Month: January 2024

  • “Microsoft” “Apple”ı geridə qoyaraq dünyanın ən bahalı şirkəti oldu

    “Microsoft” 2021-ci ildən bəri ilk dəfə “Apple”ı keçərək dünyanın ən bahalı şirkəti olmağı bacarıb.

    “Apple” səhmləri üçün tövsiyə bir həftə ərzində ikinci dəfə aşağıya doğru yenidən nəzərdən keçirilib.

    Şirkətin səhmləri 8 həftənin ən aşağı səviyyəsinə düşərkən, ilin ilk həftəsində “Apple”ın bazar dəyəri 170 milyard dollar azalıb.

    Son günlərdəki itkilər şirkəti dekabrın sonundakı tarixi zirvəsindən cəmi 8 faiz aşağı qoyub.

    Keçən həftə “Apple”ın dəyəri ilə ikinci sırada olan “Microsoft”un dəyəri arasındakı fərq son 2 ilin ən aşağı səviyyəsinə düşüb.

    “Microsoft” 2021-ci ildən bəri ilk dəfə “Apple”ı geridə qoyub və dünyanın ən dəyərli şirkəti olaraq yerini geri alıb.
    //azxeber

  • Fermerlər vergilərdən azad olundu: Nə dəyişəcək?

    Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu ilin yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilib.

    Bəs bu dəyişiklik və güzəştlər aqrar sahənin inkişafına necə təsir edəcək?

    Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli bu dəyişikliyin əslində 2023-cü ilin yanvarın 1-dən qəbul edildiyini diqqətə çatdırdı:

    “Məqsəd isə odur ki, bu sahədə şəffaflaşma təmin olunsun, yəni sahibkar az vergi ödəyəcəyi üçün şəffaflığa daha çox meyil etsin. Qərar əvvəllər 1 il üçün nəzərdə tutulmuşdu. Hazırkı dəyişikliklə birlikdə, bu müddəti 4 ilə çatdırdılar.

    Amma əvvəlki müddət ərzində aqrar sahədə elə də ciddi dəyişiklik baş vermədi. Qərarın mahiyyəti isə ondan ibarətdir ki, daha çox rezident şəxslərin vergi yükü azaldılır. 4 il müddətinə dividend vergisindən azad edilmək sahibkara işləmək üçün yeni şərait yaradır. Yəni qazancı nədirsə, sahibkar hamısını özündə saxlayır. Aqrar sahədə torpaq və işçi vergisi çıxılmaqla, artıq dəyər vergisi, mənfəət, satış və qazanc kimi bütün vergilər aradan qaldırılır”.

    “Aqrar sektor yüksək gəlirli olmadığına görə…”

    Aqrar sahənin elə də gəlirli olmadığını söyləyən müsahibimiz vurğulayıb ki, bu sektor ya mütəmadi risklərə məruz qalır, ya da satış zamanı problemlər yaşanır:

    “Digər tərəfdən də əhali hər şeyə həddindən artıq həssaslıq göstərir. Məsələn, ət, süd, buğda və ya hansısa bir məhsul bahalaşırsa, hamı narazılıq edir. Hökumət isə vergiləri maksimum dərəcədə aşağı salmaqla və digər addımlarla sahibkarları bu sahəyə cəlb etməyə çalışır. İstəyir ki, bura daha çox investisiya yatırılsın, istehsalat artsın və ölkədə bolluq yaransın”.

    “Əvvəl də belə idi”

    Digər iqtisadçı-ekspert Akif Nəsirli, aqrar sahənin əvvəllər də vergilərdən azad olunduğunu xatırladıb:

    “Bu il yanvarın 1-də həmin güzəştlərin müddəti bitdi. Yeni qərarla birgə isə həmin müddət 4 il uzadıldı. Bu günə qədər sahibkarlar vergini hansı qaydada ödəyirdirlərsə, bundan sonra da o cür davam edəcəklər. Bir sözlə, fermerlər bütün vergilərdən azad olunmuşdu və yalnız torpaq vergisi ödəyirdilər. Əgər qərar qəbul olunmasaydı, sahibkarlar həmin vergiləri ödəməli olacaqdılar. Bu baxıımdan da dəyişiklikdə yeni bir şey yoxdur”.

  • Azərbaycanın veteran futbolçusu vəfat edib – FOTO

    Azərbaycanın veteran futbolçusu Səməd Hacıyev vəfat edib.

    Bu barədə “Araz-Naxçıvan” klubunun mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, Səməd Hacıyev Naxçıvan təmsilçisinin heyətində çıxış edib.

  • Bakıda mebel sexindəki yanğın məhdudlaşdırılıb

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilir, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

  • Wildberries продолжает поиски 16 сотрудников сгоревшего в Санкт-Петербурге склада

    Российский онлайн-ретейлер Wildberries продолжает разыскивать 16 человек, работавших на складе в Санкт-Петербурге 13 января.

    Об этом сообщила пресс-служба компании в Telegram-канале.

    “На данный момент устанавливаем местонахождение 16 человек”, – говорится в сообщении.

