Month: January 2024

  • В Торонто мужчина в маске ранил мачете двух человек

    Как минимум два человека получили ранения в результате нападения мужчины с мачете в Торонто.

    Об этом сообщил телеканал Global News.

    Инцидент произошел в северной части мегаполиса. По данным полиции, нападавший был в маске персонажа одного из фильмов ужасов, какого именно, не уточняется. Для нападения на прохожих он использовал мачете.

    Идет розыск подозреваемого.

  • Kanadada maskalı şəxs ətrafdakılara hücum edib, xəsarət alan var

    Kanadanın Toronto şəhərində bir kişinin maçete ilə ətrafdakılara hücumu nəticəsində azı iki nəfər yaralanıb.

    Bu barədə “Global News” telekanalı məlumat yayıb.

    Hadisə şəhərin şimal hissəsində baş verib. Polisin məlumatına görə, hücum edən şəxs qorxu filmlərindən birinin personajının maskasını taxıb. O, yoldan keçənlərə hücum üçün soyuq silahdan istifadə edib.

    Hazırda şübhəlinin axtarışı davam etdirilir.
    //report

  • BMT agentliyi: “Qəzzada 570 min insan ərzaq qıtlığından əziyyət çəkir”

    Qəzza zolağının 570 min sakini humanitar yardımın olmaması səbəbindən fəlakətli dərəcədə ərzaq qıtlığından əziyyət çəkir.

    Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.

    “İntensiv döyüşlər, bölgəyə girişə imkan verilməməsi, məhdudiyyətlər və telekommunikasiyanın kəsilməsi UNRWA-nın humanitar yardımı təhlükəsiz və effektiv şəkildə çatdırmasına mane olur. Artan aclıq riski ilə əlaqədar BMT humanitar yardıma çıxış imkanlarını artırmağa çağırır”, – məlumatda qeyd edilib.

    ///Report

  • FHN-də rəislər işdən çıxarıldı

    Fövqəladə Nallar Nazirliyinin (FHN) Samux və Qax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarılıb.

    Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Elnur Oqtay oğlu Xudaverdiyev Samux, Cəlaləddin Nazim oğlu Əfəndiyev isə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

    Əhmədəli Eyvaz oğlu Eyvazlı Qax, Ruslan Zahid oğlu Mehtiyev Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

    Qeyd edək ki, işdən çıxarılan Elnur Xudaverdiyev 2009-cu ildən Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlaləddin Əfəndiyev ötən ilin iyul ayından Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.

  • Qubadlıda radio yayımı olacaq

    Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda iki məsələ müzakirəyə çıxarılıb.

    Şuradan verilən xəbərə görə, ilk olaraq, FM radio yayımının aparılması üçün ölkə ərazisində boş olan və istifadəyə yararlı radiotezliklər barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar nəzərdən keçirilib və bu məlumatlar əsasında yeni lisenziya əsasında ümumölkə yerüstü radio yayımı fəaliyyətinin aparılmasının mümkünlüyü müzakirə olunub.

    Müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib. Müsabiqə ilə bağlı şərtlər Audiovizual Şuranın rəsmi veb-saytında yerləşdiriləcək və ölkənin rəsmi qəzetində dərc olunacaq.

    İclasda, həmçinin Qubadlı rayonu ərazisində yayım infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən və “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən alınan məlumatlara əsaslanaraq həmin ərazidə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının və analoq FM yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu kontekstdə, “Azərbaycan Radiosu” və “İctimai Radio”nun həmin ərazidə yayımının təmin olunması ilə bağlı müvafiq olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən və “İctimai Televiziya və Radio Yayımları Şirkəti”ndən Azərbaycan Respublikası Audiovizual Şurasına daxil olmuş məktublara da baxılıb. Alınmış Qərara əsasən Qubadlı rayonu ərazisində yerləşən “Balasoltanlı” RTYS-dan 43-cü TV yayım kanalı açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının aparılması üçün “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin istifadəsinə ayrılıb.

