Month: November 2023

  • Səbail rayonunda kişi meyiti aşkarlanıb, saxlanılan var

    Noyabrın 2-də saat 7 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyitinin tapılması ilə bağlı polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Adil Maştı oğlu Xəlilov olması müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Mərdan Xanoğlan oğlu Əsədullayev saxlanılıb. M.Əsədullayev sərxoş vəziyyətdə olub, tüfeyli həyat tərzi keçirir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку пассажирский автобус попал в ДТП, есть пострадавшая

    В Хазарском районе Баку произошло дорожно-транспортное происшествие с участием пассажирского автобуса.

    Как передает Report, в результате аварии находившаяся в транспортном средстве Фируза Гурбанова (1951 г.р.) получила травмы различной степени тяжести.

    Пострадавшая была госпитализирована.

    По данному факту ведется расследование.

  • Bakıda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var

    Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə zamanı sərnişin avtobusunda olan 1951-ci il təvəllüdü Firuzə Allahverdi qızı Qurbanova xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку задержан подозреваемый в убийстве супруги

    В Баку задержан подозреваемый в убийстве.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел.

    Отмечается, что 2 ноября около 07:00 в полицию поступила информация об убийстве Зульфии Хамоевой (1986 г.р.) колюще-режущим предметом в одном из домов в новом жилом массиве Бинагадинского района.

    По подозрению в совершении данного преступления задержан супруг покойной Гадир Гасымов (1981 г.р.).

    По данному факту ведется расследование.

  • Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, noyabrın 2-də saat 7 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Zülfiyyə Alim qızı Xamoyevanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qədir Tahir oğlu Qasımov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Состояние десяти богатейших людей мира за месяц уменьшилось на 50 млрд долларов

    Совокупное состояние 10 самых богатых людей мира по версии журнала Forbes сократилось почти на 50 млрд долларов за последний месяц и составляет 1,32 трлн долларов.

    Основатель компании Tesla и владелец социальной сети X (ранее Twitter) Илон Маск по-прежнему занимает первую строчку рейтинга. Однако в результате падения акций Tesla на 20% в этом месяце он потерял 35 млрд долларов, что составляет 14% его состояния.

    Президент группы компаний LVMH (Louis Vuitton Moet Hennessy) Бернар Арно, занимающий вторую строчку списка Forbes, за минувший месяц потерял 10 млрд долларов из-за 5-процентного падения цен на акции группы.

    Один из создателей корпорации Oracle американец Ларри Эллисон сохранил четвертое место в рейтинге, хотя падение акций компании на 3% лишило его 5 млрд долларов.

    В то же время, несмотря на негативную тенденцию, руководитель корпорации Meta Марк Цукерберг, находящийся на седьмой строчке рейтинга, увеличил свое состояние примерно на 300 млн долларов благодаря росту акций корпорации.

    Источник: ТАСС

  • Dünyanın ən zəngin adamları bir ayda 50 milyard dollar itiriblər

    “Forbes” jurnalının məlumatına görə, dünyanın ən zəngin 10 adamının ümumi sərvəti son bir ayda təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollara düşüb. Bu barədə məlumat nəşrin saytında yerləşdirilib.

    “Tesla”nın yaradıcısı və “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Mask hələ də reytinqin birinci pilləsində qərarlaşıb. Bununla belə, “Tesla” səhmləri bu ay 20% ucuzlaşıb və Mask 35 milyard dollar, yəni sərvətinin 14%-ni itirib.

    LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun prezidenti, “Forbes” siyahısında ikinci yerdə qərarlaşan Bernard Arno qrupun səhmlərinin 5% ucuzlaşması səbəbindən son bir ayda 10 milyard dollar itirib.

    “Oracle” korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellisona gəlincə, şirkətin səhmlərinin 3% azalması onu beş milyard dollardan məhrum etsə də, reytinqdə dördüncü yerini qoruyub.

    Eyni zamanda, mənfi tendensiyaya baxmayaraq, reytinqdə yeddinci yerdə olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sərvətini 300 milyon dollara yaxın artırıb.

  • Nigeriyada qadın paltarı geyinən kişilərə 10 şallaq cəzası verildi

    Nigeriyanın Kano əyalətinin şəriət məhkəməsi bu yaxınlarda keçirilən toyda qadın paltarı geyinən səkkiz kişinin hər birini 10 şallaq zərbəsi ilə cəzalandırıb.

    Eyni zamanda, günahkarlar 10 min naira (13 ABŞ dolları) məbləğində cərimə ödəməli, cəriməni ödəməkdən imtina etdikdə isə üç ay həbs cəzası almalıdırlar.

    Kişilər günahlarını etiraf ediblər. Onların niyə məhz qadın paltarı geyindikləri məlum deyil.

    Mənbə: TASS

  • Yaxşı sabunu necə seçək? – Dermatoloqdan məsləhət

    Sabun seçərkən nəyə daha çox diqqət etməli olduğumuz barədə rusiyalı dermatoloq və kosmetoloq Natalya Rudıka danışıb.

    Onun fikrincə, sabunun tərkibi nə qədər təbii olsa, bir o qədər yaxşıdır.

    “Sabunun tərkibində sintetik səthi-aktiv maddələr, polietilen qlikollar, trietanolaminlər, sintetik boyalar, ətirlər və aromatizatorlar olmamalıdır”, – deyə mütəxəssis bildirib.

    “Təbii sabun bitki yağlarının yağ turşularının duzlarıdır. Buna görə də, onun güclü ətri və rəngi olmayacaq. Yuyucu vasitənin tərkibində dərman bitkiləri, gil, minerallar, müalicəvi palçıq və ətir üçün efir yağları da olsa, yaxşıdır”, – deyə Rudıka vurğulayıb.

    Dermatoloq onu da əlavə edib ki, bərk sabun maye sabundan daha təhlükəsizdir.

    Mənbə: fedpress.ru

  • Şəkərli diabet xəstələrinə pulsuz verilən dərman vasitələrinin sayı artırılacaq – VİDEO

    Azərbaycanda şəkərli diabet xəstələrinin sayı üç dəfəyə yaxın artıb. 2010-cu ildə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 120 min olduğu halda, hazırda qeydiyyatda 320 mindən çox xəstə var.

    Bu rəqəmlər Dövlət Statistika Komitəsinin məlumatında əksini tapıb.

    Mövzu ilə bağlı Xezerxeber.az-a danışan millət vəkili Rəşad Mahmudov bildirib ki, şəkərli diabet xəstəliyi son dövrlər bütün dünyada ciddi problemə çevrilib.

    Onun sözlərinə görə, bu xəstəliyin müalicəsinə ciddi yanaşmaq lazımdır. Əks halda, ağır fəsadlara yol aça bilər.

    Rəşad Mahmudov deyib ki, bəzi dərmanlarin şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün əlçatan olmaması bu sahədə effektiv nəticə əldə etməyi çətinləşdirir. Onun sözlərinə görə, gələcəkdə sözügedən xəstəlikdən əziyyət çəkən şəxslərə pulsuz verilən dərman vasitələrinin sayının çoxaldılması nəzərdə tutulur.

    Daha ətraflı süjetdə: