Month: January 2024

  • В центре Баку произошла авария: образовался затор

    В Насиминском районе, на пересечении улиц Рашида Бейбутова и Шамиля Азизбекова, произошло дорожно-транспортное происшествие.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) МВД.

    Из-за аварии на нескольких улицах столицы образовались заторы.

    В настоящее время ведутся работы по их устранению.

  • Bakının mərkəzində qəza: Sıxlıq yaranıb

    Nəsimi rayonu, Rəşid Behbudov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Qəza səbəbindən bir neçə küçədə sıxlıq yaranıb.

    NİİM əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

  • Azərbaycanda 2023-cü il ərzində ölənlərin sayı açıqlanıb

    Ötən ilin 11 ayında ölkədə 54794 ölüm halı qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.

  • Yenidoğulmuşların yarıdan çoxu oğlanlardır

    2023-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 103367 doğulan körpə qeydə alınıb.

    Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.

    Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulanlardan 3134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm olub.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Xankəndidə silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində beş ədəd avtomat silahı, dörd ədəd qumbara, bir ədəd tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Bu ölkə 4 saatlıq iş rejiminə keçir

    Dominikan Respublikası həftəlik iş saatlarını azaldan ölkələr sırasına əlavə edilir.

    Hökumət işçilərin həftədə 44 saat əvəzinə 36 saat işləməklə eyni maaş alacağını açıqlayıb.

    6 aylıq pilot tədqiqatda ölkədə fəaliyyət göstərən bir çox şirkət iştirak edəcək.

    Könüllülüyə əsaslanan təcrübə fevral ayında başlayacaq və işçilər həftə sonu ilə yanaşı cümə günü də istirahət edəcəklər.

    Əmək naziri Luiz Miquel de Kamps həftəlik iş vaxtının azaldılmasının işçilərin sağlamlığı və dincliyi üçün çox əhəmiyyətli olduğunu və bunun davamlı istehsalı təmin edəcəyini düşündüklərini söyləyib.

    Ölkədəki universitetlər də müraciətin nəticələrini və işçilər üzərində əksini təhlil edəcək.

    Xatırladaq ki, həftədə 4 saat işləmək təcrübəsi əvvəllər İngiltərə, Belçika və İspaniya kimi ölkələrdə sınaqdan keçirilib.

    Bundan sonra ABŞ-də bəzi şirkətlər həftəlik iş saatlarını azaltmağa başlayıblar.
    //azxeber.com

  • Mandarini soyarkən diqqət edin – Ağ sapların inanılmaz faydası

    Mandarin qabığını soyarkən ağ saplarını atırsınızsa, səhv edirsiniz. Çünki həmin saplar sağlamlığımıza faydalıdır.

    Ən məşhur sitrus meyvəsi mandarin soyuq günlərdə piştaxtaları bəzəyir. Xəstəliklərdən qorunmaq üçün mükəmməl meyvə olan mandarindən hər gün istifadə etmək lazımdır.
    Naringi C vitamini, minerallar və antioksidanlarla zəngindir.
    Mandarin üzərindəki ağ saplar təmizlənməməlidir.

    Bu liflər həzm sistemini aktivləşdirir və onun sağlam işləməsini təmin edir.

    Ağ liflərdə xolesterinin aşağı düşməsinə kömək edən pektin adlı birləşmə var. Pektin bağırsaqda udulmuş xolesterolu çıxarmağa kömək edir və beləliklə, xolesterol səviyyələrini tarazlaşdırmağa kömək edir.
    //bakupost.az

  • Azərbaycan əhalisinin sayı açıqlandı

    Azərbaycan əhalisinin sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib.

    Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

  • Valideynlərə qızılca ilə bağlı XƏBƏRDARLIQ – VİDEO

    Azərbaycanda qızılca ilə bağlı vəziyyət səhiyyə qurumlarının nəzarəti altındadır.

    Bu barədə Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib. Nazir əhalini peyvənd olunmağa çağırıb.

    “Təqvimi peyvəndlənmədən kənarda qalmış uşaqların valideynlərinə bird aha çağırış etmək istəyirəm. Övladlarınızın sağlamlığı, həyatı ilə oynamayın. Bunun öhdəsindən gələn yalnız peyvənddir”, – deyə nazir bildirib.

  • Sabah 10° isti olacaq – Hava proqnozu

    Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

    Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.