Month: November 2023

  • Siqaretin qiyməti artır? – Satıcılar son vəziyyəti açıqladılar

    Bir neçə gündür ki, mağazalarda siqaret qıtlığı yaşanır.

    Bu barədə “Trend”ə satıcılar bildiriblər.

    Onların sözlərinə görə, hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıblar:

    “Firmalar məhsul vermirlər. Topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır”.

    Qeyd edək ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşmışdı.

  • İsrail ölkəyə hücumda iştirak edən HƏMAS döyüşçülərinin sayını açıqladı

    Bu il oktyabrın 7-də İsrailə edilən hücumda 3 minə yaxın HƏMAS döyüşçüsü iştirak edib.

    Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

    “Yenilənmiş məlumatlara görə, HƏMAS hərəkatının həyata keçirdiyi qırğında 3000-ə yaxın terrorçu iştirak edib. Onların hamısı İsrailin cənubuna soxulublar”, – deyə məlumatda bildirilib. Qeyd edilib ki, son hesablama üzrə 3000 rəqəmi yalnız silahlı terrorçuları əhatə edir, hasardakı böyük boşluqlardan istifadə edərək ölkəyə daxil olan qəzzalıların sayı bu rəqəmə daxil deyil.

    Mənbə: “Times of İsrael”

  • Ucarda iribuynuzlu heyvanların tələf olma səbəbi AÇIQLANDI

    Kənd Təsərrüfatı Nazirliyi Ucar rayonunda iribuynuzlu heyvanların müəmmalı şəkildə tələf olması ilə bağlı açıqlama verib.

    Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Ucar rayonunun Yuxarı Şilyan kəndində sakinlərə məxsus heyvanların tələf olunması ilə bağlı nazirliyin əməkdaşları və özəl baytarlar hadisə yerinə gediblər:

    “Səhər saatlarında 23 baş heyvanın tələf olduğu müəyyən edilib. Digərlər heyvanlara ilkin tibbi yardım göstərilib. Onlardan səkkizi tam sağalıb, altısı isə nəzarət altındadır. Tələf olan heyvanlardan nümunə götürülüb və laboratoriyaya verilib.

    İlkin ehtimala görə, onların ölümü hər hansı xəstəlikdən deyil, su mənbəsindən zəhərlənmədir. Analizlər tam təsdiq olunduqdan sonra zəhərlənmənin əsl səbəbi məlum olacaq”.

    Nazirlikdən əlavə edilib ki, su mənbəyindən də analizlər götürülüb:

    “Tələf olan heyvanlar basdırılıb və ərazi dezinfeksiya edilib”.

  • Saatlıda yol-nəqliyyat hadisəsində sərnişin ölüb

    Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, Qara Nuru kəndi ərazisində 2000-ci il təvəllüdlü Saatlı rayonu, Məmmədabad kənd sakini Emil Elşad oğlu Astanov sərxoş vəziyyətdə, VAZ-21063 markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı binaya dəyib.

    Nəticədə avtomobildəki sərnişin, 1959-cu il təvəllüdlü Aybəniz Xanoğlan qızı Astanova aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.

  • Gəncədə yaşayış binasının zirzəmisində baş vermiş tüstülənmənin qarşısı alınıb

    Gəncədə yaşayış binasının zirzəmisində baş vermiş tüstülənmənin qarşısı alınıb.

    Gəncə şəhər 3-cü mikrorayon, 18-ci binanın zirzəmisində baş vermiş tüstülənmənin qarşısı alınıb.

    Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı hazırda yaşayaış binasında elektrik enerjisinin verilməsi dayandırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Günay Bank” və “Muğan Bank” niyə bağlandı?

    “Bizim apardığımız yoxlamalardan sonra məlum oldu ki, “Günay Bank” və “Muğan Bank”da hesabatlılıq düzgün aparılmayıb”.

    Bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

    Sədr qeyd edib ki, həmin bankların bağlanmasının səbəblərindən biri məhz bu idi:

    “Biz yerində nəzarət etdik və müəyyən etdik ki, kapital çatışmazlığı var. Bundan irəli gələrək həmin bankların lisenziyalarını ləğv etdik”.

  • Bu marşrut xətlərində də ödəniş “BakıKart”la olacaq

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə xidmət göstərir.

    Bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib.

    “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.

    Bununla yanaşı 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.

    Bizi Facebookda izləyin

  • “Bayraktar” PUA-ları cəbhədə faydasız olub – Ukrayna kəşfiyyatı

    Rusiyanın genişmiqyaslı işğalından sonra Ukrayna Silahlı Qüvvələrinin uğurlu müdafiəsini və hücumlarını təmin edən Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları il yarımdan çox müddətdən sonra cəbhədə praktiki olaraq yararsız hala düşüb.

