Month: January 2024

  • Dəvə təsərrüfatı sahibi: “Restoran var ki, ildə bir dəfə dəvə əti alır, amma həmişə dəvə qutabı satır”

    “25 ildir ki, dəvə təsərrüfatı ilə məşğulam. Maştağada dəvə təsərrüfatım var. Dəvələrim çox idi, hazırda onların sayı 15-dir. Rayonda da 5 dəvəm var. Ümumi 20 dəvəm var. Seçim edirəm, bəzilərini saxlayıb, bəzilərini kəsirəm. Bir neçəsi də doğacaq. Ağ dəvələr yalnız bizim təsərrüfatdadır. Kəsmək üçün çox vaxt rayondan gətirirəm. Dəvə əti dana ətindən fərqlənmir. İribuynuzlu heyvanların əti bir-birinə oxşayır”

    Bunu “Moderator”a açıqlamasında dəvə təsərrüfatı ilə məşğul olan Maştağa kənd sakini Firdovsi Axundov deyib. O, restoranlarda müştərilərə təqdim olunan dəvə qutabından da danışıb.

    “Bəzən dəvə qutabı adı ilə qutab satırlar. Bizdən dəvə əti alıb aparanlar olur. Restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır. Bu, artıq onun insafına, vicdanına, ədalətinə qalıb. Salyanın Xıdırlı kəndində dövlət təsərrüfatı var. Sabirabadda, Kürdəmirdə də tək-tük dəvə saxlayırlar. Lazım olanda, satışa çıxaranda mənə xəbər edirlər. Şəhərdə bizim maştağalıların bir restoranı var, bilirəm ki, təmiz dəvə əti verir”, – deyə təsərrüfat sahibi bildirib.

    Firdovsi Axundov deyib ki, dəvə əti hər dəfə olmur.

    “Dəvənin südü də xeyirlidir. Çox vaxt xərçəng xəstələri südünü alıb içirlər. Hər dəfə də tapılmır. İnsan tanıyıram ki, dəvə südü ilə xərçəng xəstəliyi az da olsa, sağalıb. Dəvəni üç yaşında kəsirik. Adətən nəzir deyəndə kəsilir. İnsan var ki, övladı olmur, nəzir edir. Övladı dünyaya gələndən sonra dəvə kəsdirir. Bəzən də sifarişlər əsasında dəvə kəsirik. Təbii ki, Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında kəsim baş tutur. Sümüksüz dəvə əti 18-20 manat civarında olur. Baha olması az kəsilməsi ilə bağlıdır. Yanvar-fevral aylarında dəvə kəsmək problemdir. Çünki cütləşmə vaxtıdır, erkək dəvələr aqressiv olur, həm də ətlərindən qoxu gəlir. Dişi dəvələr də bu ayda doğumu ilə bağlı kəsilmir”, – deyə Firdovsi Axundov söyləyib.

    Firdovsi Axundov bildirib ki, dəvələrin ağlı insan zəkasına yaxındır.

    “İnsanın bəzi xüsusiyyətləri dəvədə də var. İnanmıram ki, başqa heyvanlar dəvələr kimi olsun. Dəvə insan qədər yaşayır. Necə ki, uşaq doğulanda ona iki il süd verirlər, dəvə balası da iki il süd əmir. Ona görə də ananı baladan ən azı iki il ayırmırıq. Çox qısqanc heyvandır. Dəhşətli dərəcədə. Erkək dəvə cütləşmə dövründə hansısa heyvana, yaxud insana rast gələrsə, onu öldürər. Dəvələr yay-qış açıq havada qalır. İstidə də, qarda da. Dəvə xəstələnmir. Xəstələndisə, ölür. Dəvənin xəstələnib sağalmasını görməmişəm. Bəzən özlərinə qapanırlar. Erkək dəvə dişi dəvədən yetəri qədər sevgi görməyəndə onu ürəyinə salır, yemək yemir və arıqlayır. Özüm şahidi olmuşam. Bir də insanlara oxşar ən özəl xüsusiyyətləri odur ki, cavan dəvələr bir yerdə gəzir, qoca dəvələr bir yerdə. İnsanlar kimi, ayrı-ayrı. Çox maraqlı heyvanlardır”, – deyə Firdovsi Axundov söhbətini yekunlaşdırıb.

