Bakıda liseydə dəhşət: Şagird müəllimi güllələdi (Video)

Bakıda liseydə silahlı insident baş verib.

Median.Az Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Müəllim dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.