    Ранее в Wildberries сообщили, что не могут дозвониться до 54 человек со сгоревшего склада. Некоторые из сотрудников во время эвакуации оставили на складе свои личные вещи, в том числе мобильные телефоны, отметили в Wildberries.

    При этом пропавшими никто из сотрудников не числится, уточнили в компании. Для близких и родственников работников склада в поселке Шушары работает горячая линия.

  • “Wildberries” şirkəti yanğından sonra 16 işçisini tapa bilmir

    Rusiyanın Sankt-Peterburq şəhərində “Wildberries” anbarında baş verən yanğından sonra 16 işçi itkin düşüb.

    Bu barədə şirkət məlumat yayıb.

    Həmçinin bildirilir ki, satıcılara ilk təzminat elə bu gündən ödəniləcək, yanğın nəticəsində malları itmiş alıcıların pulu da tam geri qaytarılacaq.

    Xatırladaq ki, yanvarın 13-də “Wildberries”də yanğın başlayıb, onu ancaq yanvarın 14-də günortadan sonra söndürmək mümkün olub. Yanğına beşinci mürəkkəblik dərəcəsi (ən yüksək) verilib. Hadisə nəticəsində 22 yaşlı qız xəsarət alıb, həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndirirlər.

    Mənbə: RBK

  • Məktəblərdə 5 günlük tətil başlayır – Bu tarixlərdə

    Yanvarın 27-dən ümumtəhsil məktəblərində birinci yarımilin bitməsi ilə əlaqədar beşgünlük tətil başlayır.

    2023-2024-cü tədris ilində birinci yarımil 15 sentyabr – 26 yanvarı, ikinci yarımil 1 fevral – 14 iyunu əhatə edir.

    Bu səbəbdən də ümumtəhsil məktəblərində yanvarın 26-sı, 27-si, 28-i, 29-u, 30-u və 31-i beşgünlük qış tətilidir.

  • Bakıda gecə 2, rayonlarda 15 dərəcə ŞAXTA OLACAQ

    Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
    Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

  • Bakıda güclü yanğında iki nəfər həlak olub: Partlayışlar davam edir – VİDEO

    Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən yanğınla mübarizə davam edir.

    Hazırda partlayışlar davam edir. Partlayışların səbəbi müəyyənləşdirilməyib.

    * * * * *

    Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

    APA xəbər verir ki, xeyli sayda xəsarət alan var.

  • Удовлетворил ли суд апелляционную жалобу Вагифа Хачатряна?

    Состоялся очередной судебный процесс по апелляционной жалобе на приговор в отношении Вагифа Хачатряна, обвиняемого в участии в геноциде в селе Мешели Ходжалинского района в составе незаконных армянских вооруженных формирований.

    Как сообщает Report, на заседании под председательством судьи Бакинского апелляционного суда Гасана Ахмедова было зачитано решение, согласно которому апелляционная жалоба не была удовлетворена. Приговор суда первой инстанции оставлен без изменения.

    Отметим, что Бакинский военный суд приговорил его к 15 годам лишения свободы. Первые пять лет он должен отбывать в тюрьме, а остальной срок – в исправительной колонии строгого режима.

    Напомним, в результате геноцида, преследования, выселения, нарушения норм международного гуманитарного права в ходе вооруженного конфликта, совершенного против местного азербайджанского населения в селе Мешели Ходжалинского района (на территории бывшего Аскеранского района) созданными с участием Вагифа Хачатряна вооруженными военными формированиями из проживающих в Карабахском экономическом районе армян-националистов, а также выходцев из Республики Армения, были умышленно убиты 27 человек, 21 – получил телесные повреждения различной степени тяжести, двое жителей села были взяты в заложники, 340 человек (81 семейное хозяйство) выселены с постоянного места жительства на другие территории Азербайджанской Республики. Сельским жителям был нанесен материальный ущерб на общую сумму 13 568 060 манатов, а государству – 130 800 манатов.

    12 ноября 2013 года было принято решение о привлечении Вагифа Черкезовича Хачатряна в качестве обвиняемого по статьям 103 (геноцид) и 107 (депортация и принудительное перемещение населения) Уголовного кодекса Азербайджанской Республики. 14 ноября 2013 года решением Наримановского районного суда города Баку в его отношении заочно была избрана мера пресечения в виде ареста, а 21 ноября того же года его объявили в розыск, соответствующие документы были направлены в Главное управление уголовного розыска Министерства внутренних дел и Национальное центральное бюро Интерпола в Азербайджане.

    29 июля 2023 года Вагиф Хачатрян был задержан на погранично-пропускном пункте “Лачын” при попытке выехать на территорию Республики Армения по состоянию здоровья и представлен следствию. В тот же день ему были предъявлены обвинения по статьям 103 и 107 УК АР, избрана мера пресечения в виде ареста сроком на 3 месяца.

    22 сентября этого года обвиняемому Вагифу Хачатряну были вновь предъявлены обвинения по соответствующим статьям Уголовного кодекса, а 29 сентября предварительное следствие по уголовному делу было завершено, материалы дела направлены в Бакинский военный суд для рассмотрения.