Month: November 2023

  • Касым-Жомарт Токаев: Взаимоотношения между Казахстаном и Азербайджаном развиваются по восходящей линии

    Президент Казахстана Касым-Жомарт Токаев назвал Баку жемчужиной Каспийского региона и одним из красивейших городов мира.

    Как передает пресс-служба казахстанского лидера, об этом он заявил в ходе встречи с Президентом Азербайджана Ильхамом Алиевым в Баку.

    Он поздравил Президента Ильхама Алиева и братский народ Азербайджана с эпохальным событием – обеспечением территориальной целостности страны в соответствии с международным правом и резолюциями Совбеза ООН.

    “Это стало возможным благодаря Вашему сильному руководству, дальновидной и мудрой политике, направленной на укрепление государственности, улучшение благосостояния народа и повышение авторитета Баку в мировом сообществе. Я думаю, что это действительно историческое событие”, – подчеркнул Токаев.

    Он отметил, что взаимоотношения между Казахстаном и Азербайджаном развиваются по восходящей линии.

    “Появляются новые проекты. У нас нет каких-либо вопросов друг к другу. Мы являемся естественными стратегическими партнерами, практически соседями через Каспийское море. Историческим стало принятие Совместной декларации об укреплении стратегических отношений и углублении союзнического взаимодействия, а также учреждение Высшего межгосударственного совета. Я принял решение привезти в Баку полноформатную делегацию, поскольку я считаю, что сегодняшняя встреча – это, по сути, полноформатные, насыщенные переговоры с Азербайджаном и хорошая возможность обменяться мнениями по широкому спектру вопросов взаимодействия двух стран”, – сказал президент Казахстана.

  • Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakını Xəzər regionunun mirvarisi və dünyanın ən gözəl şəhərlərindən biri adlandırıb.

    Qazaxıstan liderinin mətbuat xidməti xəbər verir ki, o, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

    O, əlamətdar hadisə – ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin edilməsi münasibətilə Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını təbrik edib:

    “Bu, sizin güclü rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına, Bakının dünya birliyində nüfuzunun artırılmasına yönəlmiş uzaqgörən və müdrik siyasətiniz sayəsində mümkün olub. Hesab edirəm ki, bu, həqiqətən də tarixi hadisədir”.

    Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir:

    “Yeni layihələr meydana gəlir. Biz təbii strateji tərəfdaşıq, Xəzər dənizinin sahil ölkələri olaraq qonşuyuq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin qəbulu, eləcə də Ali Dövlətlərarası Şuranın yaradılması tarixi əhəmiyyət kəsb edib. Mən tamformatlı nümayəndə heyətini Bakıya gətirmək qərarına gəldim, çünki hesab edirəm ki, bugünkü görüş, əslində, Azərbaycanla tamformatlı danışıqlardır və iki ölkə arasında qarşılıqlı fəaliyyətin geniş spektri üzrə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”.

  • Касым-Жомарт Токаев: Казахстан приветствует вклад Азербайджана в развитие SPECA

    Казахстан приветствует вклад Азербайджана в развитие Специальной программы ООН для экономик стран Центральной Азии (SPECA).

    Как передает Report, об этом заявил президент Казахстана Касым-Жомарт Токаев, выступая на саммите SPECA в Баку.

    По его словам, Казахстан был инициатором в 1997 году специальной программы ООН, которая в дальнейшем превратилась в эффективную платформу регионального сотрудничества.

    “В прошлом году под председательством Казахстана мы укрепили основные направления программы и предприняли конкретные шаги с точки зрения их практической реализации”, – сказал глава казахстанского государства.

  • Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”

    “Qazaxıstan Azərbaycanın BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) inkişafına verdiyi töhfəni alqışlayır”.

    “Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda SPECA-nın Zirvə görüşündə çıxışında deyib.

    Onun sözlərinə görə, Qazaxıstan hələ 1997-ci ildə BMT-nin xüsusi proqramının təşəbbüskarı olub və sonradan bu proqram regional əməkdaşlıq üçün səmərəli platformaya çevrilib.

