Yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
Bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Qeyd olunub ki, valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Month: January 2024
-
Азербайджан обсудил с Германией процесс подготовки к COP29

Азербайджан обсудил с Германией процесс подготовки к 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).
Об этом сообщили в Министерстве экологии и природных ресурсов Азербайджана.Министр экологии Мухтар Бабаев встретился с делегацией во главе с заместителем министра иностранных дел Германии Дженнифер Морган.
На встрече был обсужден процесс подготовки к мероприятию COP29, которое пройдет в Азербайджане в этом году.
-
Azərbaycanlı nazir iki ölkə ilə COP29-a hazırlıq prosesini müzakirə edib – YENİLƏNİB

Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
* * * * *
Azərbaycanla Almaniya arasında COP29-a hazırlıq prosesi müzakirə edilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.
-
Dubayda qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı – Həbs olunub
Dubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs edilib.
Median.Az xəbər verir ki, bu barədə həbs olunan şəxslərin dostlarından biri anews.az-a açıqlamasında bildirib.
O, iki aydır dostlardan xəbər ala bilmədiklərini deyib: “Dostumuz Cəlilov Emin Bəhman oğlu iki ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə də gəzməyə gedən iki dostu həbs etmək qərarı verilib. Emin bəyin anası yaşlıdır və övladından xəbər ala bilmir. Aidiyyəti qurumların dəstəyinə ehtiyacımız var”.
Məlumata görə, həmin şəxslər qeyri-etik ifadələr işlədərək qarşı tərəfə “neqr” deyiblər.
Mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Dubaydakı Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq.
Hüquqşünas Fariz Namazlının sözlərinə görə, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir: “Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərə bilər”.
Vəkil, həmçinin vurğulayıb ki, hər iki ölkə arasında “cinayət törətmiş şəxsin verilməsi haqqında” müqavilə varsa, o müqavilə əsasında vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər.
-
3 dəfə evlənib, 3 uşağı var: Bütün qazancı alimentə gedir – Qanun nə deyir?
Azərbaycanda 3 dəfə ailə quran kişinin bütün qazancı alimentə çıxılır.
Vətəndaş Əli Həsənovun ailə qurduğu hər qadından bir uşağı var. Onun maaşından 1/4 kəsilərək uşaqlara verilir. Bu səbəbdən vətəndaşa qazancından demək olar vəsait qalmır. İndi vətəndaş alimentin azaldılması üçün məhkəməyə müraciət etmək istəyir.Vəkil Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaşın hər bir uşaq qarşısında öhdəliyi var və həmin öhdəlik yerinə yetirilməlidir:
“Onun ailə qurması, qazancının olub-olmamaması öhdəliyini yerinə yetirməməsi üçün əsas deyil. Alimenti sona kimi ödəməlidir. Əgər o, üç dəfə evlənməsəydi, birinci evliliyindən 3 övladı olsaydı, uşaqları saxlamayacaqdı? Üç, yaxud 10 dəfə evlənmək onun hüququdur, aliment vermək isə vəzifəsidir. Evlənmə sayına görə məhdudiyyət yoxdur”.
-
Bakıya yağış, rayonlara qar yağacaq – Sabahın hava proqnozu
Azərbaycan ərazisində yanvarın 30-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
-
Azərbaycanda rəis 104 min manat mənimsəməkdə təqsirli bilinir
Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.Araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Birliyin vəzifəli şəxs(lər)i tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət büdcəsinə məxsus ümumilikdə 104 min manatdan artıq pul vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) maddələrilə cinayət işi başlanılmaqla istintaq aparılır.
-
Fevralın 1-dən bu sürücülərdən utilizasiya haqqı da alınacaq
Fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək.
Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi də tələb ediləcək.Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 fevraldan qüvvəyə minən sərəncamda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqının ödənilməsi qeyd edilib.
Həmçinin qeyd edilib ki, avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq.
-
В Гяндже пропал восьмилетний мальчик
В Гяндже без вести пропал ребенок.
Как передает lent.az, в правоохранительные органы обратилась 35-летняя местная жительница Айнур Фарзалиева, которая сообщила, что ее восьмилетний сын Аллахверди Фарзалиев 27 января вышел из дома и с тех пор не возвращался.В настоящее время проводятся мероприятия по определению местонахождения мальчика.
По данному факту ведется расследование.
-
Gəncədə səkkiz yaşlı uşaq itkin düşdü
Gəncədə səkkiz yaşlı uşaq itkin düşüb.
Lent.az xəbər verir ki, 35 yaşlı Gəncə şəhər sakini Aynur Fərzəliyeva polisə müraciət edərək səkkiz yaşlı oğlu Allahverdi Fərzəliyevin 27.01.2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmadığını bildirib.Hazırda Allahverdi Eldar oğlu Fərzəliyevin olduğu yerin müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.






