Month: January 2024

  • 2024-cü ildə Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarının sayı açıqlanıb

    2024-cü ildə Azərbaycanda 51 beynəlxalq idman yarışının keçirilməsi planlaşdırılır.

    Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

    İlk yarış 7‐11 fevralda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli badminton turniri olacaq. İlə dekabrda 15 və 17 yaşadək idmançılar arasında sərbəst və yunan‐Roma güləşi üzrə turnirlə yekun vurulacaq.

  • Bakıda kişi işdən çıxmaq istəyən arvadını döydü

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərrux Məmmədovun (ad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

    İttihama görə, hadisə 2023-cü ilin aprelin 27-də, saat 07 radələrində paytaxtın Xəzər rayonu ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, Fərrux Məmmədov arvadı, zərərçəkmiş Günay Məmmədova (ad şərtidir) ilə ailə məişət zəminində mübahisə edib. Bu zaman o, şüşə qab, əli və ayağı ilə qadının başına, sağ bazu, sağ bud, kürək və qarın nahiyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib. Məhkəmə iclasında Fərrux Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, 2023-cü il aprel ayının 27-də yaşadıqları evdə həyat yoldaşı Günay Məmmədova ilə aralarında mübahisə yaranıb. Buna səbəb isə arvadının qayınanası, yəni özünün anası ilə bir yerdə işləmək istəməməsi, ona başqa bir yerdə iş olduğunu və anasının yanındakı yerdən çıxıb, həmin yerə işə gedəcəyini bildirməsi olub. Fərrux Məmmədov dindirilərkən deyib ki, Günaya razılıq verməyib və əsəbiləşərək ona iki şillə vurub və daha sonra işə gedib: “Arvadım isə bundan əvvəl həyətdə olarkən yıxılıb və əməliyyata ehtiyacı yaranıb. Mən ona heç bir xəsarət yetirməmişəm”. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • DYP-dən avtomobil qəzaları ilə bağlı sürücülərə MÜRACİƏT

    “Məcburi dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Qeyd olunub ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt avtomobil yolunda iki nəfərin ölümü ilə nəticələnən qəza problemin nə qədər aktual olduğunu göstərir:

    “Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, məcburi dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır.

    Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsin. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər”.

  • Закир Гасанов выразил соболезнования кыргызской стороне

    Министр обороны Азербайджанской Республики (АР) генерал-полковник Закир Гасанов выразил соболезнования министру обороны Кыргызской Республики генерал-лейтенанту Бактыбеку Бекболотову в связи с крушением военного вертолета Ми-8 во время учебно-тренировочного полета 17 января текущего года.

    Об этом сообщили в Министерстве обороны АР.

    Отметим, что по предварительным данным, погиб один человек, еще восемь пострадали.

  • Zakir Həsənov Qırğızıstan tərəfinə başsağlığı verdi

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov cari ilin 17 yanvar tarixində, təlim-məşq uçuşları zamanı “Mİ-8” hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, ilkin xəbərə görə, hadisə zamanı bir nəfər həlak olub, səkkiz nəfər xəsarət alıb.

  • В Хырдалане произошла массовая драка, МВД начало расследование – ВИДЕО

    В городе Хырдалан произошла массовая драка.

    Кадрами инцидента поделился Baku.ws.

    Отмечается, что массовая драка произошла несколько дней назад перед молодежным городком Абшерон.

    В пресс-службе Министерства внутренних дел (МВД) сообщили, что они осведомлены об указанных кадрах, проводится расследование.

  • Xırdalanda kütləvi dava – Araşdırma aparılır (VİDEO)

    Xırdalan şəhərində kütləvi dava qeydə alınıb.

    Bu barədə görüntüləri Baku.ws yayıb.

    Məlumata görə, kütləvi dava bir neçə gün öncə Abşeron Gənclər Şəhərciyinin qarşısında yaşanıb.

    Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, görüntülərdən xəbərdardırlar:

    “Bununla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır”.

  • Bakıda qısqanc ər oğlunun gözü qarşısında arvadının üzünə “kislota” töküb – TƏFƏRRÜAT

    Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rahib Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 1 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Stimul” Hospital ilə üzbəüz parkın yaxınlığında qeydə alınıb. Belə ki, Rahib Qafarov arvadı Samirə Qafarova (şərti) ilə aralarında qısqanclıq zəminində mübahisə edib. Həmin vaxt orada cütlüyün böyük oğlu da olub. Təqsirləndirilən şəxs oğlunun gözü qarşısında sulfat turşusu – “kislota” olan şüşə butulkanın qapağını açıb. Daha sonra o, “kislota”nı birbaşa qadının üstünə və dayandığı istiqamətə səpələyib. Nəticədə qadın gözündən ağır xəsarət alıb. Hadisədən sonra o saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə iclasında Rahib Qafarov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, 2022-ci ilin yay aylarında evdən ona tanış gəlməyən səs eşidib, arvadı Samirənin hərəkətləri şübhəli gəldiyindən qadının çantasına baxıb:

    “Bu zaman həyat yoldaşımın əl çantasında öz telefonundan əlavə bir telefon da tapdım. Həmin telefona baxanda gəlmiş SMS-lərin məzmunundan Samirənin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu aşkarladım. Arvadım bu SMS-lərlə bağlı məlumat verdi, bunu etiraf etdi və onu bağışlamağım üçün yalvardı. Mən də arvadımı bağışladım. Lakin bir müddət sonra eyni əməllərin təkrarlandığını aşkarladım. Samirənin bağışlandıqdan sonra yenə əxlaqsız hərəkətləri etməsinə çox əsəbiləşdiyim üçün onun sağlamlığına zərər vurdum. Hadisəni törətdiyim gün Samirəni aldadaraq o və böyük oğlumla görüşdüm. Onlarla birgə avtobusdan düşən vaxt arvadıma mobil telefonunu verməsini tələb etdim. Lakin Samirə telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq ifadələr işlətdi. Mən də bundan əsəbiləşdim və özümlə gətirdiyim, “kislota” kimi bildiyim kimyəvi maddə olan şüşənin qapağını açaraq onun sifətinə tökdüm”.

  • Ötən il doqquz vəkilin fəaliyyəti dayandırılıb, 20-nə töhmət verilib

    Vəkillər Kollegiyasına daxil olmuş şikayətlər əsasında 20 vəkilə töhmət verilib, doqquz nəfərin isə fəaliyyəti dayandırılıb.

    Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

    Bildirilib ki, Vəkillər Kollegiyasına dövlət orqanlarından 47, qeyri-dövlət təşkilatlarından 43, vətəndaşlardan 128 şikayət və müraciət daxil olub.

    2022-2023-cü illərdə 284 intizam icraatı həyata keçirilib, 117 pozuntu müəyyən olunub, 37 icraatda pozuntu müəyyən olunmayıb, 53-nə qiymət verilməsi mümkün olmayıb. 46 şikayət üzrə intizam icraatına xitam verilib.

    Həmin şikayətlər əsasında 33 vəkilə intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilib, 21-nə irad, 20 vəkilə töhmət verilib. Pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə və sair əsaslarla intizam 80 vəkilin intizam icraatına xitam verilib. 46 şikayət üzrə qiymət verilməsinin mümkün olmayıb. 9 vəkilin fəaliyyəti dayandırılıb, 8 vəkil isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edib.

  • Xızıda əməliyyat: Yarım kiloqram narkotik, beş ədəd silah..

    Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi və saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səfər Səfərov saxlanılıb.

    Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (460 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı Xızı RPŞ-də Səfər Səfərovun barəsində cinayət işi başlanılıb.

    Həmçinin, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd tüfəng təhvil götürülüb.