Month: November 2023

  • Azərbaycanla Macarıstan arasında ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib

    Azərbaycan və Macarıstan arasında qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib.

    Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.

    Məlumata görə, nazir Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.

    Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti, qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıblar.

  • ​​​​​​​Положительное сальдо во внешней торговле Азербайджана сократилось на 34%

    В январе-октябре текущего года внешнеторговый оборот Азербайджана составил 43 млрд 520,18 млн долларов.

    Как сообщает Государственный таможенный комитет, это на 6% меньше показателя за аналогичный период прошлого года.

    В структуре внешней торговли за 10 месяцев экспорт составил 29 млрд 345 млн долларов, а импорт – 14 млрд 174 млн долларов. За последний год экспорт сократился на 15,5%, а импорт увеличился на 22,3%.

    Таким образом, положительное сальдо во внешней торговле Азербайджана составило 15 млрд 171 млн долларов, что на 34,3% меньше, чем в прошлом году.

  • Azərbaycanın xarici ticarət dövriyyəsinin saldosu 34% azalıb

    2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 520,18 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6% azdır.

    Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat yayıb.

    Son bir ildə ölkə üzrə ixrac 15,5% azalaraq 29 345 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 22,3% artaraq 14 174 milyon ABŞ dollarına yüksəlib.

    Xarici ticarət dövriyyəsinə 15 171 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 34,3% az olub.

  • Вахид Фарзалиев: Изменение климата оказывает серьезное влияние на лесную экосистему

    Изменение климата, являющееся одной из глобальных экологических проблем нашей планеты, сильно влияет на лесные экосистемы, так же как и на другие области.

    Об этом сообщил официальный представитель Службы развития лесов Вахид Фарзалиев.

    “Такие случаи, как увеличение численности насекомых-вредителей, рост лесных пожаров, распространение инвазивных видов на более обширных территориях, проявляются быстрее. В частности, длительные засухи приводят к ослаблению деревьев и, как следствие, к серьезному негативному воздействию на них насекомых-вредителей.

    Изменение климата также сильно влияет на биоразнообразие лесов. Эти различия наблюдаются в фенологических характеристиках (сезонные изменения – ред.) деревьев, их видовом составе, распределении основных лесообразующих пород по высотным поясам, ареалам.

    Ускоряется процесс замены ценных пород менее ценными, ослабляется естественное воспроизводство, так как снижается продуктивность лесов, изменяются количественные и качественные показатели.

    Одним из главных приоритетных направлений в снижении последствий изменения климата является лесовосстановление, создание новых зеленых насаждений, для достижения которых в Азербайджане проводятся масштабные акции по посадке деревьев”, – подытожил он.

  • Xidmət rəsmisi: “İqlim dəyişikliyi meşə ekosisteminə ciddi təsir göstərir”

    “Planetimizin qlobal ekoloji problemlərindən biri olan iqlim dəyişikliyi digər sahələrdə olduğu kimi, meşə ekosistemlərinə də təsirsiz ötüşmür”.

    Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev deyib.

    Onun sözlərinə görə, bu təsirlər özünü tez və ya da gec göstərə bilir:

    “Zərərverici həşəratların sayının çoxalması, meşə yanğınlarının artması, invaziv növlərin daha geniş ərazilərdə yayılması kimi hallar özünü daha tez göstərir. Xüsusən də uzun sürən quraqlıqlar ağacların zəifləməsinə və nəticədə zərərverici həşəratların ciddi mənfi təsirinə məruz qalmasına səbəb olur”.

    Xidmət rəsmisi bildirib ki, iqlim dəyişiklikləri meşə biomüxtəlifliyinə də ciddi təsir göstərir:

    “Ağacların fenoloji xüsusiyyətlərində, növ tərkibində, əsas meşə əmələgətirən cinslərin hündürlük zonaları üzrə yayılmasında, areallarında bu fərqlər müşahidə olunur. Qiymətli cinslərin daha az qiymətli cinslərlə əvəz olunması prosesi sürətlənir, təbii bərpa zəifləyir, beləliklə meşələrin kəmiyyət və keyfiyyət göstəriciləri dəyişərək məhsuldarlığı azalır. İqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas prioritet sahələrdən biri meşələrin bərpası, yeni yaşıllıqların salınmasıdır ki, buna nail olmaq üçün ölkəmizdə irimiqyaslı ağacəkmə aksiyaları keçirilir, yaşıllıq sahələri genişləndirilir”.

  • Премьер-министр Кубы принял министра здравоохранения Азербайджана

    Делегация, возглавляемая министром здравоохранения Азербайджанской Республики Теймуром Мусаевым, находится с рабочим визитом в Республике Куба.

