Month: January 2024

  • Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir

    Yaxın gələcəkdə maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir. Qasırğa yenidən başlayacaq və üç gün davam edəcək.

    Median.Az oxu.az-a istinadən bildirir ki, maqnit qasırğası bu gün səhər saat 8-ə (Bakı vaxtı ilə – red.) müşahidə edilib, sonra onun gücü 3 bala qədər enib və sonra yeni bir sıçrayış baş verib.

    Qeyd edək ki, yanvarın 25-də 4 bal gücündə maqnit qasırğası baş vermişdi.

    Əvvəlcə ekspertlər yanvarda belə güclü maqnit qasırğalarının olmayacağını güman edirdilər. İndi alimlər hesab edirlər ki, bu kumulyativ (yığılmış) təsir ola bilər.

    Xatırladaq ki, müşahidə edilən yüksəlmə və enmə prosesi xeyli sayda insana təsir edərək, onların özünü pis hiss etməsinə, baş ağrılarına və digər xoşagəlməz simptomlara səbəb ola bilər.

  • Peşə liseylərinin nümunəvi ştat cədvəlinə dəyişiklik edilib

    Dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəlinə dəyişiklik edilib.

    Report xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir.

    Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir. İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna görə 1 (bir) ştat vahidi, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası vəzifəsi müəyyən edilir.

    Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi müəyyən edilir. Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim köməkçisi vəzifəsi müəyyən ediləcək.

    Qərara görə, peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1 (bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın istismarı üzrə texnik, 1 (bir) ştat vahidi
    fəhlə vəzifələri müəyyən edilir.

    Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi korpus rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binaların istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir.

  • Nizami rayonunda mənzildə meyit aşkarlanıb

    Nizami rayonunda mənzildə meyit aşkarlanıb.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin “112” qaynar xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Güləş üzrə U-20 Azərbaycan çempionatında 5 çəkidə mükafatçılar müəyyənləşib

    Sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatına start verilib.

    Federasiyadan “Report”a verilən məlumata görə, bu gün sərbəst güləş üzrə 5 çəkidə mükafatçılar müəyyənləşib.

    57 kq
    1. V.Bağırov (Gəncə)
    2. E.Ağayev (Təhsil)
    3. Z.Məmmədov (Neftçi), B.Verdiyev (Gəncə, “Neftçi”)

    65 kq
    1. M.Verdiyev (Gəncə, “Neftçi”)
    2. A.Abdullazadə (Göygöl, “Neftçi”)
    3. İ.İsayev (Neftçi), N.Ağazadə (Beyləqan)

    74 kq
    1. Ə.Əhmədli (Zenit)
    2. G.Abayev (AGF)
    3. A.Novruzov (DİN), V.Əliyev (Neftçi)

    86 kq
    1. S.Mustafazadə (İmişli)
    2. M.Maqomedov (AGF)
    3. T.Bayramov (Şamaxı), A.Şamirov (AGF)

    97 kq
    1. X.Karsanov (AGF)
    2. R.Musayev (Olimpsport)
    3. E.Məstəliyev (Cəlilabad), İ.Hüseynov (Qarabağ)

  • В МВД прокомментировали информацию об избиении в Баку восьмиклассника – ОБНОВЛЕНО

    Учащийся 8-го класса полной средней школы №75 города Баку во внеучебное время подвергся физическому и психологическому давлению на внешкольной территории.

    Как сообщил oxu.az сотрудник пресс-службы Министерства внутренних дел Ибрагим Амирасланлы, соответствующая информация поступила в полицию 29 января.

    “В связи с полученной информацией проводится проверка”, – отмечается в сообщении.

    ***

    Учащийся 8-го класса полной средней школы №75 города Баку во внеучебное время подвергся физическому и психологическому давлению на внешкольной территории.

    Об этом АПА сообщили в учебном заведении.

    Согласно информации, в связи с произошедшим родители учащегося обратились в правоохранительные органы.

    Отметим, что ранее в социальных сетях распространилась информация о том, что в поселке Забрат Сабунчинского района столицы семеро подростков избили школьника.

  • DİN Zabratda səkkizinci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırmaya başladı – YENİLƏNİB

    Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı polisə bugün məlumat daxil olub.

    Hazırda araşdırma aparılır.

    ***

    Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

    Bu barədə APA-ya məktəbdən məlumat verilib.

    Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

    Qeyd edək ki, şagirdin Sabunçu rayonunun Zabrat qəsəbəsində yeddi nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb.

