Month: November 2023

  • İsmayıllıda vətəndaşlardan 41 ov tüfəngi götürülüb

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

    Həmçinin, cari il ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 41 ədəd ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.

  • В Армении приостановлена раздача учебников из России

    Министерство образования, науки, культуры и спорта Армении приостановило раздачу школам переданных Россией учебников на русском языке под предлогом необходимости проведения экспертизы учебных материалов.

    Об этом в Telegram-канале написал вице-спикер Совета Федерации России Юрий Воробьев.

    “По инициативе национального собрания Республики Армения и по результатам неоднократных обращений армянских депутатов на заседаниях российско-армянской Межпарламентской комиссии, при непосредственной поддержке руководства Совета Федерации российской стороне удалось изыскать дополнительные бюджетные средства на приобретение и дальнейшую безвозмездную передачу более 50 000 учебников школам Армении с обучением на русском языке.

    11 ноября учебники были доставлены в республику, началась их раздача в школы, где они очень востребованы.

    С большим недоумением узнал, что министерство образования, науки, культуры и спорта Республики Армения приостановило этот процесс под предлогом необходимости проведения экспертизы учебных материалов. Особенно странным выглядит тот факт, что армянские коллеги сами направляли нам конкретный перечень необходимых учебников.

    Наша делегация в Бишкеке подняла этот вопрос перед вице-спикером армянского парламента. Надеемся, что все препятствия будут устранены в ближайшее время”, – написал Ю.Воробьев.

  • Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırılıb

    “Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırıb”.

    Bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov özünün “Telegram” kanalında yazıb.

    “Xüsusilə maraqlısı budur ki, erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər”, – deyə o bildirib.

    Vitse-spiker qeyd edib ki, Ermənistan Respublikası Milli Assambleyasının təşəbbüsü və Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının iclaslarında erməni deputatların dəfələrlə müraciətləri nəticəsində Federasiya Şurası rəhbərliyinin bilavasitə dəstəyi ilə Rusiya tərəfi 50 mindən çox şagirdin tədrisi rus dilində olan erməni məktəblərinə alınması və gələcəkdə pulsuz köçürülməsi üçün əlavə büdcə vəsaitini əldə etməyə nail olmuşdu.

    “Bişkekdəki nümayəndə heyətimiz Ermənistan parlamentinin vitse-spikeri qarşısında bu məsələni qaldırıb. Ümid edirik ki, bütün maneələr tezliklə aradan qaldırılacaq” , – deyə Vorobvoy əlavə edib.

  • Doqquz heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri və Masallı, Qax rayonlarında fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

    AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən çəkinməyə çağırır.

  • Qəzzada öldürülən İsrail əsgərlərinin sayı 50-ni ötüb

    İsrail Müdafiə Qüvvələri Qəzza zolağında son 24 saat ərzində döyüşlərdə həlak olan daha iki əsgərinin adını açıqlayıb. Bununla da quru əməliyyatı başlayandan bu yana həlak olan İsrail əsgərlərinin ümumi sayı 51-ə çatıb.

    Məlumata görə, Modiindən olan 22 yaşlı kapitan Şlomo Ben Nun Qəzzanın şimalında gecə döyüşü zamanı öldürülüb. Ben Nun paraşüt briqadasının 202-ci batalyonunun rota komandirinin müavini idi.

    Bundan əlavə, çərşənbə günü iki əsgər, bir zabit və bir sıravi əsgər də ağır yaralanıb.

    İsrail ordusunun məlumatına görə, əsgərlər müalicə olunmaq üçün xəstəxanaya təxliyə edilib və ailələrinə məlumat verilib.

    Mənbə: “BBC Russian” “Telegram” kanalı

  • Paşinyandan Qarabağla bağlı etiraflar və revanşistlərə sərt mesaj – ŞƏRH

    Ermənistan baş naziri Nikol Paşinyan sensasiyalı sayıla biləcək açıqlamalarla çıxış edib. Parlamentdə noyabrın 16-da dövlət büdcəsinin müzakirələri zamanı deputatlara Qarabağla bağlı bir sıra etirafları, həqiqətləri söyləyib ki, bu da bir çox məqamları ilə önəmli sayıla bilər.

    Ən mühümü odur ki, Nikol Paşinyan Ermənistanın özündən əvvəlki dövlət başçılarının indiyə qədər cürət edib deyə bilmədiklərini dilə gətirib. Bildirib ki, ATƏT-in 1996-cı il Lissabon sammiti ilə Qarabağ məsələsi artıq mövcudluğunu itirib. Yəni, ikinci erməni dövlətinin yaranması mümkünsüz olub. Məhz həmin sammitə qədər o vaxtkı hakimiyyət ümid edirdi ki, işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunsuz hərbi birləşmələrə qanuni don geyindirə biləcək. Lakin Azərbaycanın sammitdə əldə etdiyi nəticə ermənilərin arzularını puç etmiş oldu.

    Baş nazirin Qarabağ məsələsindən necə bezdiyini aşağıdakı cümlələrlə çox gözəl müşahidə etmək mümkündür: “Qarabağ məsələsi erməni dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə olunub”. Nikol Paşinyan sonrakı illərdə yaşananlara da bu kontekstdən yanaşıb.

    Hökumət başçısının bu etirafı müəyyən mənada Qərb strukturlarına və dövlətlərinə, o cümlədən xaricdəki erməni lobbisinə də ünvanlanıb.

    “Qarabağ məsələsində istədiyimizə, ən azı 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi. Bu sammitdə Ermənistan istisna olmaqla, konsensusa qoşulanların hamısı rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi Qarabağ məsələsi ilə bağlı istəklərimizin mümkün olduğuna və bunun mütləq baş verəcəyinə inandırdı və bizi hər zaman ruhlandırdı, amma bununla yalnız bir məqsəd güdürdülər – Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq”, – Paşinyan bildirib.

