Month: November 2023

  • Azərbaycan kikboksçusu 28-ci dəfə dünya çempionu olub

    Azərbaycan idmançısı Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi olub.

    Təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    E.Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə altı döyüş keçirib. Portuqaliya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn həmyerlimiz karyerası ərzində 28-ci dəfə dünya çempionu olub.

  • Президент: Армения – одна из безуспешных и зависимых стран, которые хотят служить нескольким хозяевам

    В мире немало безуспешных и зависимых стран, желающих усидеть на двух или более стульях одновременно, служить нескольким хозяевам и превративших себя в арену противостояния более крупных государств. Одна из них – соседняя с Азербайджаном Армения.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 24 ноября во время выступления на саммите Специальной программы ООН для экономик стран Центральной Азии (SPECA) в Баку.

    “Такие страны нельзя назвать независимыми в подлинном смысле слова. Политика таких стран не основана на воле их народов, их судьба находится в руках иностранных спонсоров. А государства-члены SPECA являются поистине независимыми странами, потому что проводят независимую внешнюю и внутреннюю политику”, – отметил глава государства.

  • Prezident: “Dünyada uğursuz, bir neçə ağaya xidmət edən ölkələrin sayı az deyil, onlardan biri Ermənistandır”

    “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

    “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

  • В Индии десятки строителей уже 11 дней погребены в тоннеле из-за оползня

    В небольшом индийском городе Уттаркаши, штат Уттаракханд, более 11 дней идет операция по спасению строителей из обрушившегося автомобильного тоннеля.

    Согласно информации, рабочие оказались погребены 12 ноября, когда из-за оползня обрушилась часть 4,5-километрового подземного тоннеля, который они строили. Преграда появилась примерно в 200 м от входа. За спасательной операцией в режиме реального времени следят все главные индийские издания. Достать рабочих из тоннеля очень непросто из-за того, что строительство проходит в гористой местности. Буровые установки уже несколько раз перегревались, одна из них даже вышла из строя.

    Тем не менее спасателям удалось наладить подачу кислорода строителям через трубу небольшого диаметра. Спустя некоторое время удалось пробурить трубу чуть большего диаметра, через которую строителям передавали сухой паек, а с 20 ноября им начали подавать горячее питание из риса и чечевицы через новую трубу диаметром 15,2 см. Рабочие поддерживают связь с родственниками по рациям и видеосвязи: в тоннель также доставили камеру.

    Власти надеются, что операцию скоро удастся завершить. Сообщается, что бурение последнего участка возобновилось после шестичасовой задержки, случившейся, когда некий металлический предмет в завалах повредил лопасти буровой машины. Спасатели уже пробурили 46 м, им осталось еще 12 м.

    Спасатели планируют сварить несколько труб, через которые смогут достать застрявших рабочих. Отмечается, что создан шестиметровый тоннель из труб. По нему спасатели залезут внутрь и вытащат строителей на носилках-каталках. На месте дежурит бригада из 15 врачей.

    Тоннель, в котором застряли рабочие, является частью всесезонной дороги “Чардхам” – флагманского федерального проекта, соединяющего четыре индуистские святыни. Считается, что каждый исповедующий эту религию должен посетить эти места в течение жизни.

    Источник: lenta.ru

  • Hindistanda 41 inşaatçı 11 gündür tunelin dağıntıları altında qalıb

    Hindistanın Uttarkand əyalətinin kiçik Uttarkaşi şəhərində dağılmış yol tunelindən inşaatçıların xilas edilməsi əməliyyatı 11-ci gündür ki, davam edir.

    İnşaatçılar inşa etdikləri 4,5 kilometrlik yeraltı tunelin bir hissəsinin sürüşmə nəticəsində uçmasından sonra dağıntılar altında qalıblar. İnsident noyabrın 12-də baş verib.

    Tikinti dağlıq ərazilərdə getdiyindən işçiləri tuneldən çıxarmaq çox çətindir. Qazma qurğuları artıq bir neçə dəfə xarab olub, hətta onlardan biri artıq sıradan çıxıb.

    Buna baxmayaraq, xilasedicilər kiçik diametrli boru vasitəsilə inşaatçılara oksigen verilməsini təmin edə biliblər. Noyabrın 20-dən etibarən daha enli yeni boru vasitəsilə onlara düyü və mərcimək olmaqla isti yemək verilməyə başlayıb. İşçilər qohumları ilə smartfon və videozənglər vasitəsilə əlaqə saxlayırlar.

    Xilasedicilər artıq 46 metr dərinliyə çatıblar. İnşaatçıları xilas etmək üçün isə hələ 12 metr qalıb.

    Mənbə: lenta.ru

  • Macarıstanın Baş naziri Viktor Orban Fəxri xiyabanı ziyarət edib

    Noyabrın 24-də Macarıstanın Baş naziri Viktor Orban Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

    AZƏRTAC xəbər verir ki, Baş nazir ümummilli liderin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.

  • Президент Ильхам Алиев принимает участие в саммите SPECA – ПРЯМОЙ ЭФИР

    24 ноября в Баку начал работу саммит, посвященный 25-й годовщине SPECA – Специальной программы ООН для экономик стран Центральной Азии.