  • Xətai rayon sakinləri: “Təmizlik işçisi ştatı yoxdur, zibili özümüz daşıyırıq” – ŞİKAYƏT + FOTO

    Paytaxtın Xətai rayonunun sakinləri yaşadıqları ərazidə bir çox problemlərlə üzləşdiklərini iddia edirlər.

    Bu barədə oxu.az-ın redaksiyasına şikayət daxil olub.

    Sakin Könül Rzayeva bir çox problemlərdən əziyyət çəkdiklərini dilə gətirib:

    “1996-cı ildən Xətai rayonu, Qafqaz küçəsi, 37, mənzil 5 ünvanında yaşayırıq. İkimərtəbəli binadır. İllərdir binanın həyətini özümüz süpürürük, zibilləri özümüz atırıq.

    Binanın həyəti zil qaranlıq idi. İşıq da yox idi. Əvvəlcə mövcud idi. Sonra kəsib atdılar. Biz də işığı qonşunun həyətindən sakinlərlə birlikdə çəkmişdik. Kanalizasiyanı da özümüz yenidən çəkdik. Bir gün kanalizasiya daşdı. Binanın həyəti gölməçə oldu. Pul yığıb, kanalizasiya xətti çəkdik. Qonşuların hamısı narazıdır”.

    K.Rzayeva binanın həyətini təmizləyən işçilərin olmadığını qeyd edib:

    “Kanalizasiya problemini, işığı özümüz həll etmişik. Bir ara içməli suyu da bağlamaq istəyirdilər. Qarşı çıxdıq. Bir çox problemləri özümüz həll etdik. Həyətin təmizliyinə baxan yoxdur. Təmizlik işçisinə ehtiyac var. İcraya və bələdiyyəyə müraciət etdik. Təmizlik işçisi ştatının olmadığını deyirlər, müraciətimizə baxan yoxdur. Çox yorulmuşuq”.

    Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsək də, zənglərimiz cavabsız qalıb.

  • Xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər

    7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın xoşbəxt gələcəyinin memarı İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəklədiklərini bildirirlər.

    APA xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər.

    Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif” jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlı yaydığı bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderin təbligatında fəal olmaga dəvət edib: “Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

    Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouri bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi inkişaf, sosial və mədəni təşəbbüslərin təşviqi sahəsində əldə olunan müstəsna nailiyyətlər təqdirəlayiqdir: “Dünya azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevi dəstəkləmə dəvət edirik”.

    Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov qeyd edib ki, Sloveniyada yaşayan Azərbaycan vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində sevinc, fərəh hissi ilə iştirak edəcək və ölkəmizin taleyinə qələbə yazmış Prezidentə öz dəstəyini bildirməkdən qürur duyacaq.

    Böyük Britaniyanın Vorvik Universitetinin Azərbaycan Cəmiyyətinin rəhbəri Rafiq Niftəliyev də Prezident İlham Əliyevə müraciətində namizədliyini dəstəklədiklərini bəyan edib: “Biz inanırıq ki, Siz Azərbaycanın müstəqilliyinin və xalqımızın təhlükəsiz gələcəyinin sarsılmaz qarantısınız”.

    “Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzi”nin sədri Ceyran Qurbanovanın bəyanatında xalqımıza Zəfər sevincini yaşadan Ali Baş Komandana sarsılmaz dəstək ifadə olunub: “Dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olmaga dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

    Böyük Britaniyada yaşayan diaspor fəalı, “Bülbül” Azərbaycan dili kitabının müəllifi Emiliya Cəbrayılova bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyinin bərpası İlham Əliyevin strateji baxışının və Azərbaycanın rifahına sarsılmaz sədaqətinin sübutudur: “Azərbaycana rifah və möhkəmliyi təmin etmək üçün sınanmış təcrübəyə malik lider lazımdır. İnanırıq ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan güclənməkdə davam edəcək və firavan gələcəyin formalaşdırılmasında əsas rol oynayacaq”.

    Bəhreyndə Səudiyyə Ərəbistanı Sığorta Assosiasiyasının departament rəhbəri, həkim Ellada Abdullayeva deyib ki, Bəhreyn Krallığındakı Azərbaycan icması “Zəfər Yoluna Davam!” şüarı ilə ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən möhtərəm Prezidenti ürəkdən dəstəkləyir:

    “Azərbaycan xalqı Prezidentimizi sevir. Onun güclü, qüdrətli dövlətimizin, məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyur. Hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşını Qalib Liderimizin dəstəklənməsi məqsədilə fəal olmağa dəvət edirik. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq!”

