Month: December 2023

  • Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edildi

    Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

    President.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da müvafiq sərəncam imzalayıb.

    Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə M.A.Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib, həmçinin hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Məhərrəm Abış oğlu Əliyev təyin olunub.

    Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

  • Ильхам Алиев: В нашем предложении карабахским армянам мы также затронули вопрос их прав

    Азербайджан – многонациональная, многоконфессиональная страна. В Азербайджане много этнических групп. Численность некоторых из этих этнических групп намного больше, чем армянское население Карабаха, и все они живут в мире и согласии. Они пользуются всеми правами и безопасностью. И в нашем предложении карабахским армянам, которое, кстати, было опубликовано, мы также затронули вопрос их прав. Их право на собственный язык, образование, вероисповедание, муниципальные права. Они могут избирать своих представителей на муниципальных выборах и продолжать там жить. Решение уйти было их собственным решением. По имеющимся у нас сведениям, это было преднамеренное действие, инициированное бывшим так называемым руководством так называемой “Нагорно-Карабахской республики”. Уходить им было незачем, но когда они решили уйти, мы не могли их остановить.

    Как сообщает АЗЕРТАДЖ, об этом Президент Ильхам Алиев сказал в интервью телеканалу Euronews.

    “Мы обеспечили им максимально комфортные условия для ухода – в отличие от азербайджанцев, которых 30 лет назад либо убили, либо депортировали, пытали, арестовывали, а некоторым из них пришлось перебираться через высокие горы, и там они просто замерзли насмерть. Все это было задокументировано по ходу следования, также было задокументировано то, как армяне Карабахского региона въезжали в Армению. То есть все было сделано в соответствии с гуманитарными стандартами”, – подчеркнул глава государства.

    Отметив, что армянам, желающим вернуться, необходимо зарегистрироваться на открытом Азербайджаном электронном портале, который доступен, подав заявление о том, что они хотят вернуться и принять азербайджанское гражданство, Президент Ильхам Алиев сказал: “Некоторые из них уже подали заявление на получение гражданства, и сейчас идет процесс их рассмотрения. Некоторые армяне решили остаться в Карабахе, и теперь о них заботятся наши Министерство труда и социальной защиты населения и Миграционная служба. Они зарегистрированы”.

  • Azərbaycan Prezidenti: “Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə onların hüquqlarını da nəzərə almışdıq”

    “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə, hansı ki, yeri gəlmişkən, ictimai şəkildə açıqlanıb, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən, bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

    Dövlətimizin başçısı bildirib:

    “Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilib. Azərbaycanlılar otuz il bundan əvvəl ya qətlə yetirilib, ya da deportasiya olunub, işgəncələrə məruz qalıb, həbs ediliblər və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölüblər. Bu, sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilib və hər şey humanitar standartlara əsasən edilib”.

    Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı qeyd edib:

    “Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır”.

  • В Баку женщина сбежала, оставив ребенка в такси: МВД принимает меры – ОБНОВЛЕНО (ФОТО)

    В Министерстве внутренних дел (МВД) прокомментировали распространенную в соцсети информацию о женщине, которая сбежала, оставив ребенка в такси. Инцидент произошел в Баку.

    Как сообщили в пресс-службе ведомства, по данному факту проводится расследование.

    “Министерство в курсе происшествия, начато следствие”, – отметили в МВД.

    * * * * *

    В Баку женщина сбежала, оставив ребенка в такси.

    Этой информацией поделилась в своем аккаунте в социальной сети председатель Общественного объединения помощи женщинам Təmiz Dünya (“Чистый мир”) Мехрибан Зейналова.

    “К сожалению, ночь выдалась неспокойной. Мать малыша оставила его в такси. Сказала водителю, что купит воды и вернется. В настоящее время ребенок находится в приюте”, – сообщила М.Зейналова.

  • Bakıda ananın övladını taksidə qoyaraq qaçması ilə bağlı DİN hərəkətə keçdi – YENİLƏNİB (FOTO)

    Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın övladını taksidə qoyaraq qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:

    “Məsələdən məlumatlıyıq, araşdırmalara başlanılıb”.

    * * * * *

    Bakıda ana övladını taksidə qoyaraq qaçıb.

    Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

    “Gecəmiz təəssüf ki, rahat keçmədi. Körpənin anası övladını taksidə qoyaraq gedib. O, taksi sürücüsünə su alıb qayıdacağını bildirib. Hazırda körpə sığınacaqdadır”, – deyə M.Zeynalova qeyd edib.

  • Объявлены даты праздников Новруз, Рамазан и Гурбан в следующем году

    Объявлены даты праздников в Азербайджане в 2024 году.

    Это отражено в постановлении “Об определении дней праздников Новруз, Рамазан и Гурбан на 2024 год”, подписанном сегодня премьер-министром Али Асадовым.

    Согласно документу, 20, 21, 22, 23 и 24 марта 2024 года определены как дни праздника Новруз, 10 и 11 апреля – Рамазан, а 16 и 17 июня – Гурбан.

    Согласно Трудовому кодексу Азербайджанской Республики вышеуказанные дни считаются нерабочими.

  • Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb

    Azərbaycanda 2024-cü ilin bayram günləri açıqlanıb.

    Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarda əksini tapıb.

    Qərara əsasən, 2024-cü il martın 20,21,22,23,24-ü Novruz bayramı, aprelin 10,11-i Ramazan Bayramı, iyunun 16,17-si Qurban bayramı müəyyən edilib.

    Əmək Məcəlləsinə əsasən, yuxarıda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

  • Президент: Наше публичное общение с карабахскими армянами показало, что мы хотели, чтобы они остались

    Покинуть свои дома было прежде всего их (карабахских армян – ред.) собственным решением. Наше публичное общение с карабахскими армянами, а также то, что мы сделали после, показало, что мы хотели, чтобы они остались. Мы открыто заявили об этом. И в своем обращении к азербайджанскому народу после окончания антитеррористической операции я сказал, что они могут остаться.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев в интервью телеканалу Euronews.

    Отметив, что Азербайджан открыл электронный портал для регистрации, глава государства сказал: “Все те, кто хочет вернуться, имеют на это право. Их собственность должным образом защищена. Все исторические и религиозные объекты находятся под надлежащей охраной. Для того чтобы вернуться, им необходимо соблюсти определенные правила. Я говорил об этом за много месяцев до начала антитеррористической операции. Тем, кто хочет остаться, необходимо подать заявление на получение азербайджанского гражданства. Ведь как люди могут жить в Азербайджане, будучи гражданами другой страны? Либо они должны иметь гражданство, либо разрешение на работу, либо вид на жительство. Они не могут жить в Азербайджане, говоря, что живут в так называемой “Нагорно-Карабахской республике”, ибо такой республики не существует. Они придумали ее в своих мечтах, в своих мифах. Так что, если они хотят жить в Азербайджане как граждане Азербайджана, то, конечно, они могут это сделать”.

  • Prezident: “Qarabağ erməniləri ilə bağlı atdığımız addımlar göstərdi ki, biz istəyirdik, onlar qalsınlar”

    “Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri – red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik, onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilərlər”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

    Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlətimizin başçısı bildirib:

    “Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror tədbirlərinin keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 1,49 доллара (1,89%) и составила 80,21 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).