    Bu barədə “Defence News” yazır.

    “TB2-yə gəlincə, mən “faydasız” sözünü işlətmək istəmirəm, lakin onlardan istifadə üçün vəziyyətlər tapmaq çətindir”, deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) polkovniki Vladimir Valyux deyib.

    Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müxtəlif bölmələri PUA-lardan istifadəni davam etdirir, lakin onların istifadə tezliyi və döyüş meydanındakı rolu dəyişib: “Biz TB2-yə görə son dərəcə minnətdarıq, lakin müharibənin əvvəlində onlardan daha çox istifadə olunurdu və daha çox zərbə vurulurdu”.

    Türkiyə dronlarının istifadəsi ilə bağlı çətinliklər Rusiya hava hücumundan müdafiə sisteminin onlara uyğunlaşması səbəbindən yaranıb. Həmçinin, Valyuxun sözlərinə görə, bu tip pilotsuz uçuş aparatlarını uğurla məhv etməyi və yatırtmağı öyrənən Rusiyanın radioelektron mübarizə sistemlərinin səmərəliliyi artıb.

    “Bayraktar TB2” pilotsuz uçan aparatları 27 saat havada qala bilir, lakin Valyuxun qeyd etdiyi kimi, onların cəbhədə yarım saatdan çox uça bildiyini görməyib.

    PUA istehsalçısı “Baykar” insanları özünün flaqman məhsulunun məhdud faydası ilə bağlı iddialara tənqidi yanaşmağa çağırıb. “Baykar”ın baş direktoru Haluk Bayraktar Rusiyanın Ukrayna cəbhəsində yüzlərlə orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərini yerləşdirdiyini qeyd edərək, “Bu, işləmək üçün çətin mühitdir”, deyib.

    “Hazırda “Bayraktar TB2″lər əsasən gündəlik hədəf izləmə uçuşları üçün istifadə olunur”, deyən Bayraktar bu cür uçuşların hücum uçuşlarından daha az dəyərli görünə biləcəyini söyləyib.

    Türk şirkətinin “Defence News”a təqdim etdiyi məlumatlara görə, pilotsuz uçuş aparatlaeı Ukrayna Silahlı Qüvvələri tərəfindən tez-tez kəşfiyyatda istifadə olunur. “TB2 “açıq pəncərələr”aşkar edənə qədər hücum etmir. Onlar Rusiyanın hava hücumundan müdafiə sistemləri üçün asan hədəf olmamalıdır”, deyə Bayraktar qeyd edib.

    Xatırladaq ki, Türkiyə və Ukrayna pilotsuz uçuş aparatlarının birgə istehsalının inkişafı ilə bağlı memorandum imzalayıblar. Yayda Ukraynada Türkiyə tərəfinin 100 milyon dollar sərmayə qoyacağı “Bayraktar” zavodunun tikintisinə başlanılıb. “Baykar” rəhbəri 2025-ci ildə ölkədə PUA istehsalına başlamağı gözlədiyini bildirib.

    Oktyabrın əvvəlində Haluk Bayraktar şirkətinin Ukraynaya modernləşdirilmiş “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarını vermək niyyətində olduğunu da açıqlayıb. Amma bunun üçün ilk növbədə Türkiyə rəsmilərindən icazə almaq lazımdır.
    //qaynarinfo

  • Məhsulun keyfiyyətini harada yoxlamaq olar? (VİDEO)

    Market və bazarlarda alış-veriş edərkən hər bir alıcını məhsulun qiyməti və keyfiyyəti maraqlandırır. Xüsusilə də qida məhsulları alarkən buna diqqət yetirilir.

    Əksər insanlar məhsul alarkən daha çox dad və görünüşə üstünlük verirlər. Bu da keyfiyyətli məhsulu seçməyə mane olur.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aztv-yə bildirib ki, əgər marketlərdə eyni cür 5 məhsul varsa, buraxılış və yararlılıq tarixləri arasındakı müddətə diqqət yetirilməlidir:

    “İstehlakçı bilməlidir ki, məhsulun müddətini hansı kimyəvi maddə uzadırsa, həmin maddə insanın ömrünü qısaldır”.

  • Azərbaycanda bu şəxslər hər ay 520 manat alacaqlar (VİDEO)

    Gələn ildən ehtiyac meyarının həddi artırılacaq. Belə ki, ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq.

    Bu, Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində öz əksini tapıb.

    Millət vəkili Vüqar Bayramov atv-yə bildirib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım alan ailələrin sayını artıracaq: “Hazırda 5 nəfər üzvü olan ailənin 800 manatlıq gəliri ilə aldığı sosial yardımın məbləği 430 manatdırsa, gələn il bu rəqəm 520 manata qədər yüksələcək”.