Month: February 2024

  • Konstitusiya Məhkəməsinin növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başladı – CANLI

    Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına dair iclası başlayıb.

    Median.Az bildirir ki, iclasda prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinə baxılacaq.

    Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

    MSK-nın yekun nəticələrinə əsasən, seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.

  • Утверждены новые тарифы на почтовые услуги в Азербайджане – ТАБЛИЦА

    В Азербайджане утверждены тарифы на услуги универсальной почтовой связи.

    Как сообщает iqtisadiyyat.az, коллегия Министерства цифрового развития и транспорта Азербайджана подписала соответствующее постановление.

    Документом утверждаются тарифы на услуги универсальной почтовой связи.

    Юридическому отделу поручено в трехдневный срок со дня принятия настоящего постановления обеспечить представление в Министерство юстиции для включения в Государственный реестр правовых актов.

    Документ вступает в силу со дня его опубликования в электронной версии Государственного реестра правовых актов.

    Тарифы на услуги универсальной почтовой связи

    1. Тарифы на внутренние почтовые отправления






  • Azərbaycanda poçt xidmətlərinin yeni tarifləri – SİYAHI + FOTO

    Universal poçt rabitəsi xidmətlərinin tarifləri müəyyənləşib.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar imzalayıb.

    Kollegiya Universal poçt rabitəsi xidmətləri üzrə tarifləri təsdiq edib.

    Hüquq şöbəsinə bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.

    Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.






  • Bu gün Çempionlar Liqasında 1/8 final başlayır Bizim WhatsApp

    Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

    Median.Az-ın məlumatına görə, ilk gündə iki oyun keçiriləcək.

    Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.

    İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leypziq”lə üz-üzə gələcək.

    UEFA Çempionlar Liqası
    1/8 final, ilk oyunlar
    13 fevral

    00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
    Baş hakim: Xose Maria Martines (İspaniya).
    Kopenhagen, “Parken” stadionu

    00:00. “Leypziq” (Almaniya) – “Real” (İspaniya)
    Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).
    Leypziq, “RB Arena”

    Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.

  • Azərbaycanda bankların investisiya xidməti göstərməsi qaydası təsdiq edilib

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

    Median.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra həmin qayda banklara da aid ediləcək və “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” adlanacaq.

    Banklar investisiya xidmətlərini bu məqsədlə yaradılmış bölmə vasitəsilə həyata keçirilməli, bu xidmətləri göstərən bank əməkdaşları ixtisas şəhadətnaməsinə, rəhbər şəxs isə investisiya xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsinə malik olmalı, kredit təşkilatları isə müştərilərə investisiya xidmətlərinin göstərilməsi üçün müvafiq strategiyaya, risklərin idarəedilməsi qaydasına və rəqəmsal texnologiyalara malik olmalıdır.

    Anderrayter qiymətli kağızlar yerləşdirərkən mövcud və yaxud mümkün risklər barədə təhlil aparılmalı və investorlara yazılı məlumat verilməlidir.

    Bundan başqa, həm investisiya şirkətləri, həm də banklar müştərinin tələbi ilə elektron formada bağlanmış müqavilənin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim edəcək.

    İnvestisiya xidmətləri ilə bağlı müqavilə imzalanarkən həm fiziki, həm də hüquqi şəxslərdən digər sənədlərlə yanaşı bank rekvizitləri, eləcə də fiziki şəxslərdən fərdi identifikasiya nömrəsi tələb ediləcək.

    Həmçinin investisiya şirkətləri və banklar müştəriyə investisiya xidmətləri göstərməmişdən əvvəl uyğunluq tədbirləri həyata keçirəcək.

    İnvestisiya şirkətləri və banklar müştəri hesablarının (depo və marja hesablarının) açılması və müqavilənin bağlanması üçün müraciət edən şəxsdən məlumatları, imza və möhür nümunələri vərəqələrini əldə edəcək.

    AMB-nin Hüquq departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Bakıda “Prius” sürücüsündən alqışalayiq addım – VİDEO

    Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü alqışalayiq addım atıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən aydın olur ki, sürücü tullantıları yığan şəxsin ağır yükünü maşınla dartıb. Adətən adı qəribə yol-nəqliyyat hadisələrində hallanan “Toyota Prius” markalı avtomobilin sürücüsünün bu hərəkəti izləyicilərin marağına səbəb olub.

    Ətraflı Baku TV-nin süjetində:

  • Braziliya Qayana ilə sərhədə minlərlə əlavə canlı qüvvə yerləşdirəcək

    Braziliya Qayana ilə sərhədə əlavə iki min hərbçi göndərəcək.

    “Sərhəddəki vəziyyət bizi strateji planda nəzərdə tutulan bəzi dəyişiklikləri daha tez həyata keçirməyə məcbur edir”, – ölkə hökumətinin açıqlamasında deyilir.

    Bildirilir ki, son aylarda Qayana ilə həmsərhəd Rorayma ştatında motoatıcı, zirehli texnika və artilleriya qüvvələrinin sayı demək olar ki, üç dəfə artırılıb.

    Xatırladaq ki, hazırda Venesuela Qayananın Essekibo vilayətinə iddia edir və bu fonda bölgədə vəziyyət bir qədər gərginləşib.

    Mənbə: TASS

  • Yunanıstanda silahlı hücum: Ölənlər var

    Bazar ertəsi Afinanın cənubundakı Qlifada bölgəsində gəmiçilik şirkətində baş verən atışmada dörd nəfər həlak olub.

    Məlumata görə, şirkətin keçmiş işçisi olduğu güman edilən hücumçu binaya daxil olaraq işçilərə atəş açıb, iki kişi və bir qadını öldürüb, sonra silahı özünə tərəf çevirərək intihar edib.

    Hücum edən şəxsin 70 yaşlı Misir vətəndaşı olduğu müəyyən edilib. Bəzi məlumatlara görə, onu tutduğu vəzifədən azad edən məhz bu şirkət olub. Polis rəsmi olaraq qurumun adını açıqlamasa da, media bunun “European Navigation” adlı şirkət olduğunu göstərir.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları binanın ətrafının çox hissəsini mühasirəyə alıb, hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları da gəlib.

    Mənbə: eurointegration.com.ua

  • Bakıda “Prius” sürücüsündən alqışalayiq addım – VİDEO

    Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü alqışalayiq addım atıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən aydın olur ki, sürücü tullantıları yığan şəxsin ağır yükünü maşınla dartıb. Adətən adı qəribə yol-nəqliyyat hadisələrində hallanan “Toyota Prius” markalı avtomobilin sürücüsünün bu hərəkəti izləyicilərin marağına səbəb olub.

    Ətraflı Baku TV-nin süjetində:

  • Bakıda dolmanın içindən narkotik çıxdı

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Penitensiar Xidmətdən bildirilib.

    Məlumata görə, Vasif Vaqif oğlu Hüseynzadənin tanışı Vüsal Nurəddin oğlu İsayev tərəfindən gətirilmiş sovqatdakı dörd ədəd dolmanın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 4,650 qram qurudulmuş marixuana aşkar olunub.