Month: January 2024

  • Bir ailənin dörd azyaşlı üzvü sığınacağa yerləşdirilib

    “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə bir ailədən dörd azyaşlı uşaq baxımsız, sosial təhlükəli vəziyyətdə qəbul edilib.

    Bu barədə ictimai birlikdən məlumat verilib.

    Bildirilib ki, uşaqların anası ağır mədə xərçəngindən əziyyət çəkir. Ailə ilk dəfə ziyarət olunan zaman ana və uşaqların heç birinin qeydiyyatının olmaması, azyaşlıların təhsildən yayınması və ananın ağır vəziyyətdə evdə müalicəsiz baxımsız şəraitdə qalması aşkarlanıb.

    İctimai Birliyin müraciəti əsasında Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişi və dəstəyi ilə ana ağır vəziyyətdə ilkin olaraq M.A.Qasımov adına Respublikası Klinik Xəstəxanasına yerləşdirilib.

    Azyaşlıların reabilitasiyası “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində həyata keçiriləcək.

  • Bir neçə rayona qar yağıb – FAKTİKİ HAVA

    Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar yağıb.

    Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 27-si saat 15:00-a olan məlumata əsasən Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub.

  • Bakıda iki qardaşın dəm qazından ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

    Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı 2002-ci il təvəllüdlü Sərxan Həsənovun paytaxtın Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində ölmələri faktı ilə bağlı aparılan araşdırma zamanı icra olunan prosessual hərəkətlər, təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olması müəyyən edildiyindən Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    Həmçinin, ölümlə nəticələnən və dəm qazından digər zəhərlənmə halları ilə bağlı da müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb və araşdırmalar aparılır.

    Hadisələrin baş vermə səbəbləri istintaq zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

    Baş Prokurorluq baş vermiş hadisələrlə bağlı təəssüflə ölənlərin ailələrinə başsağlığı verir və qazdan istifadə zamanı arzuolunmaz nəticələrin baş verməməsi üçün vətəndaşları və qaz istismarına nəzarəti həyata keçirən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

  • İşğaldan azad olunan ərazilərdə 1300 nəfər daimi işlə təmin olunub

    Böyük Qayıdış proqramının vaxtında və keyfiyyətli icra olunması qarşıda duran əsas prioritet məsələlərdən biridir. Azərbaycan Ordusu Qarabağ torpağını işğaldan azad edəndən sonra işğaldan azad edilən bölgədə böyükmiqyaslı işlər görülür. Həmin ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması və məskunlaşma imkanlarının yaradılması ilə paralel azad olunmuş bölgəyə köçən sakinlərin məşğulluğu üzərində də iş aparılır. Böyük Qayıdış proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşlarla aktiv iş aparılıb. Təbii ki, köçənlərin sayı daha çoxdur. Lakin onların içində əməkqabiliyyəti olmayanlar və uşaq yaşında olanlar da var.

    AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən deyib.

    Nazir daha sonra bildirib: “Əmək qabiliyyəti olanlarla əlaqədar fəal iş aparılır və onlardan 1300 nəfəri daimi işlə təmin olunub. Böyük Qayıdış çərçivəsində bütün alətlərdən istifadə edilir. Həm vakansiyalar üzrə işə düzəltmək, həm özünüməşğulluq proqramı çərçivəsində onların mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək, həm kvota ilə işə düzəltmək, həm əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində, eyni zamanda da peşə hazırlığı çərçivəsində onlara dəstək verməyə çalışırıq. Hər il əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. Ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəm 3 minə çatdırılacaq.

    2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirildi, stimullaşdırıcı paketlər təsdiq edildi. İşğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əməkhaqqına əlavə olaraq 20 faiz əlavə ödənilir, 600 manat məbləğində birdəfəlik müavinət ödənilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta, həm də əməkhaqqı güzəştləri var. Eyni zamanda dövlətin təqdim etdiyi müxtəlif imkanlar çərçivəsində onların məşğulluğu həyata keçiriləcək. Hər kəsə aydındır ki, dayanıqlı məskunlaşma üçün məşğulluq məsələsinin həlli çox vacibdir”.