    “Ötən il Qazaxıstanın sədrliyi ilə biz proqramın əsas istiqamətlərini gücləndirdik və praktiki icra baxımından konkret addımlar atdıq”, – o vurğulayıb.

    Tokayev, həmçinin qeyd edib ki, Qazaxıstan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazırdır.

    Qazaxıstan lideri əlavə edib ki, ölkəsi Orta Dəhliz marşrutu üzrə yükdaşımalarda əhəmiyyətli artım gözləyir:

    “Ölkələrimiz üçün ətraf mühitin mühafizəsi və transsərhəd su ehtiyatlarının idarə edilməsi üzrə tədqiqat işlərinin aparılması çox vacibdir”.

  • Ильхам Алиев: Азербайджан с нуля возводит новые города и села на освобожденных от оккупации территориях

    В настоящее время на освобожденных от оккупации территориях мы проводим широкомасштабные строительно-восстановительные работы. Мы возводим с нуля новые города и села.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 24 ноября во время выступления на саммите Специальной программы ООН для экономик стран Центральной Азии (SPECA) в Баку.

    Глава государства довел до внимания, что на первоначальном этапе планируется восстановить 100 населенных пунктов, в том числе девять городов и восемь поселков.

    “В рамках программы Великого возвращения бывшие вынужденные переселенцы возвращаются в свои исконные края. До конца 2026 года 140 000 бывших вынужденных переселенцев вернутся в родные дома”, – добавил Президент Ильхам Алиев.

  • Azərbaycan Prezidenti: “İşğaldan azad olunmuş ərazilərdə sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”

    “Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

    Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən doqquz şəhər və səkkiz qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib.

    “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, – deyə Azərbaycan Prezidenti bildirib.

  • Ильхам Алиев: Сильная экономика Азербайджана позволяет проводить независимый внешнеполитический курс

    Сильная экономика Азербайджана позволяет проводить независимый внешнеполитический курс.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 24 ноября во время выступления на саммите Специальной программы ООН для экономик стран Центральной Азии (SPECA) в Баку.

    Информируя об основных показателях развития Азербайджана за последние 20 лет, глава государства сказал: “За последние 20 лет валовой внутренний продукт (ВВП) Азербайджана увеличился в четыре раза. Доходы бюджета возросли более чем в 30, а внешнеторговый оборот – более чем в 10 раз. Внешний долг Азербайджана в настоящее время составляет примерно 10% ВВП. Валютные резервы в 10 раз превышают внешний государственный долг, уровень бедности сократился примерно с 50% до 5,5%”.

  • İlham Əliyev: “Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır”

    “Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

    Azərbaycanın son iyirmi ildəki inkişafının əsas göstəricilərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib:

    “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb”.

  • Президент: Экономический форум в Баку внесет вклад в развитие деловых связей между странами SPECA

    Мы приветствуем принятую на днях в Генеральной ассамблее ООН резолюцию в связи с 25-летием SPECA. Считаем заслуживающим одобрения учреждение Целевого Фонда SPECA под эгидой ООН. Экономический форум, организованный в Баку в рамках Недели SPECA, внесет вклад в развитие деловых связей между нашими странами. Выставка, организованная в Бакинском Экспо-центре, наглядно демонстрирует процесс развития в наших странах.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 24 ноября во время выступления на саммите Специальной программы ООН для экономик стран Центральной Азии (SPECA) в Баку.

    Глава государства подчеркнул, что Азербайджан и страны Центральной Азии связывают многовековые исторические и культурные узы.

    “Азербайджан и Центральная Азия являются единым историко-культурным и геополитическим пространством, имеющим возрастающее стратегическое значение. В сентябре я впервые был приглашен в качестве почетного гостя на проведенный в Душанбе саммит глав государств Центральной Азии. Еще раз благодарю за это приглашение. Расцениваю нынешний саммит как логическое продолжение встречи в Душанбе”, – добавил Президент Ильхам Алиев.

  • Prezident: “Bakıdakı iqtisadi forum ölkələrimiz arasında biznes əlaqələrinin inkişafına töhfə verəcək”

    “Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiq addım hesab edirik. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. “Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm”, – deyə Azərbaycan Prezidenti qeyd edib.