Month: February 2024

  • В Сумгайыте 16-летняя девушка отравилась угарным газом

    В Сумгайыте зафиксирован случай отравления с летальным исходом.

    Как сообщает АПА, Фатима Нуралиева (2008 г.р.), проживавшая в доме на улице Гаджи Зейналабдина Тагиева, скончалась, отравившись угарным газом в ванной комнате.

    По данному факту проводится расследование.

  • Sumqayıtda 16 yaşlı qız dəm qazından boğulub

    Sumqayıtda 16 yaşlı qız dəm qazından boğulub.

    APA xəbər verir ki, 2008-ci il təvəllüdlü Fatimə Elvin qızı Nurəliyeva yaşadığı H.Z.Tağıyev küçəsindəki evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Объявлено о запуске тройки COP – ФОТО

    COP-28 объявил о запуске тройки президентов Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP).

    Об этом сообщается на официальной странице COP-28 в социальной сети X.

    “Сегодня COP28 запустил тройку президентов COP – партнерство с Азербайджаном и Бразилией, призванное улучшить сотрудничество и преемственность между нынешним и будущими председательствами COP, что приведет к активизации климатических действий в поддержку “Миссии 1,5°C”.

    Тройка станет платформой для сотрудничества трех председательств в период до COP-30, чтобы повысить амбиции по всем компонентам Парижского соглашения и скорректировать курс в соответствии с “Консенсусом ОАЭ”, согласованным в Дубае”, – говорится в сообщении.

  • COP28 bu gün COP sədrlikləri üçlüyünü işə salıb – FOTO

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) bu gün COP sədrlikləri üçlüyünü işə salıb.

    Median.Az xəbər verir ki, bu barədə COP28-in “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, COP28 “Missiya 1.5°C”ni dəstəkləmək üçün iqlimlə bağlı fəaliyyətin artırılmasına gətirib çıxaran cari və gələcək COP sədrlikləri arasında əməkdaşlığı, eləcə də davamlılığı yaxşılaşdırmaq üçün Azərbaycan və Braziliya ilə tərəfdaşlıq olan COP sədrlikləri üçlüyünü işə salıb.

    Üçlük Dubayda razılaşdırılmış BƏƏ Konsensusuna uyğun olaraq Paris Sazişinin bütün sütunları üzrə ambisiyaları yüksəltmək üçün üç sədrliyin indi və COP30 arasında əməkdaşlıq etməsi üçün bir platforma təmin edəcək.

  • Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb

    Heydər Əliyev prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

  • Провокацию на зангиланском направлении совершили члены армянской террористической организации “Еркрапа”

    В результате проведенной подразделениями Государственной пограничной службы Азербайджана операции “Возмездие” были уничтожены члены армянской террористической организации “Еркрапа”.

    Об этом сообщают армянские СМИ.

    Напомним, вчера на зангиланском направлении условной государственной границы армянский снайпер ранил азербайджанского военнослужащего.

    Также 12 февраля в 20:50 и 23:40 подразделения вооруженных сил Армении со своих позиций в населенном пункте Чинарлы Товузгалинского района обстреляли из стрелкового оружия позиции азербайджанской армии в направлении населенного пункта Коханаби Товузского района.

    Напомним также о том, что 30 января глава “Еркрапа” Сасун Микаелян заявлял о том, что свыше 10 000 членов армянской террористической организации в постоянном режиме находятся на боевых позициях на условной азербайджано-армянской границе.

  • Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar

    Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.  

    Məlumatı Ermənistan mətbuatı yayıb.

    Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi.

    Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə – “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir. “Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir.

     Mənbə: Caliber

  • AMEA-nın beş əməkdaşı işdən çıxarılıb – FOTO

    AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb.

    Bununla bağlı AMEA-nın Direktorlar Şurasının iclasında qərar qəbul olunub.

    Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 elmi işçi vəzifələrindən azad ediliblər.

    Eyni zamanda İnstitutun bir neçə əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.

  • Laçın və Kəlbəcərdə üç yaşayış məntəqəsinin tikintisinə başlanılır

    Sərgi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.

    Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, “Azərmemarlayihə” Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidənqurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb.

    Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanması dair satınalma müqaviləsi bağlanılıb.

    Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərinin layihələndirmə işlərinin satınalınmasını əhatə edir.

  • Qusar Rayon Mərkəzi Xəstəxanası cərimələndi

    “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs barəsində inzibati protokol yazılıb.

    Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
     
    İş Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilovun icraatındadır. Baxış iclası fevralın 23-də keçiriləcək.