    Baş nazir sonralar yaşananları da məhz Lissabon sammiti ilə əlaqələndirir. 1998, 1999-cu il 27 oktyabrında parlamentin gülləbaran edilməsi, 2020 və 2023-cü il hadisələrini də bu kontekstdə nəzərdən keçirib. Hökumət başçısının bu etirafları böyük ehtimalla növbəti dəfə müxalifət tərəfindən xəyanətkar addım kimi dəyərləndirəcək.

    Proseslərə obyektiv qiymət verməyə məcbur qalan Nikol bununla açıq bildirib ki, məhz 1996-cı ildən sonra ikinci erməni dövlətinin yaradılması bir arzu olaraq qalacağı məlum olub. Bunu da Nikoldan əvvəl Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirirdi. Onun siyasi taleyinin necə olduğu da bəllidir. O, Qarabağdan imtina edilib, Azərbaycanla danışıqlara gedilməlidir deyən kimi istefa verməyə məcbur edildi.

    Ermənistan hərbi xərclərini iki dəfə artırmasına toxunan Nikol Paşinyan deputatları inandırmağa çalışıb ki, bu, müharibəyə deyil, sülhə hazırlıqdır: “Qonşu ölkələr bilirlər ki, Ermənistan heç kimə hücum etmək istəmir”.

    Bu ilin sentyabr ayında Qarabağda Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaran antiterror tədbirlərindən sonra o ilk dəfə bildirib ki, qonşu dövlətlər əmindir ki, Ermənistanın hər hansı bir aqressiv məqsədləri yoxdur. Orduda islahatların aparılması ilə bağlı narahatlıqlara gəldikdə, bunu əsassız adlandırıb.

    Xatırladaq ki, 2024-cü il üçün dövlət büdcəsi layihəsində hərbi xərclər 1,4 milyard dollar nəzərdə tutulub.

    Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması da baş nazirin toxunduğu məsələlərdən olub. Lakin nəzərə alaq ki, bununla bağlı bir neçədə dəfə ziddiyyətli fikirlər səsləndirib. Bu səbəbdən də bunu adi bir bəyanat kimi qəbul etmək olar. Sadəcə bu dəfə əminliklə deyib ki, sülh üçün rəsmi İrəvanda siyasi iradə var və bu iradə sarsılmazdır.

    Onun sözlərinə görə, Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Nikol Paşinyan deyib ki, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından, suverenliyin və yurisdiksiyanın tanınması əsasında regional kommunikasiyaların açılması prinsiplərindən gedir.

    Beləliklə, ümid etmək olar ki, Nikol Paşinyan bu bəyanatları ilə bir daha mövqeyini dəyişməyəcək. Qeyd edək ki, baş nazirlə yanaşı, parlament rəhbəri Alen Simonyan da vurğulayıb ki, ilin sonuna qədər İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına az da olsa güman var:

    “Ümid edirik ki, sülh müqaviləsi imzalanacaq. Belə ki, baş nazirin də dediyi kimi üç əsas prinsip üzrə razılıq əldə edilib”.

    Nikolun fikirləri əslində ermənilər üçün qalmaqallı, ən əsası üzücü sayıla bilər. Bu etiraf dolu açıqlamalarla birdəfəlik Qarabağla bağlı iddialardan əl çəkildiyini müşahidə edə bilərik. Bu, həm də revanşistlərə, onlara dəstək verən Qərb dövlətləri üçün bir mesajdır. Baş nazir sadəcə qorxudan ad çəkmək istəməyib. Üstüörtülü şəkildə onlara çatdırıb ki, imkan verin öz yolumuz ilə gedək.

    Digər bir məsələ də ondan ibarətdir ki, separatçılara bundan sonra hər hansı hərəkət aparmalarına imkan verilməyəcək. Nikol Paşinyan bunu ən yaxın adamı hesab olunan parlamentin spikeri Alen Simonyan vasitəsilə edib. Bildirib ki, Qarabağ separatçılarına Ermənistanda hər hansı bir institut yaratmağa imkan verilməyəcək. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayıb, həmkarlarını da belə mövqe sərgiləməyə çağırıb.

    Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi uzun illər Azərbaycan tərəfinin söylədiyi həqiqətləri nəhayət ki, qəbul etməyə başlayıb. Bunlardan ən əsası Qarabağ məsələsinin Ermənistan dövlətinin mövcudluğuna təhlükə olmasını etiraf etməkdir.

    Etiraf faktı qəbul etmə mərhələsinin başladığını nümayiş etdirir. Bundan sonra isə mövcud reallıqlara uyğun addımlar atılmalıdır ki, bunun üçün də müəyyən zaman tələb ediləcək.

    “Report” İnformasiya Agentliyi

  • Cəlilabadda ətrafı çirkləndirənlər cərimələndilər

    Cəlilabadda ətrafı məişət tullantıları ilə çirkləndirənlər inzibati məsuliyyətə cəlb olunublar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

    Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri tətbiq olunub.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Azərbaycanda şagirdlər arasında hepatit A virusu yayılıb

    Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

    Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.

  • Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə işlə bağlı seçim haqqı veriləcək

    Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız razılıqları ilə cəlb olunacaqlar.

    “Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

    Dəyişikliyə əsasən hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlarla bərabər, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

  • Qanunsuz ov edənlər saxlanılıb, silahları götürülüb

    Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd “İJ” markalı ov silahı və qanunsuz olaraq ovladıqları heyvanlar aşkarlanaraq götürülüb.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakinindən bir ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanıb.

    Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.