Month: January 2024

  • Убит офицер азербайджанской армии: есть задержанный

    В Физулинскую военную прокуратуру поступила информация о факте смерти военнослужащего N-ой воинской части Министерства обороны Азербайджана Амиля Гумбат оглу Абдуллаева.

    Об этом сообщили в пресс-службе Военной прокуратуры.

    “По данному факту было возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство, т.е. умышленное лишение жизни другого человека) Уголовного кодекса. Сотрудники данной военной прокуратуры и Управления криминалистики и информационных технологий Военной прокуратуры Азербайджана произвели осмотр места происшествия и тела, изъяли в качестве вещественных доказательств значимые для следствия предметы, допросили свидетелей, назначили соответствующие экспертизы, а также выполнили другие действия.

    В ходе предварительного следствия были установлены обоснованные подозрения в том, что офицера азербайджанской армии А.Абдуллаева убил другой офицер Низами Эйнулла оглу Абдуллаев на почве возникшего между ними конфликта. Последний задержан в качестве подозреваемого и привлечен к следствию.

    В настоящее время расследование продолжается, в соответствии с требованиями законодательства будут приняты все меры”, – говорится в сообщении.

  • Azərbaycan Ordusunun zabiti qətlə yetirildi – Saxlanılan var

    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

    Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

    İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Nizami Eynulla oğlu Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

  • Bakıda unikal oğurluq edən şəxs saxlanıldı

    Bakıda avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarına daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində “Mercedes-Benz” markalı avtomobilin 2500 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку перед домом торжеств произошла массовая драка – ВИДЕО

    Минувшим днем около 23:00 перед одним из домов торжеств в Хатаинском районе произошла массовая драка.

    Соответствующую информацию распространил Baku.ws.

    Отмечается, что после вмешательства сотрудников правоохранительных органов ситуация была разрешена.

  • Bakıda şadlıq sarayı önündəki kütləvi davaya DİN-dən REAKSİYA – YENİLƏNİB (VİDEO)

    Xətai rayonu ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında sərxoş vəziyyətdə olan bir neçə şəxs arasında mübahisə baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib:

    “Mübahisəni yaradan şəxs ərazidə xidmət aparan polis naryadları tərəfindən saxlanılaraq polis orqanına təhvil verilib. Faktla bağlı təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir”.

    * * * * *

    Xətai rayonunda yerləşən şadlıq saraylarından birinin qarşısında dava düşüb.

    Bu barədə Baku.ws məlumat yayıb.

    Bildirilib ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

    Polis əməkdaşlarının müdaxiləsindən sonra ərazidə sakitlik bərqərar olunub.

    Hadisənin videosunu təqdim edirik:

  • В Баку перед мечетью произошло тяжелое ДТП: есть погибшая

    В поселке Бакиханов Сабунчинского района города Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Qafqazinfo, автомобиль Mitsubishi L200, за рулем которого находился Вугар Шахбалиев (1985 г.р.), сбил пешехода перед мечетью Имам Рза.

    Получившая тяжелые травмы женщина скончалась на месте происшествия.

    В ходе предварительного расследования было установлено, что погибшая – Зохра Халилова (1966 г.р.).

    По данному факту возбуждено уголовное дело.

  • Bakıda məscidin qarşısında ağır qəza, ölən var

    Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

    “Qafqazinfo” xəbər verir ki, 1985-ci il təvəllüdlü Vüqar Şahbalıyev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə İmam Rza məscidinin qarşısında qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

    İlkin araşdırmalar zamanı vəfat edən piyadanın 1966-cı il təvəllüdlü Zöhrə Cəbrayıl qızı Xəlilova olması müəyyənləşib.

    Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.

  • Глава МИД: Баку принимает необходимые меры касательно задержанного в Иране Фарида Сафарли

    Азербайджанская сторона принимает все необходимые меры касательно задержанного в Иране азербайджанского студента Фарида Сафарли.

    Как сообщает Report, об этом сказал журналистам глава МИД Азербайджана Джейхун Байрамов.

    “Первоначально обвинение было по статье уголовного кодекса. Однако в ходе разбирательства было принято более мягкое решение. Фарида Сафарли приговорили к 2 годам и 6 месяцам заключения”, – сказал он.

  • XİN başçısı İranda saxlanılan Fərid Səfərli ilə bağlı DANIŞDI

    “İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır”.

    “Report”un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

    “Burada ilkin ittiham Cinayət Məcəlləsinin bir maddəsi üzrə idisə, işin gedişində daha yumşaq qərar qəbul edildi. Fərid Səfərliyə 2 il 6 ay iş kəsildi”, – o bildirib.

  • Азербайджан получил от Армении очередной пакет предложений по мирному договору – ОФИЦИАЛЬНО

    Азербайджан получил от Армении очередной пакет предложений по мирному договору.

    Как передает Report, об этом заявил журналистам министр иностранных дел Джейхун Байрамов.

    По словам министра, Азербайджан предоставит ответ в ближайшие недели.

    Байрамов не исключил встречи между сторонами в связи с мирным договором в 2024 году.