Month: January 2024

  • Во время удара по Крыму погиб начальник Генштаба ВС РФ Валерий Герасимов?

    Начальник Генштаба Вооруженных сил (ВС) Российской Федерации (РФ) генерал Валерий Герасимов мог погибнуть в Крыму во время массированного обстрела ракетами и дронами неизвестного происхождения.

    Соответствующие сообщения распространяются в соцсетях, однако официальных подтверждений чрезвычайного происшествия пока нет. В соцсети X об инциденте на полуострове опубликовали в аккаунте венгерского издания Visegrád 24.

    Публикация появилась около 11:30 по восточному времени (13:30 по бакинскому – ред.). Указывается, якобы Герасимов попал под ночной обстрел в Крыму и мог погибнуть. Информация требует уточнения и проверки, говорится в сообщении.

    В соцсети появились сотни сообщений, в которых говорится о смерти Валерия Герасимова. В качестве одного из аргументов приводят информацию о результатах удара по авиабазе ВС РФ в Саках и по пункту командования под Севастополем. По предварительным данным, не подтвержденным официально, там могли погибнуть 23 военнослужащих ВС РФ, из них пятеро – высокопоставленные офицеры и еще девять – спецназовцы.

    Отметим, в Telegram-канале Министерства обороны РФ нет сообщений, в которых подтверждали бы ситуацию с Герасимовым. В последнем сообщении отчитываются о сбитии всех ракет и дронов, которые Украина запустила 4-5 января 2023 года. Среди прочего, сообщается об уничтожении восьми ракет Storm Shadow и 253 беспилотников.

    Источник: focus.ua

  • Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov həlak olub?

    Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun Krımda mənşəyi məlum olmayan raket və pilotsuz təyyarələrin kütləvi hücumu zamanı öldüyü ehtimal olunur. Sosial şəbəkələrdə müvafiq mesajlar yayılır, lakin fövqəladə vəziyyətlə bağlı hələlik rəsmi təsdiq yoxdur. Rusiyanın nəzarətində olan yarımadada baş verən insident Macarıstanın “Visegrad 24” nəşrinin “X” sosial şəbəkə hesabında dərc olunub.

    “Məlumatın dəqiqləşdirilməsi və yoxlanılması tələb olunur”, – deyə mesajın sonunda bildirilib.

    Sosial şəbəkələrdə Valeri Gerasimovun ölümündən bəhs edən yüzlərlə mesaj yayılıb. Arqumentlərdən biri kimi onlar Rusiya Silahlı Qüvvələrinin Sakidəki aviabazasına və Sevastopol yaxınlığındakı komanda məntəqəsinə endirilən zərbənin nəticələri ilə bağlı məlumatları göstərirlər. Rəsmi olaraq təsdiqlənməmiş ilkin məlumatlara görə, orada Rusiya Silahlı Qüvvələrinin 23 hərbçisi də həlak olub.

    Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında Gerasimovla bağlı vəziyyəti təsdiqləyən və ya təkzib edən heç bir xəbər yoxdur.

    Mənbə: focus.ua

  • Serdar Ortaç: “Pulumu qoymağa yer tapmırdım, qumar məni bitirdi”

    Müğənni Serdar Ortaç həmkarı Alişanın qonağı olub.

    Qumar oyunu ilə tanınan Ortaç verilişdə “Pulu qoymağa yer tapa bilmədim. Qumar məni məhv etdi” deyib.

    TRT1-də yayımlanan verilişdə Serdar açıqlamaları ilə gündəmə gəlib. Qumar həvəsinə görə banklara 10 milyon lirə borcu olan və bir müddət əvvəl bu borclarını bağlayan sənətçi “35 il oynadım,heç vaxt qalib olmadım” deyib:

    “Gələcək üçün heç bir plan qurmadım. Rəhmətlik atama dedim ki, pulu qoymağa yer tapa bilmirəm. O da mənə dedi ki, oğlum, sən onu banka yatır. O vaxt bütün banklarda pulum var idi. Bilmirdim ki, pul tükənəcək, ona görə də belə olur. Mən heç vaxt pula dəyər verməmişəm.

    Ölümlər məni məhv etdi, çox pul itirdim, çox qumar oynadım. İndi yox, amma çox gecdir. And içirəm ki, qalib gələ bilməyəcəklər. Bazar ertəsi 1 qalib gəlsə, çərşənbə 2 uduzur. Özünü itirirsə, 10 gedir. 10 lirəni geri almaq üçün 10 il lazım olacaq. Heç kim qalib gələ bilməz, mən qazana bilsəydim, mən olardım. İnsan ancaq öz peşəsindən qazanır. Ola bilər ki, o, öz peşəsindən az qazanır, amma siz qumardan qazana bilməzsiniz. Ən yaxşı evlərdə yaşayırdım və ən yaxşı maşınları sürmüşəm. Hər şeyin ən lüksünü yaşadım. Belə bir həyat yoxdur. Sağlam olduğum günlər, gəncliyim üçün darıxıram”.//axşam.az

  • “Qarabağ” 25 ilin rekorduna imza atdı

    Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox – 88 qol vurub.

