Month: November 2023

  • Bakıda sensasion ƏDV dələduzluğu – Dövlətdən 2,5 MİLYON manat oğurlayanlar İFŞA EDİLDİ

    Bakıda sensasion ƏDV dələduzluğu faktı aşkara çıxarılıb.

    Musavat.com saytına məlumat verən və bu dəstəni yaxından tanıyan mənbənin bildirdiyinə görə, hadisə keçən ilin may və iyun ayında baş verib.

    Məlumata görə, Məmmədov Vüsal adlı şəxs Seymur və Novruz adlı şərikləri ilə (adlar şərtidir – red.) ƏDV-çek maxinasiyası qurub. Onlar realda mövcud olmayan dükanların kassalarını “açıblar”. Bu “kassa”ların sayı 5 ədəd olub.

    “Hər kassa gündə 1200000 (1 milyon 200 min) manata yaxın çek vurub. Onlar özlərini avtodetal satıcısı kimi qeyd ediblər. Bu üsulla 2 aya vergidən 2 milyon 500 min manat pul çıxarıblar” – saytımıza daxil olan məlumatda bildirilib.

    Mənbə qeyd edir ki, dəstə üzvləri gündüzlər “kassa”da virtual çek vurub, axşam da telefonla ƏDV-ni götürüblər: “4 nəfər Sumqayıt şəhərində 6-cı mikrorayondakı evdə işləyib. Onlar Natiq (Vüsalın xalası oğlu), İlkin və qardaşı (Vüsalın ikinci arvadından olan oğlanları) və Namiq adlı şəxsdir. Ziyafət (Vüsalın baldızı oğlu) isə öz evində işləyirmiş. Natiq, iki qardaş, bir də Namiq hərəsi bir ay işlədiklərinə görə 3000 manat pul alıblar. Ziyafətə isə şəriklər hansısa səbəbdən 30000 (30 min) manat veriblər. Natiq indi Fəqan adlı dostu ilə “sosial ev” düzəltmək adı ilə Bakıda camaatı aldatmaqla məşğuldur. Hər ay məhkəmələrdədir. Bütün evlərini ikinci arvadının və qayınanasının adına keçirib. Maşınları da qardaşının, oğullarının adındadır”, – deyə mənbə bildirib.

  • На три дня ограничено газоснабжение Агдашского и Гейчайского районов

    С сегодняшнего дня ограничено газоснабжение части Агдашского и Гейчайского районов.

    Об этом сообщили в производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    По информации, в связи с проведением ремонтных работ на 162,4-м км и 147,5-м км первой линии магистрального газопровода высокого давления “Газымамед – Газах”, принадлежащего Управлению экспорта газа, с 09:00 22 ноября предусмотрено прекращение на три дня подачи газа с измерительных узлов “Шамсабадская 2-я линия” и “Гейчай-3”.

    На время проведения ремонтных работ (22-24 ноября) приостановлено газоснабжение части Агдашского района, включая его центр и села Кюкяль, Хюшун, Араб, Арал-1, Арал-2, Хосров, Шамсабад, Тофиги, Гараган Сади, Гараган Шихлар, Амирмахмуд, Булаготагы, Юхары Гясиль, Ашагы Гясиль, Орта Гясиль, Гюльбенде, Бейлик, Шордахна, Гараган Саатлы и Садават, а также сел Гейчайского района – Мирзагусейнли, Арабджабирли, Шахадат, Гарабаглар, Хюнгютлю, Маллы-Шихлы, Халитли, Чередже, Мюскюрлю, Габала-Мюскюрлю, Ениарх, Череке, Шихлар и Арабшахверди.

  • Ağdaş və Göyçay rayonlarında üç gün qaz olmayacaq

    Bu gün Ağdaş və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin 162,4-cü km-də və 147,5-ci km-də görüləcək təmir işləri ilə əlaqədar “Şəmsəbad 2-ci xətt” və “Göyçay-3” ölçü qovşaqlarından noyabrın 22-də saat 09:00-dan üç gün müddətində qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə (noyabrın 22-24-də) Ağdaş rayon mərkəzi daxil olmaqla rayonun Kükəl, Hüşün, Ərəb, Aral-1, Aral-2, Xosrov, Şəmsabad, Tofiqi, Qarağan Sədi, Qarağan Şıxlar, Əmirmahmud, Bulaqotağı, Yuxarı Qəsil, Aşağı Qəsil, Orta Qəsil, Gülbəndə, Bəylik, Şordəhnə, Qarağan Saatlı və Sadavat kəndlərinin, həmçinin Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Hüngütlü, Mallı-Şıxlı, Xəlitli, Çərəcə, Müskürlü, Qəbələ-Müskürlü, Yeniarx, Çərəkə, Şıxlar və Ərəbşahverdi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

  • Qız qaçıran qohumlara ağır cəza verildi

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda qız qaçırmaqda təqsirləndirilən Zamir Həsənov və onun dayısı oğlu Samir Qafarovun (hər ikisinin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə hər iki şəxsə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Xatırladaq ki, hadisə 20 aprel 2023-cü il tarixində, saat 15 radələrində Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, Zamir Həsənov evlənmək məqsədi ilə dayısı oğlu Samir Qafarovla birgə 2005-ci il təvəllüdlü Məleykə Məmmədovanı (şərti) qaçırıb. Onlar qızı onun yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman Samirin idarə etdiyi VAZ-2107 markalı avtomobilə zorla mindirərək aparıblar.

