Month: January 2024

  • Peru mumiyalarının yadplanetli olub-olmaması məsələsinə aydınlıq gətirib

    Meksikalı ufoloqun 2023-cü ildə ölkəsinin parlamentinə nümayiş etdirdiyi “yadplanetli mumiyalar” kağızdan, heyvan və insan sümükləri hissələrindən, metal parçalarından hazırlanmış, müasir yapışqanla bir yerdə saxlanılan bir növ kukla olub.

    Bu barədə “Associated Press” agentliyi bu fiqurların gəldiyi Peru Prokurorluğunun Məhkəmə – Tibbi ekspertlərinə istinadən məlumat verib.

    Perulu mütəxəssislər qrupunun rəhbəri Flavio Estrada jurnalistlərə bildirib ki, tədqiqatçılar öz analizlərinin nəticələrinə əsasən kuklaların “yadplanetlilərin mərkəzindən və ya başqa planetdən gəlməs” iddialarını təkzib edə biliblər. Onun sözlərinə görə, bu cür uydurmalar “qətiyyən həqiqətə uyğun deyil”.

    “Nəticə sadədir: bunlar müasir sintetik yapışqanlardan istifadə etməklə planetin heyvanlarının sümüklərindən hazırlanmış gəlinciklərdir, ona görə də onlar İspaniyadan əvvəlki dövrlərdə yığılmayıb. Bunlar yadplanetlilər deyil, gəlmələr deyil”, – Estrada vurğulayıb.

    2023-cü ilin sentyabrında meksikalı jurnalist və ufoloq Xayme Maussan ölkənin Deputatlar Palatasına Perunun Naska səhrasında aşkar edilmiş və onun fikrincə, yadplanetli mənşəli ola biləcək iki “mumiya” təqdim edib. Meksika Milli Muxtar Universiteti ufoloqun nöqteyi-nəzərini tənqid edib və onun fərziyyələrinin “heç bir mənası olmadığını” bildirib. Daha sonra Peru Mədəniyyət Nazirliyi “yadplanetli mumiyaları” ölkədən çıxaran və Meksika parlamentinə təqdim edən ufoloqlarla əməkdaşlıq edən vətəndaşlara qarşı ittihamlar irəli sürüb. Şöbənin rəhbəri Lesli Urteaga daha sonra “mumiyaların” “İspaniya əvvəlki dövrə aid skelet qalıqlarından” ibarət olduğunu söyləyib.

  • Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

    Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

    Bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.

    “Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd edilib.

    Xatırladaq ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində yeddi nəfər ölüb, 24 nəfər yaralanıb.

  • Avtomobilin vurduğu piyada 24 gün sonra öldü

    Ötən il dekabrın 22-də Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

    Hadisə dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib. Piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ceyhun Bayramov polşalı həmkarını regional vəziyyət barədə məlumatlandırıb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

    Nazir Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

    Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.

    Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.

    Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

    Daha sonra, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Roma Papası Vatikanda Moskva və Kiyev arasında danışıqlar təşkil etməyi planlaşdırır

    Papa Fransisk Vatikanda Rusiya və Ukrayna arasında danışıqlar təşkil etmək istəyir.

    Məlumata görə, hazırda papa sülh danışıqları ilə bağlı mini sammit hazırlayır. Hazırlıqlar zamanı onlar Rusiya və Ukrayna diplomatları ilə danışıqlar aparmaq və mövqeləri müqayisə etmək üçün Vatikana nümayəndə dəvət etmək ideyasını inkişaf etdirirlər. Hazırda Papanın özü məsləhətləşmələr aparır.

    Qeyd edək ki, bundan əvvəl Papa Milad müraciətində müharibələrə son qoymağa çağırıb. O qeyd edib ki, dünyada silah istehsalı və ticarəti artdığı üçün sülhdən danışmaq mümkün deyil.

    Mənbə: gazeta.ru

  • Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb

    Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı yeddiyə çatıb.

    Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

  • “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova barəsində qərar qəbul edilib

    Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında qərar qəbul edib.

    “Report”un məlumatına görə, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Prezident Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

    Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, məcəllənin 98-ci maddəsi üzrə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilib:

    “3. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər”.

    Bundan başqa, 242-ci maddə aşağıdakı redaksiyada verilib:

    “Maddə 242. Qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması

    1. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

    2. Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil edilir”.

  • В Эквадоре более 1 300 человек задержали после начала беспорядков

    Вооруженные силы и полиция Эквадора задержали 1 327 человек после начала беспорядков, вызванных бунтами в тюрьмах.

    Об этом сообщила администрация президента Даниэля Нобоа.

    “В период с 9 по 14 января 2024 года задержано 1 327 подозреваемых, из них 143 – по подозрению в терроризме. Пятеро террористов ликвидированы, 11 сотрудников полиции освобождены, два сотрудника полиции погибли при исполнении обязанностей”, – указано на странице администрации в соцсети X.

    Силовики изъяли почти 500 единиц огнестрельного оружия, примерно столько же бомб и более 5 т наркотических веществ. Также они освободили 11 полицейских и 201 сотрудника исправительных учреждений.

    Ситуация в сфере безопасности в Эквадоре обострилась 7 января после побега из тюрьмы главаря банды “Лос-Чонерос” по прозвищу Фито. После этого в нескольких пенитенциарных учреждениях страны произошли бунты. 8 января Нобоа объявил в стране чрезвычайное положение и ввел комендантский час.

    Источник: ТАСС

  • Ekvadorda iğtişaşlar: Saxlanılanların sayı 1300-ü keçdi

    Ekvadorun silahlı qüvvələri və polisi həbsxanada iğtişaşlar başlayandan bəri 1327 nəfəri saxlayıb.

    Bu barədə prezident Daniel Noboanın administrasiyası məlumat verib.

    Qeyd edək ki, Ekvadorda vəziyyət yanvarın 7-də “Los Choneros” qruplaşmasının “Fito” ləqəbli lideri həbsxanadan qaçdıqdan sonra daha da kəskinləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar və girovgötürmə halları baş verib. Yanvarın 8-də Ekvador prezidenti ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib.

    Mənbə: TASS