    Kaliforniya Azərbaijan Dostluq Assosiasiyası da 7 fevral seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə assosiasiyanın sədri Elnurə Haşımova açıqlama verib: “Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində İlham Əliyevin qələbəsinə inanırıq. Əminik ki, onun müdrik rəhbərliyi altında dövlətimizin və xalqımızın növbəti uğurlarının şahidi olacağıq”.

    Gürcüstanda fəaliyyət göstərən “QANUN” Hüquqi Yardım Mərkəzinin baş direktoru Əli Bədirov isə vurğulayıb ki, növbədənkənar Prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasətini qürur hissi ilə davam etdirən İlham Heydər oğlu Əliyevin namizədliyini “Qalib Xalqın Qalib Lideri” və “Dünya azərbaycanlıların lideri” şüarları altında dəstəkləyirlər:

    “Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının Sizi dəstəkləyəcəyindən əmin ola bilərsiniz. Dünya azərbaycanlıların adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütovlüyünü təmin edən Liderin təbliğatında fəal olmaga həmişə hazırıq. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

    Prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər arasında Türkiyənin Bilkent Universitetinin professoru, Azərbaycanın əməkdar elm xadimi Əmirullah Məmmədov, Kanadanın Vaterloo Universitetinin professoru, Azərbaycanın “Tərəqqi” medalı laureatı İlham Axundov, Azərbaycanın xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordeni laureatı Məmmədəli Ağayev, Rusiyanın əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın Primorye səhnəsinin balet qrupunun bədii rəhbəri, Azərbaycanın “Dostluq” ordeni laureatı Eldar Əliyev də var.

    Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova da Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib: “Valideynlərimin – Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın hər zaman Sizi – görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən İlham Heydər oğlu Əliyevi dəstəklədiklərini qürur hissi ilə xatırlayıram. Bu gün bu ənənəni oğlum Tofiq Ağayevlə birgə davam etdirdiyim üçün xoşbəxtəm. Əminik ki, xalqımızın seçimi dövrümüzün görkəmli siyasətçisi və dövlət xadimi İlham Heydər oğlu Əliyev olacaq”.

    Pənahəli xanın İspaniyada yaşayan varisi, Madrid Alkala Universitetinin 4-cü kurs tələbəsi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov Prezident İlham Əliyevə müraciətində ona dəstəyini bildirib: “Pənahəli xanın nəslindən bir nümayəndə olaraq suveren Azərbaycan torpaqlarının azad olunması məni qürurlandırır”.

    Azərbaycan Yaponiya Dostluq Mərkəzi də 7 fevral seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə mərkəzin sədri, dünya şöhrətli azərbaycanlı elektronika mühəndisi, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı Xəlil Kələntərin bəyanatında bildirilib: “Hesab edirik ki, növbədənkənar Prezident seçkiləri 55 milyonluq azərbaycanlılar üçün işıqlı yol və böyük millətimizin taleyində çox vacib məqam olacaq. Azərbaycan-Yaponiya Dostluq Mərkəzi olaraq inanırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir, dünyəvi və inkişaf etmiş ölkəmiz üçün güclü bir Liderdir və biz Sizin namizədliyinizi dəstəkləyirik”.

    ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova Amerikada yaşayan azərbaycanlıların seçiminin İlham Əliyev olduğunu vurğulayıb: “Cənab Prezident, Amerika azərbaycanlıları olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi diləyirik”.

  • Bakıda doqquz yaşlı uşaq küçələrdə diləndirilib, şiddət görüb? – İDDİA + VİDEO

    Bakıda doqquz yaşlı uşaq öz valideynləri tərəfindən dilənməyə məcbur edilib.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

    Onun dediyinə görə, uşaq polis əməkdaşına yaxınlaşaraq kömək istəyib və onu evə aparmamağı xahiş edib.

    Doqquz yaşlı uşaq küçələrdə diləndirilməklə yanaşı, valideynləri tərəfindən şiddət gördüyünü də deyir. Bildirir ki, yığdığı puldan yemək almaq üçün xərclədiyi zaman ana-atası tərəfindən döyülürmüş.

  • Qəbələdə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb

    Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları altı tüfəng aşkarlanaraq götürülüb.

    Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində isə bir odlu silah könüllü olaraq polisə təhvil verilib.