  • Заказавшая спортсменам похищение человека вновь предстанет перед судом

    Вновь подана кассационная жалоба на приговор Айгюн Аббасовой, Эльчину Гулиеву, Васифу Аллахвердиеву, Ниямеддину Кязымлы, Шаигу Гусейнову, Фагану Эминоглу и Фарах Расуловой, признанным виновными в похищении человека в Баку.

    Как сообщает pravda.az, жалоба будет рассмотрена под председательством судьи Верховного суда Азиза Сеидова.

    Предварительное подготовительное заседание суда назначено на 31 января.

    Бакинский суд по тяжким преступлениям приговорил членов группы, среди которых также были чемпионы мира и Европы – Э.Гулиева к 11, В.Аллахвердиева – 10, Н.Кязымлы, Ш.Гусейнова и Ф.Эминоглу – 8 годам и 6 месяцам лишения свободы.

    Спортсменке Фарах Расуловой было назначено условное наказание с испытательным сроком. Заказчица похищения Айгюн Аббасова была приговорена к 5 годам лишения свободы. Однако, поскольку на ее попечении находится малолетний ребенок, наказание вступит в силу по достижении им 14 лет.

    Бакинский апелляционный суд не удовлетворил их апелляцию.

    Отметим, что спортсменам было предъявлено обвинение в похищении жителя Хатаинского района столицы Гусейна Аскерова. Известно, что мужчина задолжал Айгюн Аббасовой (1970 г.р.) 25 000 манатов и не смог вернуть деньги в срок. Тогда женщина обратилась к группе спортсменов и пообещала им вознаграждение в 10 000 манатов, если они помогут вернуть деньги. Члены группы принудили Аскерова сесть в автомобиль и отвезли его в загородный дом Аббасовой в поселке Пиршаги. Там мужчину избили и потребовали от него заплатить 30 000 манатов вместо 25 000.

    В результате операции, проведенной МВД, похитители были задержаны, а заложник освобожден. В отношении злоумышленников было возбуждено уголовное дело по статье 144 (похищение человека) УК Азербайджанской Республики.

    Напомним, что одна из обвиняемых, Фарах Расулова, является чемпионкой мира и Европы по универсальному бою. Ниямеддин Кязымлы неоднократно становился чемпионом Азербайджана по классической борьбе. Фаган Эминоглу – бывший член сборной страны по дзюдо. В 2009 году завоевал бронзовую медаль в Армении. Васиф Аллахвердиев также был борцом. Сообщается, что похищенный Гусейн Аскеров также является профессиональным спортсменом.

  • İdmançılara adam oğurlamağı sifariş verən qadın yenidən hakim qarşısında

    Bakıda adam oğurluğunda təqsirli bilinən Aygün Abbasova, Elçin Quliyev, Vasif Allahverdiyev, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu və Fərəh Rəsulovanın barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

    Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 31-nə təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə aralarında dünya və Avropa çempionlarının olduğu dəstə üzvlərindən Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib.

    İdmançı Fərəh Rəsulovaya sınaq müddəti seçilməklə şərti cəza verilib. Adam oğurluğunun sifarişçisi olan Aygün Abbasova da 5 il həbs cəzası alıb. Lakin onun himayəsində azyaşlı uşaq olduğundan övladının 14 yaşı tamam olandan sonra məhkumluğu başlayacaq. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.

    Qeyd edək ki, idmançılar Xətai rayon sakini Hüseyn Əsgərovu oğurlamaqda ittiham olunublar. Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar Aygün Abbasovanın sifarişini yerinə yetiriblər. Belə ki, H.Əsgərovun A.Abbasovaya 25 min manat borcu olub. Borcunu ala bilmədiyi üçün idmançı dəstəyə müraciət edərək pulunu geri alacaqları təqdirdə onlara 10 min manat verəcəyini vəd edib. Dəstə üzvləri Əsgərovu məcburi avtomobilə əyləşdirib Abbasovanın Pirşağı qəsəbəsindəki bağ evinə aparıblar. Orada Hüseyni döyüb 25 min əvəzinə 30 min manat ödəməsini tələb ediblər.

    Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla idmançı dəstə saxlanılıb və Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

    Xatırladaq ki, ittiham olunan şəxslərdən Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur. Niyaməddin Kazımlı klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionu olub. Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür. O, 2009-cu ildə Ermənistanda bürünc medal qazanıb. Vasif Allahverdiyev də güləşçi olub. Qaçırılan Hüseyn Əsgərovun da peşəkar idmançı olduğu bildirilir.

