Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
Median.Az xəbər verir ki, qurumun sənədində qeyd olunub:
“SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 24 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 150 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polis əməkdaşları yaralanıb. 1990-cı ilin faciəli hadisələrinin qurbanları simvolik olaraq “20 Yanvar şəhidləri” adlanır. Ümumilikdə Azərbaycanda 150 “20 Yanvar şəhidi” var.
Qardaş xalqın milli birliyinin və vətənpərvərlik rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir.
Kişi ona taksi sürücüsü ilə xəyanət edən həyat yoldaşı tərəfindən qətlə yetirilib.
Belə ki, Akif və Sahilə (Adlar şərtidir) bir il idi ki, ailə qurmuşdular. Kirayə qalan cütlük çox yaxşı yola gedir, bir neçə il işlədikdən sonra övlad sahibi olmaq istəyirdilər.
Bir gün Sahilə internetdən tapdığı iş görüşündən evə qayıdarkən taksi sürücüsü Şakirlə tanış olur. Şakir iş tapmamaqla bağlı başına gələn məzəli əhvalatlar uydurub onu güldürür və Sahilənin ondan xoşu gəlməyə başlayır. Ünvana çatanda Şakir maşından düşüb Sahilənin nömrəsini alır və onların münasibəti başlayır.
Bir neçə gün yazışdıqdan sonra Şakir Sahilənin evinə gəlir, onlar spirtli içki içərək bir-birinə sevgi etirafı edirlər. Daha sonra intim əlaqədə olurlar. Akif isə Sahilə ilə aralarında soyuqluq yarandığını hiss edir, amma büruzə verməməyə çalışırdı.
Şakir Sahilə ilə görüşmək üçün yenidən onun evinə gəlir. Onlar söhbət edərkən Akif qəfil evə gəlir. Evinin qarşısında yad maşın görüb sürətlə içəri girir. Onu qarşılayan həyat yoldaşından maşının kimin olduğunu soruşur, evdə başqa birinin olduğundan şübhələndiyini deyir və otaqları axtarır. Sahilə Akifi sakitləşdirərkən Şakir evdən qaçmağı bacarır.
Həmin gün Akiflə Sahilə axşama qədər söhbət edir. Sahilə daha sonra yemək hazırlayır, lakin Akif istəmədiyini, dincələcəyini deyir. Sahilə isə baş verənləri düşünərək səhərə qədər yatmır.
İstintaq zamanı məlum olub ki, səhər saatlarında Sahilə mətbəxdən götürdüyü bıçaqla Akifin boyun və kürək nahiyəsinə zərbələr endirərək onu qətlə yetirib. Lakin məhkəmədə Sahilənin verdiyi ifadələrdə qeyd olunub ki, əslində, Akif intihara cəhd etmək istəyib. Sahilə onun əlindən bıçağı almaq istəyərkən aralarında mübahisə yaranıb və Akif həyatını itirib.
“Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsi, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsi hər zamankından daha əhəmiyyətlidir”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı ilə görüşdə bildirib.
XİN başçısı həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb.
Американский актер Арнольд Шварценеггер продал на аукционе свои роскошные часы Audemars Piguet, из-за которых его задержали в аэропорту германского Мюнхена. Он выручил за них 270 000 евро, сообщают СМИ.
Благотворительный аукцион состоялся в отеле Stanglwirt в Кицбюэле (федеральная земля Тироль, Австрия). Первоначальная стоимость часов составляла 50 000 евро. Все вырученные средства пойдут на финансирование экологических проектов.
Audemars Piguet – уникальные часы из личной коллекции звезды, они были изготовлены специально для него.
17 января актера задержала полиция на таможне в аэропорту Мюнхена при въезде в Германию. Шварценеггер прилетел на “Всемирный климатический саммит” в Кицбюэле, привезя с собой роскошные часы люксового бренда, которые хотел продать на благотворительном аукционе. Изначально актер привлек внимание таможенников из-за своей известности. Позже у него заметили предмет роскоши. Было возбуждено уголовное дело.
Məşhur amerikalı aktyor Arnold Şvartsenegger Münhen hava limanında saxlanılmasına səbəb olan, özünün dəbdəbəli “Audemars Piguet” saatını hərracda satıb.
O, saat üçün 270 min avro alıb.
Xeyriyyə hərracı Avstriyanın Tirol federal əyalətində Kisbyüel bölgəsindəki “Stanglwirt” otelində baş tutub. Saatın ilkin qiyməti 50 min avro olub. Satışdan əldə edilən gəlirin hamısı ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
“Audemars Piguet” ulduzun şəxsi kolleksiyasından olan unikal saatdır və xüsusilə onun üçün hazırlanıb.
Xatırladaq ki, yanvarın 17-də aktyor Almaniya ərazisinə daxil olarkən Münhen hava limanında gömrük polisi tərəfindən saxlanılıb. Kisbyüeldəki Dünya İqlim Sammitinə gələn Şvartsenegger özü ilə lüks brend “Audemars Piguet”dən dəbdəbəli saat da gətirib. O, saatı xeyriyyə hərracında satmaq istəyib. Əvvəlcə ulduz öz məşhurluğu ilə gömrükçülərin diqqətini çəkib. Daha sonra isə onun əlində dəbdəbəli əşyanın olduğunu görüblər.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı dörd ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Salyan rayon sakini əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyev Keşlə stansiyasının ərazisində saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində keçirilən növbəti tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rəşad Həsənov saxlanılıb. Ondan 1 ədəd “Naqan” tipli tapança aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 5 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini tapdıqları 2 “Kalaşnikov” markalı avtomatı və həmin silaha məxsus 2 darağı könüllü olaraq təhvil veriblər. Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.
В последнее время количество кибератак на профили в социальных сетях растет. На этот раз жертвами мошенничества стали некоторые азербайджанские знаменитости.
Такие известные личности, как Айгюн Кязымова, Пярвиз Абдуллаев, Джейхун Али, уже несколько дней не могут вернуть свои официальные аккаунты в Instagram.
Какие же меры нужно принять, чтобы не столкнуться с подобной ситуацией?
В программе телеканала ATV Xəbərin olsun был представлен сюжет, посвященный данному вопросу.