Month: January 2024

  • Московский суд зарегистрировал новый иск к блогерше Ивлеевой на более чем 11 млн долларов

    Таганский районный суд Москвы (РФ) вновь зарегистрировал иск о взыскании моральной компенсации с организаторов “голой” вечеринки у блогера Насти Ивлеевой. Об этом сообщил Telegram-канал московских судов общей юрисдикции.

    По данным судебной пресс-службы, иск подал адвокат Александр Трещев, который ранее отметился аналогичными исками. В частности, он потребовал взыскать с Ивлеевой в свою пользу компенсацию в размере одного рубля, а также перечислить в фонд “Защитники Отечества”, который занимается поддержкой участников войны с Украиной, “денежные средства в размере 1 млрд рублей” (около 11,4 млн долларов – ред.).

    Напомним, что вечеринка Ивлеевой прошла 20 декабря. Согласно дресс-коду, гости должны были прийти в полуобнаженном виде. Среди гостей были такие звезды, как Ксения Собчак, Анна Asti, Лолита Милявская, Ольга Орлова, Филипп Киркоров, Джиган и Оксана Самойлова, Дима Билан. Мероприятие и его участников раскритиковали. Сама Ивлеева и некоторые другие артисты извинились за участие в вечеринке.

    Суды Москвы отклонили уже два иска на миллиард рублей к Ивлеевой из-за “голой” вечеринки.

    Источник: gazeta.ru

  • Rusiyada “çılpaq gecə”nin təşkilatçısından külli miqdarda pul tələb edildi

    Moskvanın Taqanski Rayon Məhkəməsi “çılpaq gecə”nin təşkilatçısı olan bloqqer Nastya İvleyevaya qarşı mənəvi təzminat tələbilə üçüncü iddianı qeydə alıb.

    Bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalı məlumat yayıb.

    Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, iddia daha əvvəl oxşar iddialarla çıxış etmiş vəkil Aleksandr Treşyov tərəfindən irəli sürülüb. Xüsusilə, o, İvleyevadan öz xeyrinə bir rubl məbləğində təzminat, həmçinin Ukrayna müharibəsinin iştirakçılarına dəstək verən Vətən Müdafiəçiləri Fonduna bir milyard rubl məbləğində nağd pul köçürülməsini tələb edib.

    Qeyd edək ki, İvleyevanın bədnam gecəsi dekabrın 20-də baş tutub. Geyim qaydalarına görə qonaqlar tədbirə yarıçılpaq gəliblər. Qonaqlar arasında Kseniya Sobçak, Anna Asti, Lolita Milyavskaya, Olqa Orlova, Filipp Kirkorov, Ciqan, Oksana Samoylova, Dima Bilan kimi ulduzlar olub. Tədbir və onun iştirakçıları tənqid edilib. İvleyevanın özü və bir sıra digər sənətçilər gecədə iştirak etdiklərinə görə üzr istəyiblər.

    Moskva məhkəmələri artıq “çılpaq gecə”yə görə İvleyevaya qarşı iki iddianı rədd edib.

    Mənbə: gazeta.ru

  • Azərbaycanda qədim pulların QİYMƏTLƏRİ – VİDEO

    Satış platformalarında qədim pullar dəyərindən yüksək qiymətə təklif olunur.

    Bir antik sikkə 15 milyon manata satılır.

    Kolleksionerlər isə bildiriblər ki, insanlarda qədim pullarla bağlı yanlış təsəvvürlər formalaşıb.

    Ətraflı AzTV-nin süjetində:

  • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с поножовщиной в столичном ночном клубе – ОБНОВЛЕНО (ВИДЕО)

    В одном из ночных клубов, расположенных в Сабаильском районе Баку, произошла поножовщина.

    Как заявил сотрудник пресс-службы МВД Нурлан Алиев, инцидент произошел в прошлом году, один человек получил легкое ранение.

    “По данному факту в районном управлении полиции возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса Азербайджанской Республики.

    В настоящее время продолжаются следственные действия”, – отметил он.

    * * * * *

    В одном из ночных клубов Баку драка перешла в поножовщину.

    Об этом сообщает Baku.ws.

    Согласно информации, три человека с ножом пытались проникнуть в клуб, расположенный возле сада Сахиль.

    Когда охранник отказался пропустить их в заведение, завязалась драка.

