Month: November 2023

  • Bakıda qəzalı yataqxanalar: Sakinlər təşviş içində – VİDEO

    Bakının Xətai rayonu, Neapol dairəsi 24 ünvanında yaşayan məcburi köçkünlər binanın hər an uçacağından ehtiyat edirlər.

    60-dan çox məcburi köçkünlərin yaşadığı bina qəzalı binalar siyahısına salınsa da, sakinlər indiyədək buradan köçürülməyiblər.

    Onların sözlərinə görə, divarlar tökülüb, tavan çöküb. Yağış isə evin içinə dolur.

    Həmçinin, Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, Yavər Səfərov küçəsində 20 ailənin yaşadığı ikimərtəbəli binada da vəziyyət eynidir.

    İstismar müddətini başa vurmuş sözügedən binanın sakinləri də yaranmış vəziyyətdən narazıdırlar.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • 60 min manatı dollara çevirmək istədi, dələduzluğun qurbanı oldu

    Bakıda 60 min manat pulu dollara çevirmək istəyən şəxs dələduzluğun qurbanı olub.

    “Qaynarinfo”nun məlumatına görə, avtomobil alqı-satqısı ilə məşğul Nicat Əliyev (soyad şərti) dollar almaq üçün limiti dolduğundan Elməddin adlı tanışı vasitəsi ilə tanıdığı Qabil, İsmayıl və Ramin adlı şəxslərin hər birinə 20 min manat verib. Həmin şəxslər banklardan birində pulu dollara çevirməli, əvəzində Nicat hər birinə 20 manat pul verməli imiş.

    Onlar birlikdə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən banka gediblər. Nicat Elməddinlə birlikdə bankın qarşısında gözləyib. Əvvəlcə Qabil bankdan çıxaraq 11.750 dolları ona verib. Bir qədər sonra İsmayıl da eyni məbləği təqdim edib. Nicatın Ramin kimi tanıdığı şəxsin isə bankdan qaçdığı məlum olub.

    Keçirilən əməliyyat zamanı pulu oğurlayan şəxs saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, özünü Nicata Ramin kimi təqdim edib, 20 min manatını alan şəxsin əsl adı Yaşardır. Onun oğurluğu əvvəlcədən Qabil və İsmayıl adlı tanışları ilə razılaşdıraraq planlaşdırması məlum olub. Plana əsasən, onlar Nicatın verdiyi 60 mindən 40 mini dollara çevirərək qaytarmalı, qalan 20 min manatı isə oğurlayaraq aralarında bölməli imişlər.

    Məhkəmə dövrünə qədər dəymiş ziyan ödənildiyindən Yaşar Zamanova (soyad şərti) iki il, Qabil Vəliyevə (soyad şərti) və İsmayıl Qəşəmova (soyad şərti) 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəza təyin edilib. Onlar Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli biliniblər.

  • Xaçmaz polisinə üç ədəd sənədsiz silah təhvil verilib

    Xaçmaz polisinə üç ədəd sənədsiz silah təhvil verilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

    Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən üç ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

    Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

  • Bakıda dilənçi dilənçinin evinə basqın etdi

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cəfər Cəfərovun (ad-soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Cəfərov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə, saat 01:30-da Nəsimi rayonunun “Kubinka” adlanan ərazisində qeydə alınıb.

    Belə ki, Yevlax sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərov zərərçəkmiş Samirə Həsənlinin (ad-soyad şərti) kirayədə yaşadığı evinin qarşısına gələrək hamam otağının nəfəsliyindən içəri daxil olub. Sonra o, uzanmış qadına hücum edib, onun əynindəki köynəyinin iç cibindən 150 manat nağd pulu və 10 manat dəyərində bank kartını quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

    Hadisədən sonra Cəfər Cəfərov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə ittiham irəli sürülüb.

    Məhkəmədə Cəfər Cəfərov özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərib ki, Bakı şəhərində müxtəlif ünvanlarda gecələyib, dilənərək gündəlik pul qazanıb. Onun sözlərinə görə, zərərçəkmiş şəxsi bir müddətdir ki, tanıyıb, həmin qadının pulu olduğunu bilib. Çünki Samirə də müxtəlif ünvanlarda dilənir. O, zərərçəkmiş şəxsin əlil arabasında olan uşağına dəfələrlə şəhər ərazisində kömək etdiyini söyləyib.

    Samirə Həsənli ifadəsində həmin pulla şikəst uşağını həkimə aparmağı planlaşdırdığını qeyd edib.

  • Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirildi: Saxlanılanlar var

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, korrupsiya ilə əlaqəli qanun pozuntuları səbəbindən keçirilən əməliyyat zamanı saxlanılanlar olub.

    İctimaiyyətə əlavə məlumat veriləcək.

  • Ucarda dava zamanı bir nəfər ağır xəsarət alıb

    Ucar sakini dava zamanı ağır xəsarət alıb.

    APA-nın xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.

    Qazyan kənd sakini Nazim Polad oğlu Nağıyevlə həmkəndlisi Vüsal Əyyub oğlu Əliyev arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.

    Nazim Nağıyev dava zamanı ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Fakt araşdırılır.

  • Азербайджан приостановил ряд совместных проектов с Евросоюзом

    Согласно информации, полученной Caliber.Az из дипломатических источников, официальный Баку приостановил ряд совместных проектов с Евросоюзом.

