Month: January 2024

  • Nikol Paşinyan: “Ermənistanın yeni konstitusiyaya ehtiyacı var”

    “Ermənistanın yeni konstitusiyaya ehtiyacı var”.

    Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.

    “Mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var – konstitusiyaya düzəlişlər yox, yeni konstitusiyaya. Ədliyyə naziri ilə işgüzar söhbət zamanı bunu ona görə qeyd etdim ki, daha geniş müzakirələrə səbəb olsun”, – deyə Paşinyan bildirib.

    “Ermənistan Respublikasında səsvermənin nəticələrinə əsasən, Ermənistan Respublikası xalqı tərəfindən qəbul edilmiş konstitusiya olmalıdır. O, heç kimdə şübhə yaratmamalıdır. Bu, həm də legitimliklə bağlı mühüm amildir”, – baş nazir vurğulayıb.

    O qeyd edib ki, onun fikrincə, gələcəyə strateji baxış Ermənistanın “suveren, hüquqi, demokratik və sosial dövlət” olmasından ibarət olmalıdır.

    Mənbə: TASS

  • Peskov Başqırdıstanda iğtişaşların kütləvi olmadığını bildirib

    “Başqırdıstanda razılaşdırılmamış aksiyaları kütləvi adlandırmaq olmaz”.

    Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı söyləyib.

    O bildirib ki, yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul olur.

    “Mən “kütləvi iğtişaşlar və kütləvi etirazlar” ifadəsi ilə razılaşmazdım. Kütləvi iğtişaşlar və kütləvi etirazlar yoxdur. Orada fərdi təzahürlər var. Onlar yerli hakimiyyət orqanlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir”, – deyə Kremlin nümayəndəsi qeyd edib.

    “Bu işdə mən hüquqi termindən deyil, iştirak edənlərin sayını müəyyən edən termindən istifadə etdim. Çünki sual məhz belə tərtib edilib. Qeyri-hüquqi dillə desək, mən bunların kütləvi aksiya olması ilə razılaşmıram”, – deyə Kremlin rəsmisi əlavə edib.

    Mənbə: TASS

  • 3-cü Dünya Müharibəsi başlayarsa, ən təhlükəsiz yerlər haradadır?

    Yaranan münaqişələr yeni dünya müharibəsinin başlayacağı ilə bağlı fərziyyələri ortaya çıxarıb.

    Bəs belə bir vəziyyətdə ən təhlükəsiz yerlər harada olacaq?

    Ölkələr arasında münaqişələrin genişlənəcəyi və qlobal ölçüyə çatacağı ilə bağlı narahatlıqlar olsa da, 3-cü Dünya Müharibəsi ssenariləri artıq ortaya çıxmağa başlayıb.

    Xəbərlərdə politoloqların fikirlərindən tutmuş fərqli sahədən proqnozlar yer alarkən, İngiltərənin ən çox satılan qəzetlərindən biri olan “Daily Mail” yeni dünya müharibəsində dünyanın ən təhlükəsiz nöqtələrini təyin edib.

    3-cü Dünya Müharibəsi başlayarsa, ən təhlükəsiz yerlər aşağıdakı kimi sıralanır:

    -Antraktika;

    -Argentina;

    -Butan krallığı;

    -Şili;

    -Fici adası;

    -Qrenlandiya;

    -İslandiya;

    -İndaneziya;

    -Yeni Zellandiya;

    -İsveçrə;

    -Tuvalı.

    //azxeber.com

  • Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib

    Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib.

    “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilib.

    Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.

    Bununla bağlı, həmçinin “Polis haqqında”, “Ümumi təhsil haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib.

  • Prezident dörd sənəddə dəyişiklik etdi

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində aşağıdakı məzmunda 281-1-ci və 284-2-ci maddələr əlavə edilib:

    “Maddə 281-1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə

    281-1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə –

    beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    281-1.2. Bu Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə –

    beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    281-1.3. Bu Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə –

    yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

    Maddə 284-2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma

    284-2.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda –

    üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    284-2.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda –

    beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilmir”.

    Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 614-1-ci maddə əlavə edilib:

    “Maddə 614-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılması

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə –

    on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

    Qeyd:

    1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilmir.

    2. Bu Məcəllənin 614-1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.

    Eyni zamanda, sərəncamla “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 2-ci maddəsinə aşağdakı hissə əlavə edilib:

    “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla) yaymamalıdır”.

