Month: January 2024

  • Ильхам Алиев: Этнорелигиозное разнообразие – это огромное достижение нашей государственности

    В Азербайджане, известном богатыми традициями толерантности, на протяжении столетий представители различных народов и религий живут в условиях спокойствия, взаимного уважения и доверия. Мы оцениваем этнорелигиозное разнообразие, которое является одним из преимущественных качеств нашего общества, как огромное достижение нашей государственности, считаем сохранение господствующей в стране демократической атмосферы сосуществования, пропаганду и продвижение прогрессивных общественных ценностей, основанных на принципах гуманизма и терпимости, одним из приоритетных направлений нашей государственной политики.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в поздравительном послании Президента Ильхама Алиева православной христианской общине Азербайджана.

    “Отрадно, что наши соотечественники-христиане, пользуясь широкими возможностями, создаваемыми образцовыми отношениями между государством и религией, сохраняют свои обычаи и традиции, язык и культуру, вместе с представителями других вероисповеданий активно участвуют в проводимой в нашей стране масштабной созидательной работе, во всех сферах общественно-политической жизни”, – отмечается в послании главы государства.

  • Prezident: “Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları əmin-amanlıq şəraitində yaşayırlar”

    “Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik”.

    AZƏRTAC xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunda yer alıb.

    “Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər”, – deyə dövlətimizin başçısının təbrikində qeyd olunub.

  • Президент Ильхам Алиев поздравил христиан Азербайджана с Рождеством

    Президент Азербайджанской Республики Ильхам Алиев поздравил православную христианскую общину Азербайджана с Рождеством.

    Как сообщает АЗЕРТАДЖ, в тексте поздравления говорится:

    “Уважаемые соотечественники!

    Сердечно поздравляю всю христианскую общину Азербайджана с Рождеством, передаю каждому из вас самые искренние пожелания.

    В Азербайджане, известном богатыми традициями толерантности, на протяжении столетий представители различных народов и религий живут в условиях спокойствия, взаимного уважения и доверия. Мы оцениваем этнорелигиозное разнообразие, которое является одним из преимущественных качеств нашего общества, как огромное достижение нашей государственности, считаем сохранение господствующей в стране атмосферы демократического сосуществования, пропаганду и продвижение прогрессивных общественных ценностей, основанных на принципах гуманизма и терпимости, одним из приоритетных направлений нашей государственной политики.

    Отрадно, что наши соотечественники-христиане, пользуясь широкими возможностями, создаваемыми образцовыми отношениями между государством и религией, сохраняют свои обычаи и традиции, язык и культуру, вместе с представителями других вероисповеданий активно участвуют в проводимой в нашей стране масштабной созидательной работе, во всех сферах общественно-политической жизни.

    Дорогие соотечественники!

    Рождество воплощает в себе новизну, чистоту, такие возвышенные чувства, как милосердие и доброта. Еще раз передаю всем вам праздничные поздравления по случаю этого светлого дня, желаю вашим семьям счастья, вашим домам – достатка.

    С праздником!”.

  • İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Hörmətli həmvətənlər!

    Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

    Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

    Əziz həmvətənlər!

    Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

    Bayramınız mübarək olsun”

  • Banklarda əmanəti olanların nəzərinə: Güzəştlər qüvvəyə mindi – VİDEO

    Fiziki şəxslər banklarda olan depozit gəlirlərini vergidən tam azad edə bilərlər.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq.

    Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır.

    Ekspert bildirib ki, vergi güzəştindən daha yaxşı faydalanmaq üçün vəsaitin bir deyil, 2 banka yerləşdirilməsi daha əlaverişlidir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Bakıda evdən pul və qızıl oğurlanıb

    Bakının Binəqədi rayonu ərazisində evdən pul və qızıl oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Rayon ərazisindəki evdən 1 700 manat, 2 900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Около 40% сотрудников полиции Армении провалили тест на IQ

    Порядка 40% сотрудников полиции Армении провалили этап тестирования общего раздела, сообщили в пресс-службе МВД.

    По данным на конец декабря 2023 года, в аттестации приняли участие 1 123 сотрудника полиции, из них все этапы прошли 190. Аттестация еще троих работников находилась в процессе.

    Аттестация включает в себя четыре этапа:

    1. Электронное тестирование общих знаний (сами полицейские называют его “тест на IQ” – ред.);

    2. Зачет из двух этапов (проверка физической и огневой подготовки);

    3. Тестирование профессиональных компетенций (электронное);

    4. Собеседование – для главных и высших групп полицейских должностей.

    Как сообщили в МВД Армении, этап тестирования общих знаний не смогли пройти 454 участника, физподготовку – 192, огневую подготовку – 279, а тестирование профессиональных компетенций – восемь человек.

    “Тест на IQ” состоит из двух подразделов – общее развитие и профессиональные навыки.

    Источник: Sputnik Армения

  • Ermənistan polisinin 40%-i IQ testindən keçə bilməyib

    Ermənistan polisinin təxminən 40%-i ümumi bölmənin sınaq mərhələsindən keçə bilməyib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

    2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan 190-ı bütün mərhələlərdən keçib. Daha üç əməkdaşın attestasiyası prosesi gedir.

    Sertifikatlaşdırma dörd mərhələdən ibarətdir:

    1. Ümumi biliyin elektron yoxlanışı (polislər özləri buna “IQ testi” deyirlər – red.),

    2. İkimərhələli sınaq (fiziki və yanğın hazırlığı üzrə),

    3. Peşəkar bacarıqların yoxlanılması (elektron),

    4. Müsahibə – polis vəzifələrinin əsas və yüksək qrupları üçün.

    Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, iştirakçılardan 454 nəfəri ümumi bilik, 192 nəfər fiziki hazırlıq, 279 nəfər atəş hazırlığı, səkkiz nəfər isə peşə səriştəsinin yoxlanılması mərhələsindən keçə bilməyib.

    Qeyd olunub ki, IQ Testi iki altbölmədən ibarətdir – ümumi inkişaf və peşəkar bacarıqlar.

    Mənbə: Sputnik Ermənistan

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 1,37 доллара (1,67%) и составила 80,7 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,67% azalaraq 80,7 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

    2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.