Month: January 2024

  • Sərnişini insult keçirən təyyarə Bakıya təcili eniş etdi

    “Swiss International Air Lines” aviaşirkətinin Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

    Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (insult).

    “Boeing 777” təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib.

    Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

  • Пашинян и советник Хаменеи обсудили ситуацию в регионе

    Премьер-министр Армении Никол Пашинян и советник верховного лидера Ирана Али Хаменеи, глава Стратегического совета по внешним связям этой страны Кямал Харази обсудили ситуацию в регионе.

    Как сообщает пресс-служба правительства Армении, в ходе встречи Пашинян заявил, что договорился с президентом Ирана предпринимать последовательные шаги для увеличения объемов торговли между странами.

    Стороны поговорили о сотрудничестве и реализации совместных программ в различных сферах. Они также обменялись мнениями относительно вопросов безопасности и стабильности на Южном Кавказе.

    Премьер указал на ключевые подходы Армении по этой теме. Пашинян отметил также важность позиции Ирана в вопросе разблокирования коммуникаций в регионе.

  • Paşinyan və Xamneyinin müşaviri regiondakı vəziyyəti müzakirə ediblər

    Ermənistanın baş naziri Nikol Paşinyan və İranın ali liderinin müşaviri, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi regiondakı vəziyyəti müzakirə ediblər.

    Ermənistan mediasının ölkə hökumətinin mətbuat xidmətinə əsasən yaydığı məlumata görə, görüş zamanı Paşinyan qeyd edib ki, o, İran prezidenti ilə ölkələr arasında ticarət həcminin artırılması üçün ardıcıl addımlar atmağa razıdır.

    Tərəflər müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, enerji, infrastruktur sahələrində əməkdaşlıq və birgə proqramların həyata keçirilməsindən danışıblar.

    Görüşdə həmçinin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, bundan əvvəl Xərazi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb.

  • Sığınacağa yerləşdirilən xanım aylıq məvacibi 1500 dollar olan iş tapıb

    Azərbaycana dayə kimi iş təklifi alaraq gələn afrikalı xanım sonra problemlə üzləşmişdi.

    Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova məlumat paylaşıb.

    O qeyd edib ki, afrikalı qadını ölkəyə dəvət edən şəxs artıq dayəyə ehtiyaclarının olmadığını bildirib:

    “Xanım bir müddətdir ki, sığınacağımıza yerləşdirilmişdi. Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb. Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. Xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcəklər və dayə də onlarla birlikdə gedəcək.

    Onu da qeyd edək ki, xarici vətəndaş sığınacağa daxil olduğu gündən bütün dövlət qurumları məlumatlandırıb və xanım dövlət nəzarətindədir”.

  • Paşinyan və Xamneyinin müşaviri regiondakı vəziyyəti müzakirə ediblər

    Ermənistanın baş naziri Nikol Paşinyan və İranın ali liderinin müşaviri, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi regiondakı vəziyyəti müzakirə ediblər.

    Ermənistan mediasının ölkə hökumətinin mətbuat xidmətinə əsasən yaydığı məlumata görə, görüş zamanı Paşinyan qeyd edib ki, o, İran prezidenti ilə ölkələr arasında ticarət həcminin artırılması üçün ardıcıl addımlar atmağa razıdır.

    Tərəflər müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, enerji, infrastruktur sahələrində əməkdaşlıq və birgə proqramların həyata keçirilməsindən danışıblar.

    Görüşdə həmçinin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, bundan əvvəl Xərazi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb.

  • Azərbaycanlı tələbə Londonda keçirilən beynəlxalq elm müsabiqəsində ilk onluqdadır

    İsmayıllı rayonunda təhsil alan Emil Elnur oğlu Ağamirzəyev İngiltərənin paytaxtı London şəhərində keçirilən “Dünya ölkələrinin tarixi (History of world countries) adlı beynəlxalq elm müsabiqəsində ilk onluqda – VIII yerdə qərarlaşıb.

    Median.Az xəbər verir ki, 52 ölkədən gəlmiş 2345 şagird arasından fərqlənən həmyerlimiz Türkiyə, Qazaxıstan, Serbiya və İtaliyada keçirilən beynəlxalq müsabiqələrdə də uğur qazanıb.

    O, 1-10 sentybar tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən beynəxalq konfransda iştirak edib.

    Həmçinin yerli olimpiadalarda da uğur qazanıb.

  • Ağdamda ikimərtəbəli ev yanıb

    Ağdamda ev yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli kəndində ümumi sahəsi 360 kvadratmetr (hər mərtəbəsi 180 kvadratmetr) olan ikimərtəbəli, səkkizotaqlı evin ikinci mərtəbəsində iki otağın və mətbəxin yanar konstruksiyaları və dam örtüyü 80 kvadratmetr sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Heydər Əli̇yevi̇n toylarında işti̇rak etdi̇yi̇ itali̇yalı cütlük Bakıda – VİDEO

    Ulu öndər Heydər Əliyevin toylarında iştirak etdiyi italiyalı cütlük Baku TV-yə müsahibə verib.

    1997-ci il sentyabrın 27-də İtaliyanın Piazzetta meydanında keçirilən toy mərasimləri zamanı Heydər Əliyevlə görüşən Roberto və Qabriella Kaso həmin günlə bağlı xatirələrini bölüşüblər.

    Q.Kaso Heydər Əliyevlə görüşün onlar üçün sürpriz olduğunu bildirib:

    “Gəzintidə olduğumuz vaxt Prezident bizi yanına dəvət etdi və xeyir-dua verdi. Bu möcüzəli an bizi çox xoşbəxt etdi”.