    Həmçinin həmin stansiyadan 89.5 MHs radiotezliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin və 96.9 MHs radiotezliyi “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılıb.

  • Bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları ilə bağlı FƏRMAN

    Azərbaycanda Rəqabət Məcəlləsinə uyğun olaraq rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyən ediləcək.

    Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmanda əksini tapıb.

    Sənədə əsasən, Nazirlər Kabineti altı ay müddətinə bu qaydaları Prezident ilə razılaşdırmaqla təsdiqləməlidir.

    Eyni zamanda, Nazirlər Kabineti

    – Rəqabət Məcəlləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını;

    – bu Məcəllə ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını;

    – bu Məcəllə əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını;

    – rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları);

    – hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını;

    – rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi);

    – İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını və digər sənədləri dörd ay müddətinə təsdiq edib Prezidentə məlumat verməlidir.

  • “Qarabağ”a 1,5 milyon avrodan çox ödəniş edildi

    UEFA “Qarabağ” klubuna 1 516 min avro ödəniş edib.

    Bu barədə AFFA məlumat yayıb.

    Bildirilib ki, bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

    “Köhlən atlar” qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.

  • Bakıda 6 nömrəli məktəbdə nə baş verir? – VİDEO

    Sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb.

    Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün sözügedən məktəbdə olub.

    Valideynlər hadisənin ört-basdır edildiyini bildiriblər:

    “Uşaqla bağlı əvvəl də şikayət olmuşdu. Həmin şagirdlə bağlı heç bir tədbir görmədilər”.

    Baş verənlərlə bağlı cinsi-seksual hərəkətlərə məruz qaldığı deyilən şagirdin valideyni ilə əlaqə saxlanılıb. Ana suallara cavab vermək istəmədiyini deyərək məktəb rəhbərliyinin məsələni həll etdiyini bildirib.

    6 nömrəli məktəbin direktoru Gülşən Orucova da deyəcəklərini kamera qarşısında deyil, şifahi olaraq açıqlayıb. Bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib. Bu həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib. Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb. Direktorun sözlərinə görə, tualetdən kabinetlərə qədər kamera quraşdırılıb. Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda tualetdə birgə olmadığı müəyyən edilib.

    Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova zorakılığa məruz qaldığı deyilən şagirdin sağlamlığı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müayinə zamanı azyaşlıda təşviş, stresdən sonrakı vəziyyət və qorxu simptomları aşkar edilib.

  • Çin və Qırğızıstan sərhədində üç zəlzələ qeydə alınıb

    Çin və Qırğızıstan sərhədində 4,6 bal, 4,7 bal və 4,9 bal gücündə üç təkan qeydə alınıb.

    Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    4,6 bal gücündə zəlzələnin episentri Çinin Aksu əyalətindən 136 km qərbdə və Qırğızıstanın Karakol şəhərindən 143 km cənubda yerləşib. Episentri 10 km dərinlikdə olub.

    4,7 bal gücündə zəlzələnin episentri Aksudan 131 km qərbdə, Karakoldan 137 km cənubda yerləşib. Episentri 10 km dərinlikdə qeydə alınıb.

    4,9 bal gücündə zəlzələnin episentri Aksudan 134 km qərbdə və Karakoldan 133 km cənubda yerləşib. Episentri 10 km dərinlikdə olub.

    Mənbə: TASS

  • Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma məktəbin içində baş verib” – VİDEO

    “Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”.

    Bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni deyib.

    O, Raul Rəhimovun məktəbin içində bıçaqlandığını bildirib.

    “Görən adamlar deyirlər ki, hadisə məktəbin içində baş verib. Məktəbdə oxumayan uşağın məktəbdə nə işi var? Deyirlər qətl həyətdə olub, o zaman hanı hadisənin izləri?” – deyə, o qeyd edib.

    Daha ətraflı süjetdə: