Month: January 2024

  • Bu şirkətlərin lisenziyası ləğv edilib

    Ötən il teleradio yayımı həyata keçirən 9 şirkətin lisenziyası ləğv edilib.

    Bu barədə Audiovizual Şuranın 2023-cü ilin yekunlarına həsr olunmuş hesabatında bildirilib.

    Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesini həyata keçirib. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə “Caspium Group” MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, “Media Art” şirkətinə, “Metronet” MMC-yə, “Albax TV” MMC-yə, “Şam” MMC-yə, “Real Telecom” MMC-yə, “RA Technologies” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə “İzone” MMC-yə və “Startelekom” MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurasının verdiyi lisenziyalar ləğv edilib.

    Ümumilikdə 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.

    Bununla da hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi aşağıdakı kimidir:

    – 11 ümumölkə yerüstü televiziya redaksiyası;

    – 10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

    – 16 ümumölkə yerüstü radio radio redaksiyası;

    – 4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

    – 10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);

    – 16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;

    – 2 sifarişli yayım xidməti provayderi;

    – 42 universal platforma operatoru;

    – 8 sadə platforma operatoru;

    – 2 multipleks operatoru.

  • Bakıda yasda bədbəxt hadisə – yaralılar var

    Yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyyə edilib.

  • Ceyhun Bayramov Uqanda prezidenti ilə görüşüb

    Uqandaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.

  • “Azəriqaz”: “Limitlərin yenilənməsi başa çatıb”

    SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsi başa çatıb.

    Bunu birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

    “Yenilənmə artıq başa çatıb və yenilənmədən sonra sayğac göstəriciləri qeydə alınıb”, – Xalidə Şimşək qeyd edib.

    Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

  • TƏBİB: “Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır”

    Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

    TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

    Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

    Xatırladaq ki, hadisə nəticəsində 9 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

  • Röyadan keçmiş əri ilə barışması xəbərlərinə REAKSİYA – FOTO

    Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

    O, şəxsi instaqram hesabında keçmiş həyat yoldaşı Anar Cəlilovla barışması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. İfaçı bildirib ki, bu, yalan məlumatdır:

    “Əzizlərim, biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik öz evində…”

    Xatırladaq ki, Anar Cəlilov “Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğludur. Anar Röya ilə 2008-ci ildə ailə qurub, 2014-cü ildə isə onlar boşanıblar. Cütlüyün Hüseyn adlı bir oğulları var. (baku.ws)

  • Azərbaycanda məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildilər – VİDEO

    Mingəçevirdə məktəbdə tüstülənmə baş verib.

    Hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb.

    Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.

    Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

    Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub.

    Yanğın hadisəsi qeydə alınmayıb.

  • Paytaxtın hansı ərazilərində beş mərtəbədən hündür bina tikməyə İCAZƏ VERİLMƏYƏCƏK? – ARAŞDIRMA

    Bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sədri Anar Quliyev tarixi binaların üstünlük təşkil etdiyi ərazilərin qorunub-saxlanılacağı ilə bağlı bəzi açıqlamalar verdi.

    Xüsusi mühafizə olunan 1 000 hektardan çox ərazidə hündürlüyü beş mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcəyini söyləyən DŞAK sədri həmin ərazilərdə tarixi abidələrin sıxlığının nəzərə alındığını və tikintiyə məhdudiyyət qoyulduğunu da diqqətə çatdırıb.

    Onun sözlərinə görə, xüsusilə şəhərin mərkəzində tarixi-mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.

    Baş Planda nələr əks olunub?

    Qeyd edək ki, Bakı şəhərinin yeni Baş Planında da tarixi ərazilərin mühafizə olunacağı və orada çoxmərtəbəli binaların tikintisinin qarşısının alınacağı birmənalı şəkildə təsbit olunub.

    Sənəddə mühüm əhəmiyyətə malik mərkəzi ərazilərin, yəni şəhər nüvəsini əhatə edən Bakının Mərkəzi Planlaşdırma Rayonunun konkret sərhədləri əks olunub. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə həmin rayonun hüdudları daxilində yerləşən ərazilərdə aparılacaq gələcək inkişaf tədbirləri üzrə müəyyən qaydaların tətbiqi nəzərdə tutulur.

    Bu ərazilər hansılardır?

    Xüsusi mühafizə zonasının ərazisi şəhərin mərkəzi hissəsini əhatə edir. Daha dəqiq desək, Kövkəb Səfərəliyeva, Salatın Əsgərova küçələri, Dənizkənarı Bulvardan Bayraq meydanına qədər olan ərazi xüsusi mühafizə zonasına daxil edilib.

    Bura tarixi bina və abidələrlə müasir memarlıq üslubundakı tikililərin ahəngi ilə səciyyələnir və daxilində yeni inkişaf əraziləri (nöqtəvi inkişaf imkanları və ya köhnə sənaye əraziləri), habelə mədəni və tarixi irsin qorunması imkanları (konservasiya və ya bərpa) inkişafın şəhərin tarixi simasının və canlılığının qorunaraq həyata keçirilməsi baxımından əsas rol oynayır.

    Mövzu ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan memar Cahid Həsənov əvvəlki dövrlərdən fərqli olaraq, yeni təqdim olunan Baş Planda Bakının gələcək simasının ətraflı əks olunduğunu diqqətə çatdırıb:

    “Xüsusilə də beşmərtəbəli binaların olduğu ərazilərin qorunması ilə bağlı məsələlərin qeyd olunması çox mühümdür. Bir neçə il əvvələ qədər paytaxtın tarixi-memarlıq ansamblları vardı. Ancaq onların yaxınlığında 15-18 mərtəbəli binaların inşa edilməsi ilə istər məhəllə daxilində, istərsə də şəhərin ümumi planı çərçivəsində vizual görüntü pozuldu”.

    Dünyada tarixi binalar belə qorunur, amma bizdə…

    Memarın sözlərinə görə, bir çox ölkələrdə tarixi-memarlıq abidələrinin və binalarının qorunması sahəsində böyük təcrübə əldə edilib:

    “Həmin ölkələrdə turistləri cəlb etmək üçün belə binaları və abidələri qoruyur, restavrasiya edirlər. Üstəlik, onlarla bağlı reklam videoçarxları hazırlayır və turistlərə təqdim edirlər. Onlar da bu videolara baxmaqla, binalar və ya abidələrlə bağlı ətraflı məlumat əldə edirlər.

    Bizdə isə Bakının bütün nöqtələrində qədim və tarixi binalar kifayət qədərdir və bundan istifadə etməklə, xeyli sayda turist cəlb etmək olar. Amma bir çoxunun yaxınlığında və ya ətrafında 9-18 mərtəbə arasında hündür binalar inşa ediblər. Bununla da həmin abidələr vizual baxımdan öz qədimiliyini, əhəmiyyətini itirir və artıq əvvəlki kimi turist cəlb etmək olmur”.

    Müsahibimizin sözlərinə görə, yeni Baş Plan bu cür halların qarşısını almaq üçün hazırlanıb:

    “Əsas məqsəd – tarixi binaların və abidələrin olduğu ərazilərin vizual görüntüsünün və qədimiliyinin qorunub-saxlanılmasıdır. Təbii ki, şəhər yenilənməli, müasirləşməli və modern üslubda binalar tikilməlidir. DŞAK da problemə bu kontekstdən yanaşaraq, tarixi əraziləri təyin etməyə başlayıb. Yerli icra hakimiyyəti orqanları da belə yerlərdə özəl sahibkarların çoxmərtəbəli binalar tikməsinə sərəncam verə bilməyəcək”.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 1,43 доллара (1,72%) и составила 84,44 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти определена на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,72% artaraq 84,44 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.