    Bununla yanaşı, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununa aşağıdakı məzmunda 13-2.3.3-1-ci maddə əlavə edilib:

    “13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla)”.

  • В Азербайджане директора школы поймали на взятке? – ВИДЕО

    Директор средней школы №4 города Мингячевир, где учатся около 1 400 учеников, “продает” учителям часы занятий.

    Об этом oxu.az сообщила учительница географии указанной школы Хабиба Рахибова.

    По ее словам, Азер Газиев, который почти 20 лет возглавляет учебное заведение, получает взятки от преподавателей в размере 50 манатов за каждый учебный час.

    “Такая ситуация в школе длится уже почти 20 лет. В связи с этим я обращалась в соответствующие инстанции. В отношении директора школы было возбуждено уголовное дело по статьям 179.2.3 и 179.2.4 (присвоение или растрата, совершенные лицом с использованием своего служебного положения и с причинением значительного ущерба) Уголовного кодекса Азербайджана. В сентябре 2023 года мы сняли на видео процесс передачи взятки. Теперь директор разными способами оказывает на меня давление. Он угрожает мне, моей семье и дочерям и хочет разоблачить меня различными способами, подговаривая старшеклассников школы. В связи с этим я дважды обращалась на горячую линию 102 МВД. Несколько учеников были оштрафованы и взяты под надзор на шесть месяцев.

    На учителей и учеников, которые со мной общаются, тоже оказывают давление. Я хожу по школе как привидение, никто со мной не разговаривает. Причина – моя открытая борьба с директором”, – рассказала она.

    Директор школы Азер Газиев сообщил Oхu.Az, что дело расследуется прокуратурой и он ожидает результаты.

    “Я работаю в этой школе с 1986 года, с 2005-го являюсь ее директором. Я передовой работник образования в республике, награжден медалью “Терегги”. Это все было подстроено. Дело находится в прокуратуре, ведется расследование. Недавно также были проведены финансовые проверки. Ждем результатов проверок и расследований”, – сказал А.Газиев.

  • Azərbaycanda məktəb direktoru rüşvət alarkən görüntüləndi – İDDİA (VİDEO)

    “1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.

    Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova oxu.az-a açıqlamasında səsləndirib.

    O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:

    “20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.

    Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.

    Səsləndirilən iddialarla bağlı Oxu.Az-a açıqlama verən məktəb direktoru Azər Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:

    “Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”.

    Həmin görüntüləri təqdim edirik:

  • Религиозным образованиям в Азербайджане выделена финансовая помощь – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение об оказании финансовой помощи религиозным образованиям в Азербайджане.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях поддержки деятельности религиозных конфессий, а также дальнейшего развития мультикультурных ценностей и сохранения высокой толерантной среды в стране постановляю:

    1. Для оказания финансовой помощи религиозным образованиям в Азербайджане из предусмотренного в государственном бюджете Азербайджанской Республики на 2024 год резервного фонда Президента Азербайджанской Республики выделить Управлению мусульман Кавказа 2 (два) млн манатов, религиозному образованию Бакинская и Азербайджанская епархия Русской Православной церкви – 350 (триста пятьдесят) тысяч манатов, Религиозной общине горских евреев города Баку – 350 (триста пятьдесят) тысяч манатов, Бакинской религиозной общине европейских евреев – 350 (триста пятьдесят) тысяч манатов, религиозному образованию Апостольская префектура Католической церкви в Азербайджанской Республике – 350 (триста пятьдесят) тысяч манатов и Албано-удинской христианской религиозной общине Азербайджанской Республики – 350 (триста пятьдесят) тысяч манатов, а также Фонду пропаганды духовных ценностей в подчинении Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями с целью материальной поддержки других неисламских религиозных общин – 350 (триста пятьдесят) тысяч манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего Распоряжения”.

  • Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, ölkəmizdə dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə iki milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

    Sərəncam ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi və yüksək tolerantlıq mühitinin qorunması məqsədilə imzalanıb.

  • Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya olunub

    Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Cavid Sabir oğlu Hüseynlinin ekstradisiyası haqqında qərar qəbul olunub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Sumqayıt Şəhər Polis idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı Cavid Hüseynlinin Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla barəsində beynəlxalq axtarış elan edilib.

    Cavid Hüseynli yanvarın 18-də Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.