  • Bakıda skuterlərlə bağlı yeni qadağa qüvvəyə minəcək – RƏSMİ

    Qısa məsafələri qət etmək üçün elektrik skuterlərdən istifadə artıq bütün dünyada kütləviləşir. Velosiped infrastrukturu olan şəhərlərdə vətəndaşlar bu imkanlardan daha geniş yararlanır.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən olaraq bildirilib ki, paytaxt Bakıda da müasir tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi, kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər üçün infrastrukturun yaradılması prosesinə başlanılıb.

    Qeyd edilir ki, 1-ci mərhələ üzrə İstiqlaliyyət küç., Azərbaycan pr., Mirzəağa Əliyev küç., Bülbül pr. və Fikrət Əmirov küçəsi olmaqla ümumilikdə 3000 m məsafədə müvafiq nişanlanma işləri aparılmış, yol nişanları quraşdırılıb:

    “Hazırda marşrut üzrə parklanma yerlərinin təşkil edilməsi istiqamətində işlər aparılır. Artıq 13 məntəqədə parklanma yerləri təşkil edilib.

    Qurulan infrastruktur qlobal şirkətlərin Bakıda fəaliyyətlərini genişləndirməsinə şərait yaradıb. Artıq şəhərin mərkəzində skuter icarəsi ilə məşğul olan beynəlxalq şirkətlərin mikromobillik vasitələrini görmək mümkündür.

    Qeyd edək ki, təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir. Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.

    Yaxın vaxtlarda isə parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkətinin məhdudlaşdırılması üçün funksiya aktiv olacaq. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq”.
    //Baku.ws

  • Во Франции протестующие сожгли здание таможни

    Протестующие фермеры во Франции подожгли отделение таможни в коммуне Ним на юге страны. Об этом в соцсети X сообщил префект департамента Гар Жером Боне.

    “Сегодня вечером на таможенном пункте в Ниме начался пожар, причиной которого, предположительно, стало проникновение людей на сельскохозяйственной технике”, – написал Боне.

    По его словам, здание горело больше часа, а пожарные не могли справиться с огнем.

    Напомним, протесты фермеров начались во Франции в январе. Причиной этому стало вероятное повышение цен на дизельное топливо. Французские аграрии также недовольны падением доходов в результате возросшего импорта во Францию украинской сельхозпродукции.

    Источник: gazeta.ru

  • Fransada yenə ara qarışdı: Etirazçılar Gömrük İdarəsinin binasını yandırdılar

    Fransada etiraz edən fermerlər cənub Nimes kommunasında Gömrük İdarəsini yandırıblar.

    Bu barədə Qar departamentinin prefekti Cerom Bone məlumat verib.

    “Nimes gömrük məntəqəsində yanğın baş verdi, bunun səbəbinin kənd təsərrüfatı texnikasından istifadə edən insanların içəri daxil olması olduğu güman edilir”, – Bone yazıb.

    Mənbə: gazeta.ru

  • DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvar ayının 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı hava şəraitini, eləcə də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalını nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik.

    Səfərə çıxan sürücülərə, xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə həftənin şənbə və bazar günləri mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”.

  • “Kiçik leytenant” hərbi rütbəsi veriləcək şəxslərlə bağlı YENİLİK

    “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişiklikdən əvvəl gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “kiçik leytenant” hərbi rütbəsi verilirdi.

    Bundan sonra, tam orta təhsilli (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “kiçik leytenant” hərbi rütbəsi veriləcək.

  • Ələt azad iqtisadi zonasının inkişafı ilə bağlı yaradılan İşçi qrupun tərkibində dəyişiklik edildi

    “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılan İşçi qrupun tərkibi yeni redaksiyada verilib:

    “İşçi qrupun rəhbəri

    Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    İşçi qrupun üzvləri:

    Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

    Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

    Salyan Rayon İcra Hakimiyyətinin başçısı

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

    “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti”.