    Q.Kaso ümummilli liderlə görüşün evlilik həyatları üçün uğurlu olduğunu deyib:

    “O, bizə toy hədiyyəsi olaraq Azərbaycan xalçası verdi. Bu hədiyyə bizim üçün çox böyük mənəvi əhəmiyyət kəsb edir. Biz 26 ildir ki, həmin xalçanı evimizdə saxlayırıq”.

  • Müharibənin belə olacağını gözləmirdik – Roqozin

    Ukrayna ərazilərini ələ keçirmək üçün Rusiya Silahlı Qüvvələrində vacib dəyişikliklər edilməlidir.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bunu “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin deyib.

    “Fikrimcə, şəxsi heyətin sayının artırılması tələb olunacaq. Düşmən üzərində say üstünlüyü lazımdır. Onların çoxlu adamları var, ümumi səfərbərlik var. Bizdə bu yoxdur”, – Roqozin bildirib.

    Onun sözlərinə görə, hərbi-texniki məsələlər də mütləq həll edilməlidir:

    “Bu, tamamilə qeyri-adi, yeni müharibə növüdür. Bunun belə olacağını heç kim gözləmirdi. Ənənəvi silah sistemləri hərbi ekspertlərin ehtimal etdiyi kimi yüksək effektivlik göstərmədi. İndi cəbhədə vəziyyət elədir. Mən oradan bir neçə gün əvvəl qayıtmışam, orada hətta rotasiya da çətindir. Bir kəndə girirsən və özünü arı pətəyinə girmiş kimi hiss edirsən”.

  • Dünyada zəlzələlərin sayı artır – Yerin təkində nə baş verir?

    2024-cü ilin ilk ayı çoxlu sayda afterşoklarla dünyada zəlzələlərin misli görünməmiş artımını göstərdi.

    Lent.az bu xoşagəlməz təbiət hadisəsinin artma səbəbləri ilə bağlı kiçik araşdırma aparıb.

    Yeni ilin ilk günü Yaponiyada ciddi zəlzələ ilə yadda qaldı. 2024-cü il yanvarın 1-də Yaponiyada İşikava prefekturasında 7,6 bal baş verən güclü zəlzələ 200-dən çox insanın həyatına son qoydu. Zəlzələdən sonra üç gün ərzində bölgədə daha 521 yeraltı təkan baş verdi.

    2024-cü ilin yanvar ayında İşikava prefekturasında baş verən zəlzələ sayı bu bölgədə əvvəlki 3 ildə baş qeydə alınan zəlzələlərin toplam sayından çox olub.

    Seysmik fəallıq həmişə zəlzələlərin sıx olduğu Yaponiya ilə yanaşı, planetin digər yerlərində də baş qaldırdı.

    Məsələn, Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin Aksu rayonunda yanvarın 23-də baş verən 7,1 bal gücündə güclü zəlzələdən sonra üç gün davamlı təkanlar davam etdi. Yanvarın 23-dən 26-na kimi seysmoloqlar 4 216 təkan qeydə alıblar ki, onların da ən güclüsü 5,7 bal gücündə olub.

    Beləliklə, Yaponiya ilə yanaşı, Çin də yeraltı təkanların əvvəlki illərlə müqayisədə daha aşkar fəallığı ilə üzləşib.

    Amma yanvarda qeydə alınan zəlzələlər bununla bitmədi.

    Yanvarın 23-də Qazaxıstanda 5 bal gücündə zəlzələ qeydə alındı. Qısa zamanda zəlzələnin episentrində 1 900-dən çox təkan qeydə alındı.

    Yanvar ayında Yerdə müşahidə olunan nadir geoaktivlik bununla bitmədi. Belə ki, yanvarın 11-də Qrenlandiyanın cənubunda 10 km dərinlikdə 4,4 bal gücündə yeraltı təkan qeydə alındı.

    Seysmoloqlar seysmik aktivliyin fevraldan martın ortalarına qədər xüsusi ilə aktiv olacağı haqqında xəbərdarlıq etdilər.

    Baş verən zəlzələlərin fəsadları müxtəlif bölgələrdə, o cümlədən Rusiya, İran, Azərbaycan, Yaxın Şərq və Türkiyədə hiss olundu.

    Mütəxəssislər isə xüsusilə şəhərlərin baş verə biləcək seysmik hadisələrə hazır olmağın vacibliyini vurğulayırlar.

    Təəssüf ki, dünyada zəlzələlər 1995-ci ildən artır. Bunun səbəbi kimi əksəriyyəti okean dibində yerləşən litosfer plitələrinin bütün qırılmaları boyunca sürətlə artması ilə əlaqələndirilir.

    2020-ci ildən etibarən isə zəlzələlərin buraxdığı enerjinin tempi sürətlə yüksəlməyə başlayıb. Bu isə o deməkdir ki, zəlzələlərin enerjisi nə qədər çox olsa, bir o qədər dağıdıcı effekti olacaq. Artıq seysmik aktivlik əvvəllər müşahidə olunmayan yerlərdə özünü büruzə verir. Ona görə də gözlənilməz yerlərdə zəlzələlər yaranır.

    Buna misal olaraq 2023-cü ildə Mərakeşdə heç kimin gözləmədiyi dağıdıcı zəlzələni, yaxud elə Qrenlandiyada baş verən zəlzələni misal göstərmək olar.

    Zəlzələlər planetin nüvəsindəki balansın pozulması səbəbindən maqmatik fəaliyyət nəticəsində baş verir. Beynəlxalq alimlər qrupunun fikrincə, planetin nüvəsi xarici kosmik təsir altındadır.

    Buna görə, 2024-cü ilin sonunda planetimizi əhatə edir, yəni planetdəki iqlim şəraiti yalnız pisləşəcək və zəlzələlər də daxil olmaqla, təbiət hadisələrinin tezliyi və gücü artacaq.