    Daha sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Türkiyə daxili işlər naziri axtarışda olan minlərlə şəxsin saxlanıldığını açıqladı

    “81 bölgədə axtarışda olan şəxslərə qarşı həyata keçirilən “Çember-6 əməliyyatları” zamanı axtarışa verilən 2 min 136 nəfər tutulub”.

    Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

    Ali Yerlikayanın sözlərinə görə, saxlanılan şəxslərdən 6-sı 10 ildən artıqdır axtarılır. 11 nəfər beş ildən 10 ilədək axtarışda olub. 2 119 nəfər isə beş ilədək müddətdir axtarışa verilib.

    Mənbə: Haber Global

  • Laçın sakinləri qanunsuz saxlanılan odlu silahlarını təhvil veriblər

    Laçın sakinləri qanunsuz saxlanılan odlu silahlarını könüllü şəkildə polisə təhvil veriblər.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

    Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən doqquz müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

  • Gürcüstanda doğum pulsuz oldu

    Gürcüstan Səhiyyə Nazirliyi zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğumun tam maliyyələşdirilməsinə qərar verib.

    “Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

    “Ümumi Tibbi Sığorta proqramı çərçivəsində doğuş və qeysəriyyə əməliyyatları bütün vətəndaşlar üçün tam şəkildə maliyyələşdiriləcək. Maliyyələşdirməyə həkim seçimi və ağrıkəsici dərmanların qiyməti, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərclər daxildir. Müvafiq olaraq, pasiyentlər heç nə ödəməyəcək”, – məlumatda deyilir.

    Vurğulanıb ki, tibbi səbəblərə görə deyil, pasiyentin istəyi ilə qeysəriyyə əməliyyatı, həmçinin VİP palatada göstərilən xidmətlər ödənişli olaraq qalacaq. Qəbul edilən dəyişikliklərə əsasən, doğuş və qeysəriyyə əməliyyatı tarifləri bir-birinə bərabər olub. Xidmətin dəyəri 1,2 min lari (təxminən 750 manat) təşkil edir və Ümumi Tibbi Sığorta proqramına daxil olan bütün tibb müəssisələrində qarşılanacaq.

    Nazirlikdən qeyd edilib ki, təbii doğuş və qeysəriyyə əməliyyatlarının qiymətləri eyni olması tibb işçilərinin qeysəriyyə əməliyyatına daha çox meyl etməsinin qarşısını almaq üçün atılan addımdır. Hazırda Gürcüstanda qeysəriyyə əməliyyatı ilə doğum yüksək göstəricisiyə malikdir.

  • Türkiyədə 39 polis həbs edildi

    İstanbul Polis İdarəsində çalışan 39 polis məmuru qazıntı maşınlarına pul verib rüşvət aldıqları iddiası ilə həbs edilib.

    “Unikal” xəbər verir ki, İstanbul Polis İdarəsində çalışan, əksəriyyəti yol polisi olan 142 nəfər qazıntı maşınlarından rüşvət aldıqları səbəbilə saxlanılıb. Onlardan 39-u həbs edilib.

    Həmin şəxslərin rüşvət müqabilində karxana və bu kimi sahələrdən normadan artıq yüklərin alınmasına icazə verdikləri müəyyən edilib

  • Глава МИД Армении не поедет на заседания в рамках ОДКБ

    Глава МИД Армении Арарат Мирзоян не поедет на заседания в рамках ОДКБ, которые пройдут 22-23 ноября в белорусском Минске. Об этом сообщила пресс-служба внешнеполитического ведомства Армении.

    “В ходе телефонного разговора с министром иностранных дел Беларуси Сергеем Алейником состоялся обмен мнениями по армяно-белорусской повестке дня. Были затронуты вопросы, связанные с деятельностью ОДКБ. Арарат Мирзоян отметил, что не сможет принять участие в совместном заседании СМИД ОДКБ, Совета министров обороны и Комитета секретарей Совета безопасности, запланированном на 22 ноября в Минске”, – говорится в сообщении.

    Ранее премьер-министр Никол Пашинян и представители армянского МИД неоднократно заявляли, что Ереван на данный момент не обсуждает возможность выхода из ОДКБ, однако представители Армении в последние месяцы не участвуют в мероприятиях организации. Армения также отозвала посла в ОДКБ и не назначила нового.

    Источник: ТАСС

  • Ermənistan XİN başçısı KTMT iclasına qatılmayacaq

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-də Minskdə keçiriləcək görüşə qatılmayacaq.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    “Belarus xarici işlər naziri Sergey Aleyniklə telefon danışığı zamanı Ermənistan-Belarus gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. KTMT-nin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub. Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək”, – məlumatda deyilir.

    Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Belarusda təşkil olunacaq KTMT liderləri sammitində iştirakdan imtina edib.

    Mənbə: TASS