    Об этом сообщает пресс-служба Минздрава Азербайджана.

    Премьер-министр Республики Куба Мануэль Марреро Крус принял делегацию, возглавляемую министром здравоохранения Азербайджанской Республики Теймуром Мусаевым.

    На встрече премьер-министр Республики Куба отметил исключительную роль национальных лидеров Азербайджана и Кубы в развитии дружеских связей между нашими народами.

    Премьер-министр особо подчеркнул, что под руководством Президента Азербайджанской Республики Ильхама Алиева Движение неприсоединения укрепило авторитет и роль на международной арене, превратилось в организацию, имеющую весомую политическую силу.

    Мануэль Марреро Крус отметил, что контакты между странами в последнее время заметно активизировались и существуют широкие перспективы совместного сотрудничества в различных сферах.

    Министр здравоохранения Теймур Мусаев выразил благодарность премьер-министру Кубы за теплый прием и гостеприимство и отметил, что данный визит является закономерным итогом отношений между руководителями наших стран.

  • Kubanın Baş naziri Azərbaycanın səhiyyə nazirini qəbul edib

    Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruz Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Kuba Respublikasında işgüzar səfərdədir.

    Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətini Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruz qəbul edib.

    Görüşdə Kuba Respublikasının Baş naziri Azərbaycan və Kubanın tarixi milli liderləri arasındakı münasibətlərin xalqlar arasındakı əlaqələrin səviyyəsinə əhəmiyyətli təsirini qeyd edib və bundan məmnunluğunu bildirib.

    Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatının beynəlxalq arenadakı nüfuzunun yüksəldiyini və aparıcı siyasi qüvvəyə malik təşkilata çevrildiyini xüsusilə vurğulayıb.

    Manuel Marrero Kruz son dövrlər ölkələr arasındakı təmasların artdığını və müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.

    Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev səmimi qəbul və qonaqpərvərliyə görə Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruza təşəkkürlərini bildirib. Nazir, bu səfərin ölkə rəhbərləri arasındakı münasibətlərin məntiqi nəticəsi olduğunu qeyd edib.

  • ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var”

    “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair çoxlu əsas var”.

    “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

    Bildirilib ki, Qərbin Ukraynaya dəstəyinin sona çatması Kiyevi bu və digər imkanlardan məhrum edəcək:

    “Nəticədə daha mövqe döyüşləri getməyəcək. Ukrayna isə itkiləri bərpa etməkdə çətinlik çəkəcək. Çünki müdafiə sənayesi potensialı buna imkan vermir. Ən çox ehtimal olunan ssenari budur ki, rusiyalılar Ukrayna qüvvələrini geri çəkilməyə, bu ölkənin daha böyük ərazilərini ələ keçirməyə, şəhərlərini dağıtmağa davam edəcəklər”.

    Qeyd olunub ki, əgər Qərb yardımı genişləndirsə, Ukrayna döyüş meydanında üstünlüyü ələ ala bilər:

    “Qərb Ukraynanın uğurlu hücum əməliyyatlarına şərait yaratmaq üçün tədarük etdiyi zirehli texnikaların sayını artırmalıdır”.

    Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan başa çatmayacaq. Son zamanlar xarici KİV-də Qərbin Ukraynaya dəstəyinin azalmasına dair məlumatlar yayılır.

  • В Нафталане пропала 27-летняя женщина – ФОТО

    Разыскивается молодая женщина, без вести пропавшая в Нафталане.

    Как сообщили в гянджинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД), жительница села Кючекенд Уджарского района Фатима Гулиева (1996 г.р.) 11 ноября вышла из дома своих родителей, проживающих в Нафталане, и не вернулась.

    Ее приметы: рост 155 см, глаза карие, среднего телосложения. Когда девушка уходила, на ней были черный хиджаб и религиозная одежда.

    Всех, кто узнает Фатиму Гулиеву по фото или располагает информацией о ней, просят сообщить об этом, позвонив в службу 102 МВД, а также по номерам мобильных телефонов (050) 664-94-00, (050) 242 -26-66.

  • Naftalanda 27 yaşlı qız itkin düşdü – FOTO

    Naftalanda itkin düşən şəxs axtarılır.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ucar rayon Küçəkənd kənd sakini 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabr ayının 11-də Naftalan şəhərində yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

    Həmin şəxsin əlamətləri belədir: boyu 155 santimetr, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və dini geyim olub.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin (050) 664-94-00, (050) 242-26-66 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.