    Речь идет о так называемых проектах Twinning, в рамках которых еврочиновники “инструктировали” азербайджанские государственные структуры, как им следует работать в соответствии с европейскими стандартами. Работает эта схема так: консультант Twinning из страны ЕС командируется в соответствующий госорган страны-бенефициара на срок от 12 до 36 месяцев на весь период реализации проекта и координирует его деятельность. Рабочий план проекта Twinning обычно предусматривает краткосрочные и среднесрочные миссии экспертов, учебные мероприятия.

    Примечательно, что в авангарде большинства этих проектов стояла Литва – государство, демонстрирующее самую ярую после Франции проармянскую и антиазербайджанскую позицию. Так, Азербайджан остановил три совместных проекта с Литвой в сфере работы правоохранительных органов, здравоохранения и соцобеспечения.

    “Во многих случаях активность и любопытство литовских представителей в этих ключевых сферах государственного функционирования переходила грань сотрудничества и вызывала подозрения”, – поделился своей оценкой источник. Также был остановлен твиннинг-проект со Швецией и Грецией в сфере миграции.

    Единственное исключение азербайджанской стороной было сделано для проектов с Польшей и Финляндией ввиду сбалансированной позиции данных стран.

    “Подобные проекты, вероятно, имели смысл в 90-е годы и начале нулевых, но в 2023 году, когда Азербайджан крепко стоит на ногах, отношения “учитель-ученик” в отношениях с Евросоюзом не являются приемлемыми для Баку. Тем более, подобное сотрудничество не представляется возможным на фоне “предупреждений” и “четких сигналов”, посылаемых радетелем армянского сепаратизма Жозепом Боррелем (верховный представитель Европейского союза по иностранным делам и политике безопасности – ред.).

    Что же касается обмена опыта с госструктурами зарубежных стран для улучшения качества администрирования, то следует помнить, что двусторонние контакты с дружественными европейскими странами никто не отменял. Более того, некоторые высокотехнологичные страны Азии давно опередили ЕС как в уровне цифровизации, так и эффективности административных реформ. Так что партнеров официальный Баку найдет, но вот институциональное сотрудничество с ЕС в вопросах внутреннего администрирования, видимо, подходит к логическому завершению”, – говорится в материале Caliber.Az.

  • Azərbaycan Aİ-yə “Dur!” deyir: Müəllim-şagird münasibətləri Bakı üçün deyil!

    Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra birgə layihələri dayandırıb.

    Bu barədə Caliber.Az diplomatik mənbələrə istinadla xəbər verib.

    Bildirilir ki, söhbət “Twinning” adlanan layihələrdən gedir ki, bu layihə çərçivəsində Avropa rəsmiləri Azərbaycanın dövlət qurumlarına Avropa standartlarına uyğun necə işləmələri barədə “təlimatlar” verirdilər.

    Bu sxem belə işləyir: Aİ ölkəsindən “Twinning” üzrə məsləhətçi layihənin bütün icra müddəti üçün benefisiar ölkənin müvafiq dövlət qurumuna 12 aydan 36 aya qədər müddətə göndərilir və onun fəaliyyətini koordinasiya edir. “Twinning” layihəsinin iş planına adətən qısa və orta müddətli ekspert missiyaları, təlim tədbirləri daxildir.

    Maraqlıdır ki, bu layihələrin əksəriyyətinin başında Fransadan sonra ən qızğın ermənipərəst və anti-Azərbaycan mövqe nümayiş etdirən dövlət olan Litva dayanırdı. Beləliklə, Azərbaycan Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb.

    “Bir çox hallarda Litva nümayəndələrinin hökumət fəaliyyətinin bu əsas sahələrində fəallığı və marağı əməkdaşlıq xəttini keçib və şübhə doğurub”, – deyə mənbədən vurğulanıb.

    Həmçinin İsveç və Yunanıstanla miqrasiya sahəsində “Twinning” layihə dayandırılıb.

    Azərbaycan tərəfindən yeganə istisna Polşa və Finlandiya üçün – bu ölkələrin balanslı mövqeyinə görə olub.

    Bu cür layihələr yəqin ki, 90-cı illərdə və 2000-ci illərin əvvəllərində məna kəsb edirdi, lakin Azərbaycanın ayaqları üzərində möhkəm dayandığı 2023-cü ildə Avropa İttifaqı ilə münasibətlərdə müəllim-şagird münasibəti Bakı üçün məqbul deyil. Üstəlik, erməni separatizminin himayədarı Josep Borrel tərəfindən göndərilən “xəbərdarlıqlar” və “aydın siqnallar” fonunda belə əməkdaşlıq mümkün görünmür.

    İdarəetmənin keyfiyyətinin yüksəldilməsi üçün xarici ölkələrin dövlət qurumları ilə təcrübə mübadiləsinə gəlincə, xatırlamaq lazımdır ki, dost Avropa ölkələri ilə ikitərəfli əlaqələri heç kim ləğv etməyib. Üstəlik, Asiyanın bəzi yüksəktexnologiyalı ölkələri həm rəqəmsallaşma səviyyəsində, həm də inzibati islahatların səmərəliliyində Aİ-ni çoxdan qabaqlayır. Deməli, rəsmi Bakı tərəfdaşlar tapacaq, lakin daxili idarəetmə məsələlərində Aİ ilə institusional əməkdaşlıq, görünür, məntiqi sonluğa yaxınlaşır.

  • Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanılıblar

    Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayan Saatlı rayon sakinləri saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Saatlı rayon sakinləri S.Məmmədov, N.İsgəndərov, İ.Miriyev və N.İmanov saxlanılıblar.

    Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

  • Füzuli rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

    “Əhmədbəyli” ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 21.11.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

    Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəsəbəsinin və 10 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.