirə Babakişi qızı Babayeva, Nayibə Ağaraza qızı Hüseynova, Göyərçin Arif qızı Babayeva və Təranə Murad qızı Zeynalova – müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, Abil Həsənov məsuliyyətə cəlb olunub.