    Президент Азербайджанской Республики Ильхам Алиев принимает участие в данном мероприятии.

  • Prezident İlham Əliyev SPECA-nın Zirvə görüşündə iştirak edir – CANLI YAYIM

    Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edir.

  • Sabah hava necə olacaq?

    Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorolgiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
    Ətraflı

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

  • Həm qiyməti, həm də keyfiyyəti azalır: Bitki yağları ilə bağlı ƏSL MƏNZƏRƏ

    2023-cü ilin 10 ayı ərzində Azərbaycanda şirkətlər xaricdən xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.

    Bizim.media xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub.

    Statistika nəyi göstərir?

    Sənəddə, eyni vəziyyətin xam qarğıdalı yağında da müşahidə edildiyi diqqətə çatdırılır. Belə ki, Azərbaycana xam qarğıdalı yağının bir tonu 2022-ci ilin ilk üç rübündə orta hesabla 1 586 dollara idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar təşkil edib. Bu, illik müqayisədə 5 faiz ucuzlaşma deməkdir.

    Bundan əlavə, yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində də azalma müşahidə olunur. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 5,55 manata satılan günəbaxan yağının qiyməti, cari ilin müvafiq dövrünə 4,37 manata qədər 21 faizlik azalma yaşayıb.

    Qarğıdalı yağının qiyməti isə 11% aşağı düşüb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6,75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə 5,99 manata düşüb.

    Bəs əsl reallıq?

    Qeyd olunanlar rəsmi statistik məlumatlardır. Bəlli olduğu kimi, adıçəkilən bitkilərin ölkədə əkin sahələri çox azdır ki, bu da istehsala, yağ şəklində emala, satışa və keyfiyyətə ciddi təsir edir. Məlumdur ki, bu gün ölkə daxilində istehsal olunan qarğıdalı, günəbaxan və digər bitki yağlarının qiyməti həm baha, həm də keyfiyyət baxımından çox zəifdir. Bunlardan bir dəfə alan istehlakçı növbəti dəfə başqa yağ məhsulu almağa üstünlük verir.

    “Azərbaycanda günəbaxan və qarğıdalı tarlaları çox azdır”

    Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli, günəbaxan yağlarının bahalaşmasının əsasən iri market şəbəkələrində müşahidə olunduğunu diqqətə çatdırıb:

    “Qarğıdalı yağı isə cüzi, yəni 5 faiz ucuzlaşıb, amma biz bunu hiss edə bilmərik. Hətta sahibkar bunu özündə saxlaya bilər. Ona görə ki, inflyasiyadan təsirlənən sahibkarın da xərcləri artıb. Eyni zamanda, Azərbaycanda bu məhsulların sadəcə qablaşdırılması həyata keçirilir. Bu məhsullar ölkəyə sisternlərlə gətirilir və şirkətlər tərəfindən qablaşdırılır, daxili bazara təqdim olunur.

    Bu onunla bağlıdır ki, günəbaxan və qarğıdalı tarlaları yoxdur, olsa da azdır. Onların əvəzinə taxıl məhsulları əkilir. Digər tərəfdən özümüz əksək də, bu, məhsulları ucuz hasil edəcəyimiz və satacağımız anlamına gəlməməlidir”.

    “Əgər bir vətəndaş keyfiyyətli məhsul almaq istəyirsə…”

    Qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova isə, bütün məhsullarda olduğu kimi, bitki yağlarında da qiymətin hər zaman keyfiyyət göstəricisi olmadığını diqqətə çatdırıb:

    “Ola bilsin ki, xammal şəklində ucuz başa gəldiyi üçün satışı da sərfəlidir. Yaxud da bəzi bitkilərin əkinçiliyi hansısa ölkədə olduğu üçün xammalını da ucuz əldə edirlər. Bu da məhsulun istehsalında və qiymətində fərqləri yarada bilər. Rusiya-Ukrayna müharibəsindən əvvəl malların sərhəddən keçirilməsi daha rahat idi.

    Müharibənin kəskin dövründə isə bu kimi qidaların ölkəyə gətirilməsi xeyli məhdudlaşdırıldığı üçün qiymətlər artmışdı. Sərhədlər qismən açıldıqdan və buna görə məhsulların rahat gətirilməsi də təmin olunub. Bu qiymətlərin sabitləşməsinə dəstək verə bilər”.

    Onun sözlərinə görə, xammalın ucuzlaşması, istehsal olunan məhsulun keyfiyyətsiz olduğu anlamına gəlməməlidir:

    “Əgər bir vətəndaş keyfiyyətli məhsul almaq istəyirsə, məhsulun arxa hissəsindəki həm keyfiyyəti, həm də istehsalçı şirkət haqqında bütün məlumatların olub-olmamasını yoxlamalıdır. Əgər yağ hər hansısa bir bitkiyə məxsusdursa, onun ən azı 70 faizini həmin bitki təşkil etməlidir. Əgər başqa yağlar, və ya həmin bitkinin dadlandırıcısından və ya aromatizatorundan istifadə olunubsa, bu, həmin yağın keyfiyyətsiz olduğunu göstərir. Bu baxımdan da mütləq yağın tərkibinə diqqət yetirmək lazımdır”.