Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü

Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü.
 
Median.Az teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Samux küçəsi ərazisində yerləşən çörək zavodunda baş verib.
 
1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib.
 
İlkin müayinə zamanı onun ürək tutmasından öldüyü məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.