  • В Гяндже сгорел автобус

    В городе Гянджа сгорели легковоспламеняющиеся конструкции пассажирского автобуса Isuzu.

    Как передает АПА, об этом сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям.

    Отмечается, что в расположенном поблизости сарае из-за высокой температуры расплавилась часть потолка из ламбрина

    Пожар был потушен подразделениями пожарной охраны.

  • Gəncədə avtobus yanıb

    Gəncə şəhərində “Isuzu” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

    APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 kvadratmetr olan lambirdən ibarət talvar 8 kvadratmetr sahədə əriyib. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir

    Yaxın gələcəkdə maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir. Qasırğa yenidən başlayacaq və üç gün davam edəcək.

    Verilən məlumata görə, maqnit qasırğası bu gün səhər saat 8-ə (Bakı vaxtı ilə – red.) müşahidə edilib, sonra onun gücü 3 bala qədər enib və sonra yeni bir sıçrayış baş verib.

    Qeyd edək ki, yanvarın 25-də 4 bal gücündə maqnit qasırğası baş vermişdi.

    Əvvəlcə ekspertlər yanvarda belə güclü maqnit qasırğalarının olmayacağını güman edirdilər. İndi alimlər hesab edirlər ki, bu kumulyativ (yığılmış) təsir ola bilər.

    Xatırladaq ki, müşahidə edilən yüksəlmə və enmə prosesi xeyli sayda insana təsir edərək, onların özünü pis hiss etməsinə, baş ağrılarına və digər xoşagəlməz simptomlara səbəb ola bilər.

    Mənbə: osnmedia.ru

  • Azərbaycanın ən yaşlı seçiciləri DANIŞDILAR: 101 yaşları var, səs verəcəklər – VİDEO

    Azərbaycanda seçki həyəcanı yaşanır.

    Ən yaşlı seçicilərdən ikisi İTV-yə danışıblar.

    Azərbaycan seçicisi Prezident seçkisində səsini istədiyi namizədə verəcək. O seçicilər arasında ölkənin ən yaşlı sakinləri də var.

    Onlardan ikisi – Fatma İsmayılova və Rəhilə Hacıyeva eyni yaşdadırlar.

    Onlar qeyd ediblər ki, səs verməyə özləri gedəcəklər. 101 yaşlı nənələr, proseslərdən, olub bitəndən xəbərdardırlar.

    Ətraflı süjetdə:

  • Sürücülərin narazılığına səbəb olan qoşa xətt problemi: Həllini tapmaq üzrədir… – VİDEO

    Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 1 250 mənzillik binanın sakinləri yolda çəkilən qoşa xətdən şikayətçidirlər.

    Onlar bildiriblər ki, qoşa xətti tapdalamamaq üçün binaya girəndə və çıxanda əlavə 300-400 metr məsafə qət etmək məcburiyyətində qalırlar:

    “Əvvəl qoşa xəttə məhəl qoymadan hərəkət etmək mümkün idi. Təxminən 10 gün olar ki, kamera qoyulub və qoşa xətti tapdalayanlar cərimələnirlər”.

    Sakinlər iddia ediblər ki, illər əvvəl burada qırıq xətt var idi, sürücülər rahat hərəkət edə bilirdilər. Yol təmir olunduqdan sonra əraziyə qoşa xətt çəkilib.

    Yerüstü Nəqliyyat Agentliyindən mövzu ilə bağlı bildirilib ki, qurumun əməkdaşları əraziyə baxış keçiriblər:

    “Qoşa bütöv xətt nişanının biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xətt nişanı ilə əvəzlənməsi qərara alınıb. Yaxın günlərdə işlərə başlanacaq, binanın həyətinə giriş təmin ediləcək”.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Эмма Алекперзаде привлекла внимание новым образом – ФОТО

    Азербайджанская певица Эмма Алекперзаде привлекла внимание своим новым образом.

    Артистка поделилась соответствующими кадрами в соцсети Instagram.

    Поклонники исполнительницы отметили, что им нравится ее новый имидж.

  • Emma Ələkbərzadə yeni görünüşü ilə diqqət çəkdi – FOTO

    Müğənni Emma Ələkbərzadə fərqli görünüşü ilə diqqət çəkib.

    Sənətçi yeni görkəmini “Instagram”da paylaşıb.

    Sevənləri Emma Ələkbərzadənin yeni imicini bəyəndiklərini qeyd ediblər.