Month: January 2024

  • Goranboyda sükan arxasında halı pisləşən türkiyəli sürücü qəza törədib

    Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib.

    “Report”un Qərb bürosunun məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub.

    Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Soyuqda orqanizmdə bu 5 qidaya ehtiyacı yaranır

    Soyuqda orqanizmin ehtiyac duyduğu ilk 5 qida məlum olub.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, endokrinoloq Yekaterina Yanq bununla bağlı danışıb.

    Həkimin sözlərinə görə, soyuq havalar üçün ən faydalı 5 qida sırasına duzlu kələm, kök tərəvəzlər, nar, balqabaq və sitrus meyvələr daxildir. Yanq insanlara qışda çoxlu miqdarda C vitamini olan duzlu kələmdən istifadə etməyi tövsiyə edir.

    “Öd axını və dəmirin udulmasını yaxşılaşdırmaq üçün təsirli olur, həmçinin faydalı bakteriyaların sayını artırır və zərərli bakteriyaların sayını azaldır”, – mütəxəssis bildirib.

    Cəfəri, kərəviz, çuğundur, şalğam, yerkökü kimi mövsümi kök tərəvəzlər zəngin vitamin və mineral tərkibinə görə zəngindir.

    Endokrinoloq qeyd edib ki, narın bir hissəsi olan ellagik turşusu bədənin cavanlaşmasına kömək edir, qan axını yaxşılaşdırır, immuniteti yaxşılaşdırır və hüceyrələri kanserogenlərin təsirindən qoruyur.

    Bundan əlavə, həkim qışda beta-karotin və lif mənbəyi olan balqabaq, həzmi və immuniteti yaxşılaşdıran sitrus meyvələrini yeməyə çağırıb.

  • В Баку 25-летняя девушка скончалась от передозировки снотворным

    В Баку произошло самоубийство.

    Как сообщает lent.az, случай зафиксирован на территории Низаминского района столицы.

    Согласно информации, 25-летняя А.Мирагаева превысила дозу потребления лекарственного средства.

    Девушка в тяжелом состоянии была госпитализирована в токсикологическое отделение Клинического медицинского центра, однако, несмотря на оказанную врачами помощь, спасти ей жизнь не удалось. Согласно информации, А.Мирагаева страдала психическим расстройством. Отмечается, что принятое ею лекарство является снотворным препаратом.

    По данному факту проводится расследование.

  • Bakıda yuxu dərmanları 25 yaşlı qızın həyatına SON QOYDU

    Bakıda intihar hadisəsi olub.

    Median.Az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 25 yaşlı A.Mirağayeva həddən artıq dərman qəbul edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

    Lakin burada göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

    A.Mirağayevanın ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. İddiaya görə, onun qəbul etdiyi preparatlar yuxu dərmanları olub.

    Hazırda faktla bağlı araşdırma aparılır.//lent.az

  • Ələt-Astara yolunda təhlükə yaradan sürücü cərimələnib – VİDEO

    Ələt-Astara yolunun 90-cı kilometrində avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri edən DAF markalı 44-BV-243 nömrə nişanlı yük avtomobilinin sürücüsü məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, idarəyə daxil olan məlumat əsasında araşdırma başlanılıb:

    “Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Abdullazadənin sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla o, 500 manat məbləğındə cərimə edilib”.

  • “Çember-11” əməliyyatı: Türkiyədə axtarışda olan minlərlə qaçaq tutulub

    Türkiyədə son beş gündə 81 vilayətdə “Çember-11” adlı əməliyyat keçirilib.

    Bu barədə Türkiyə daxil işlər naziri Ali Yerlikaya məlumat verib.

    “Son beş gündə 81 vilayətdə həyata keçirilən əməliyyatlar nəticəsində axtarışda olan 3209 qaçaq tutuldulub. Mən istəyirəm ki, əziz xalqım bilsin, qaçan cinayətkarların küçələrimizdə sərgərdan gəzməsinə heç vaxt icazə verməyəcəyik”, – nazir əlavə edib.

    Mənbə: Haber Global

  • Во Франции эвакуировали три школы из-за сообщений о минировании

    Три школы в Марселе на юге Франции были эвакуированы из-за сообщений о минировании.

    Об этом сообщил телеканал France 3.

    Но согласно сообщению местной полиции, угрозы оказались ложными.

    “Поступили ложные сообщения о бомбах в лицеях Марселя”, – говорится в сообщении полиции в X.

    Правоохранители добавили, что провели операцию на месте и эвакуировали учащихся. В сообщении полиции приводятся слова министра внутренних дел Франции Жеральда Дарманена, который ранее заявлял, что французские власти разыщут каждого, кто виновен в распространении ложных сведений о минировании.

    Ранее французская газета Le Parisien сообщила о задержании на западе Франции в городе Анже 13-летнего подростка, который подозревается в распространении как минимум 380 ложных сообщений об угрозе взрыва в стране.

  • Fransada üç məktəb mina təhlükəsi ilə əlaqədar təxliyə edilib

    Fransanın cənubundakı Marsel rayonunda üç məktəb mina təhəlükəsi ilə bağlı məlumatlara görə təxliyə edilib.

    Bu barədə “France 3” telekanalı məlumat yayıb.

    Amma məktəbə mina qoyulması barədə məlumatlar yalan çıxıb: “Marsel liseylərində bombaların olması ilə bağlı yalan məlumatlar yayılır”.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, hadisə yerində əməliyyat keçirərək məktəbliləri təxliyə ediblər.

  • Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb

    Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    “Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur”, – qurumdan qeyd olunub.

    Naxçıvan DİN qanunsuz saxlanılan odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edir.

  • Şəmkirdə qəsdən adam öldürməyə cəhdlə bağlı cinayət işi başlanıb

    Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə Şəmkir rayon prokurorluğundan məlumat verilib.

    Belə ki, yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elsevər Əkbərlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.