    В ходе инцидента три человека получили ножевые ранения.

  • Bakıda gecə klubunda baş verən qanlı insidentlə bağlı AÇIQLAMA – YENİLƏNİB (VİDEO)

    Paytaxtın Səbail rayonunda yerləşən gecə klublarından birində insident baş verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə ötən il baş verib və bir nəfər yüngül xəsarət alıb:

    “Faktla bağlı rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

    * * * * *

    Bakıda gecə klublarının birində bıçaqlanma ilə nəticələnən dava baş verib.

    Bu barədə Baku.ws məlumat yayıb.

    Məlumata görə, Sahil bağı ətrafında yerləşən kluba üç nəfər bıçaqla daxil olmaq istəyib.

    Gecə klubunun mühafizəçisi onları kluba buraxmaq istəməyəndə dava düşüb. Nəticədə üç nəfər bıçaqlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ötən gün 25 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

    Ötən gün respublika ərazisində ümumi çəkisi 25,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,8 kiloqrama yaxın heroin, 22,5 kiloqramdan çox marixuana və 1,2 kiloqrama yaxın metamfetamin olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Yeni ekspres avtobuslarla bağlı narazılıq – AÇIQLAMA

    Yanvarın 21-dən Sumqayıt-Bakı ekspres avtobusları fəaliyyətə başlayıb.

    Sərnişinlər ilk gündən problemlə rastlaşdıqlarını bildirirlər. İntervalın 11 dəqiqə olacağı bildirilsə də, avtobuslarda oturacaqların hamısı dolmamış hərəkət etmədiyi iddia olunur.

    Həmçinin artıq iki gündür səhər saatlarında avtobusda ödəniş kartını oxuma cihazlarının işlək olmadığını deyirlər. Nəticədə sərnişinlər növbədə dayanan digər avtobuslara yönləndirilib.

    Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığının əvvəlcədən yoxlanılıb-yoxlanılmadığı və intervalın uzanma səbəbi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Teleqraf”a iddiaları təkzib edib.

    O bildirib ki, Sumqayıt-Bakı ekspres xəttində 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir: “Sürətli sərnişindaşımanı təmin edən ekspres avtobuslar müntəzəm reyslərə aiddir və qrafik üzrə hərəkət edir”.

    Oxuma cihazlarının işlək olmamasına gəlincə, Tural Orucov qeyd edib ki, reysqabağı bütün oxuma cihazlarının yoxlanışı həyata keçirilir: “Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığında nasazlıq yarandığı təqdirdə isə nasazlıq tez bir zamanda aradan qaldırıla və ya sərnişinlər növbəti ekspres avtobusunla yola salına bilər”.

  • Azərbaycanda zəlzələ olacağı ilə bağlı yayılan xəbərlərə RƏSMİ REAKSİYA

    “Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib. Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil”.

    Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

    Onun sözlərinə görə, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat “real vaxt rejimi”ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır:

    “İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır. Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bugünkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil. Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir”.

  • Христодулидис: Кипр готов содействовать достижению мира между Азербайджаном и Арменией

    Кипр готов содействовать достижению мира между Азербайджаном и Арменией.

    Об этом президент Республики Кипр Никос Христодулидис сказал на зимней сессии Парламентской ассамблеи Совета Европы (ПАСЕ).

    “Мы готовы внести свой вклад в достижение прочного мира и спокойствия в этом регионе. Необходимо поддержать каждый позитивный шаг на этом пути. Происходящее показывает, что к политическим трудностям нельзя относиться несерьезно”, – подчеркнул Христодулидис.
    //report

  • Nikos Kristodulides: Kipr Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazırdır

    “Kipr Azərbaycanla Ermənistan arasında sülhün bərpa olunması prosesinə öz töhfəsini verməyə hazırdır”.

    Bu fikirləri Kipr Respublikasının Prezidenti Nikos Kristodulides Avropa Şurası Parlament Assambleyasınının (AŞ PA) qış sessiyası zamanı bildirib.

    “Biz bu regionda davamlı sülhə və əmin-amanlığa nail olunmasına öz töhfəmizi verməyə hazırıq. Bu yolda hər bir müsbət addım dəstəklənməlidir. Bütün bu olanlar onu göstərir ki, siyasi çətinliklərə yüngülvari yanaşılmamalıdır”, – N.Kristodulides vurğulayıb.
    //report