Month: November 2023

  • Neanotoloq: “Vaxtından əvvəl doğulanlar daim həkim nəzarəti altında olmalıdır”

    “Vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin daimi nəzarəti altında olmalıdırlar”.

    Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov deyib.

    Onun sözlərinə görə, vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır.
    Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur.

    “Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar”, – neanotoloq əlavə edib.

  • Ermənistanda Paşinyana etimadsızlıq proseduru başladıla bilər

    “Miasin” hərəkatı hazırkı baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq göstərilməsi proseduruna başlamaq niyyətindədir.

    Ermənistan mətbuatında dərc olunan xəbərlərə görə, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

    “Miasin”in tələbləri noyabrın 23-də saat 16:00-da baş nazirin müvəqqəti işlədiyi prezident iqamətgahında açıqlanacaq. Hərəkat üzvləri baş nazirin siyasəti ilə bağlı narazılıqları səsləndirmək niyyətindədirlər.

    “Hökumət proqramının praktikada həyata keçirilən və dəhşətli nəticələrə səbəb olan addımlarla birbaşa ziddiyyət təşkil etdiyini nəzərə alaraq hərəkat Paşinyana etimadsızlıq nümayiş etdirmək prosesinə başlamaq üçün vətəndaşlara və parlament müxalifətinə müraciət edəcək”, – deyə mətbuat xidmətinin məlumatında bildirilib.

  • Azad edilən ərazilərə təşkil olunan reyslərin sayı AÇIQLANDI

    “Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək ümumilikdə 639 reys həyata keçirilib”.

    “Report”un xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

    O, “Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları barədə iclas iştirakçılarını məlumatlandırıb:

    “Bu istiqamət üzrə ümumilikdə 639 reys həyata keçirilib, 26 226 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib”.

  • Azərbaycan Prezidenti: “Qeydlərimizlə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar”

    “Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

    Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlətimizin başçısı bildirib:

    “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər? Heç nə”.

    Prezident İlham Əliyev vurğulayıb ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar.

  • Ильхам Алиев: Ирак и Азербайджан всегда демонстрируют солидарность в различных международных структурах

    Президент Азербайджана Ильхам Алиев выразил уверенность, что официальный визит президента Ирака Абдель Латифа Джамала Рашида будет способствовать укреплению дружественных отношений между нашими странами и откроет новую страницу в нашем сотрудничестве.

    Как сообщает АЗЕРТАДЖ, об этом глава государства сказал 20 ноября в Баку в заявлении для прессы по итогам встречи с иракским коллегой в расширенном составе.

    Подчеркнув, что это первый официальный визит президента Ирака в Азербайджан за всю историю наших дипломатических отношений, Президент Ильхам Алиев отметил, что этот визит носит исторический характер.

    “В ходе встречи один на один и во время встречи с делегациями фактически определены основные направления нашего дальнейшего сотрудничества. Мы, безусловно, будем продолжать поддерживать друг друга в международных институтах. Ирак и Азербайджан всегда демонстрируют солидарность в различных международных структурах. В ООН, в Движении неприсоединения, в Организации исламского сотрудничества мы всегда поддерживаем друг друга, всегда защищаем суверенитет и территориальную целостность друг друга”, – заявил глава государства.

  • İlham Əliyev: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirirlər”

    “Əminəm ki, bu səfər (İraq Prezidentinin rəsmi səfəri – red.) ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

    Təkbətək və nümayəndə heyətləri ilə görüşlərdə ikitərəfli gündəliyimizin bir çox məsələlərinin müzakirə olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

    “Faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz, sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirirlər. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”.

  • Завершено предварительное следствие по уголовному делу задержанного в Кельбаджаре армянского диверсанта

    Завершено предварительное следствие по уголовному делу в отношении задержанного в Кельбаджарском районе армянского диверсанта Гагика Восканяна.

    Как сообщает АПА, материалы по уголовному делу направлены в Гянджинский суд по тяжким преступлениям на рассмотрение.

    Дело будет рассматриваться под председательством судьи Абдуллы Мамедова.

    Напомним, Генеральной прокуратурой возбуждено уголовное дело и проведено предварительное расследование в связи с нарушением 16 августа диверсионно-разведывательной группой (ДРГ) вооруженных сил Армении госграницы Азербайджанской Республики на кельбаджарском участке условной азербайджано-армянской государственной границы в целях проведения террористических и диверсионных операций.

    Гагик Восканян, военнослужащий вооруженных формирований Армении, задержанный при предотвращении указанных противоправных действий, привлечен к ответственности в качестве обвиняемого по статьям 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору), 214.2.1 (терроризм, совершенный группой лиц по предварительному сговору, организованной группой или преступным объединением), 214.2.3 (терроризм, совершенный с применением огнестрельного оружия и предметов, используемых в качестве оружия) и 318.2 (незаконное пересечение государственной границы Азербайджанской Республики) Уголовного кодекса Азербайджана. Суд избрал в отношении Г.Восканяна меру пресечения в виде ареста.

  • Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

    Kəlbəcərdə saxlanılan erməni diversant – Qaqik Aşoti Voskanyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

    Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Qaqik Aşoti Voskanyan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • “Muğan Bank”a krediti olanların NƏZƏRİNƏ

    “Muğan Bank”da krediti olan müştərilərə müraciət edilib.

    Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

    – Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi – https://million.az veb-saytı vasitəsilə;

    – Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “MilliÖn” və “m-pay” ödəniş köşkləri vasitəsilə;

    – Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün “Muğan Bank”ın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri

    Kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi üçün “Muğan Bank”ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, 21B, AZ1052 ünvanında yerləşən baş ofisinə müraciət edə bilərsiniz.

    Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:

    – Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B;

    – Gəncə şəhəri, Cavadxan küçəsi, 10;

    – Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi, 7;

    – Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, 256;

    – Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 22.

    Əlaqə: (+994) 941

    Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın ləğvedicisi təyin edilib.

  • Valideynlərin nəzərinə: Hepatit A virusu yayılıb – VİDEO

    Azərbaycanda məktəblilər arasında hepatit A virusuna yoluxma halı aşkarlanıb.

    Hepatit A virusu qaraciyərdə yerləşir və qaraciyərin kəskin iltihabını törədir.

    Bəs uşaqlar arasında hepatit A virusu necə yayılıb?

    Məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramı videosüjet hazırlayıb.

    Ətraflı süjetdə: