Month: November 2023

  • У нового президента Аргентины нашлось альтер-эго – ВИДЕО

    Новый президент Аргентин Хавьер Милей прославился своей эксцентричностью еще до того, как выиграл выборы.

    Но теперь в Сети всплывает все больше информации о его странностях.

    На соответствующем видео он поет про экономический кризис в костюме “Генерала Анкапа” – супергероя из Либерленда, в котором “никто не платит налоги”.

    Отмечается, что на обращения такого президента вся страна будет собираться с попкорном.

  • Argentinanın yeni prezidenti superqəhrəman geyimində mahnı oxudu – VİDEO

    Argentinanın yeni prezidenti Xavyer Miley hələ seçkilərdə qalib gəlməmişdən əvvəl ekssentrikliyi ilə məşhurlaşıb. Amma indi onun qəribəliklərinə dair xəbərlər internetdə getdikcə artmaqdadır.

    Sosial şəbəkələrdə onun “General Ankap” – heç kimin vergi ödəmədiyi virtual Liberland dövlətindən olan superqəhrəmanının geyimində iqtisadi böhrandan bəhs edən mahnı oxuduğunu əks etdirən video yayılıb.

    “Belə bir prezidentin müraciətinə bütün ölkə popkornla toplanacaq”, – deyə sosial şəbəkə istifadəçilərindən biri videoya şərh yazıb.

  • AVRO-2024: Seçmə mərhələdə az xal yığan komandalar müəyyənləşib, Azərbaycan millisi 41-ci olub

    AVRO-2024-ün seçmə mərhələsində ən az xal yığan komandalar bəlli olub.

    Kipr, Cəbəllüttariq, Malta, San Marino və Lixtenşteyn yer aldıqları qrupları xalsız başa vurublar.

    Estoniya bir, Farer adaları və Andorra hərəyə iki xal qazanıblar. Latviya üç, Bolqarıstan dörd, Litva və İrlandiya isə tsikli altı xalla yekunlaşdırıblar.

    F qrupunda yeddi xal toplayan Azərbaycan millisi ən az xal əldə edən 13-cü yığmadır. De Byazinin baş məşqçisi olduğu kollektiv xalların sayına görə 41-ci pillədə qərarlaşıb.

    Ən çox xalı isə Portuqaliya hesabına yazdırıb. Ulduz futbolçu Kriştianu Ronaldunun kapitanı olduğu yığma 10 matçın hamısında qələbə qazanmaqla maksimum nəticə əldə edib.

    Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində 53 ölkə mübarizə aparıb. Rusiya Ukrayna ilə müharibə səbəbindən turnirdə yer almayıb.

  • 93 min manat rüşvət alan Lənkəranın sabiq baş memarına AĞIR CƏZA

    Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

    Pravda.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayev ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

    Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

    İttihama görə, o, 93 350 manat rüşvət alıb.

    Elgün Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə təsirli bilmir.

  • Перестрелка на ирано-азербайджанской границе: обнаружено почти 100 кг наркотиков – ФОТО

    20 ноября на территории пограничной заставы погранотряда “Горадиз” пограничных войск Государственной пограничной службы (ГПС), расположенной близ села Амирзейидли Бейлаганского района, был выявлен факт нарушения двумя неизвестными госграницы с Ираном в направлении Азербайджана.

    Как сообщили в пресс-центре ГПС, нарушители границы были вооружены огнестрельным оружием, а у одного из в руках был большой мешок.

    Пограничный наряд дал команду “Стоп” и открыл предупредительный огонь в воздух. Нарушители границы, не подчинившиеся приказу, открыли огонь по пограничному наряду, бросили груз и, воспользовавшись неблагоприятными погодными условиями и сложным рельефом местности, бежали назад на территорию Ирана.

    В результате проведенного пограничного обыска на территории было обнаружено более 95 кг наркотических средств (10 кг 100 г метамфетамина, 85 кг опиума).

    По указанному факту продолжаются следственно-оперативные мероприятия.



  • İran-Azərbaycan sərhədində silahlı insident – FOTO

    Noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib.

    Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

    Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



  • İlham Əliyev: “Ermənistanla sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb”

    “Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb”.

    AZƏRTAC-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edən zaman deyib.

    Dövlətimizin başçısı qeyd edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib.

    Prezident ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb.

    Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib.

    Leo Dokerti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirdi.

    Britaniyalı nazir vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.

  • В Шабранском районе в мастерской при взрыве шины погиб человек

    В селе Девечи Шабранского района в шиномонтажном цехе произошел несчастный случай с летальным исходом.

    Об этом сообщили в пресс-службе Генпрокуратуры.

    Согласно информации, Рафаил Азимов (1999 г.р.), работавший в шиномонтажной мастерской, скончался от травм, полученных в результате взрыва шины при проведении ремонтных работ.

    По данному факту в районной прокуратуре проводится расследование.

  • Şabranda sexdə təkər partladı, usta öldü

    Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.

    Bu barədə Baş Prokurorluqdan bildirilib.

    “Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda deyilir.

  • Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs TUTULDU

    Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.