    Median.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

    Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.

    1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.

    Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.

    “Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.

    Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.

    Bir təqvim ilində 75 və daha çox qol vuranlar:
    Ətraflı

    1. “Neftçi” – 104 (1992)

    2. “Xəzər” (Sumqayıt) – 100 (1992)

    3. “Kəpəz” – 91 (1998)

    4-5. “Kəpəz” – 88 (1995)

    “Qarabağ” – 88 (2023)

    6. “Qarabağ” – 87 (2022)

    7. “Neftçi” – 78 (1996)

    8. “Kəpəz” – 76 (1992)

  • Gələn aydan sürücülər əlavə 30 manat ödəyəcəklər? – RƏSMİ CAVAB

    “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, avtomobillər texniki baxışdan keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır və texniki baxışa görə rüsumla yanaşı utilizasiya haqqı da ödənilməlidir.

    Bəzi ekspertlər hesab edir ki, fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqı ilə bağlı avtomobilinin istehsal ili 10 ildən 20 ilə qədər olanlar 10 AZN, 20 ildən 30 ilə qədər olanlar 20 AZN, 30 ildən yuxarı olan sürücülər isə 30 AZN ödəyə bilərlər.

    Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, məbləğlə bağlı son sözü Nazirlər Kabineti deyəcək:

    “İlk növbədə qanunvericilik aktlarında, o cümlədən “İstehsalat və məişət tullantıları haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda, eləcə də İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib.
    Utilizasiya proqramına əsasən, avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödəniş nəqliyyat vasitələrinin utilizasiyası fondu hesabına həyata keçiriləcək. Bu məqsədlə, ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək.

    Utilizasiya haqqının məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.

    Qeyd edək ki utilizasiya haqqını yalnız minik avtomobillərinin sahibləri ödəyəcəklər. Yük maşınları, avtobus və digər qeyri-minik avtomobillərinə görə utilizasiya haqqının ödənilməsi nəzərdə tutulmur.

  • Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb

    Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb.

    DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.

    Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibrli avtomat patronları aşkar olunub.

    Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırmalar davam etdirilir.

  • Azərbaycanda yük maşınları toqquşdu: Ölən var

    Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • İdmançını döyən sevgilisi Sübhanın anası: “Tülinə gəlin gözü ilə baxmamışam”

    Sevgilisi tərəfindən döyülən idmançı Tülin Ələkbərova ARB telekanalında “Elgizlə izlə” verilişində qonaq olub.

    Tülin hadisənin təfərrüatlarını danışan zaman, sevgilisi Sübhanın anası telefonla canlı yayıma bağlanıb və gözlənilməz etiraflar edib:

    “Mən Tülinə heç vaxt gəlinim gözü ilə baxmamışam. Bunu özünə də demişəm dəfələrlə. Dedim kariyera qur, ailəyə sən baxırsan. Onu başa salmağa çalışdım ki, oğlumun ailə quran vaxtı deyil, ayrılsın. Amma məni dinləmədi. Dəfələrlə olub ki Tülin gecə 2də 3də qapıma gəlib məni yuxudan oyadıb ki, Sübhan belə, Sübhan elə”.

    Sübhanın anası daha sonra Tülinin heç bir xasarət almadığını, həmin gün məşqə getdiyini iddia etsə də, Tülin bu deyilənlərin heç biri ilə razılaşmayıb.
    //azxeber

  • İrandakı terror aktına görə həbs edilənlər var

    İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər məsuliyyətə cəlb olunub.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

    Məlumata görə, kəşfiyyat orqanları hadisə ilə bağlı müəyyən detallar toplayıb. Lakin bunlar ictimaiyyətə açıqlanmır.

    Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

  • Azərbaycan Ordusunun bir qrup hərbçisi ehtiyata buraxılıb – VİDEO

    Müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış daha bir qrup hərbi qulluqçu ehtiyata buraxılıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir.

    Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Yola salma mərasimlərində çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
    Xidmət müddəti başa çatmış hərbi qulluqçular isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirərək, hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərin və təcrübənin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini ifadə ediblər.

    Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri fərman və digər mükafatlar təqdim edilib.

    Tərxis olunan hərbi qulluqçular yaşadıqları bölgələrə yola salınıblar.