Month: February 2024

  • FHN-dən yanğınla bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO

    Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla ehtiyatsızlıq, uşaqların nəzarətsiz qalması və s. kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.

    Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

    – elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!

    – standartlara uyğun olmayan qaz cihazlarından istifadə yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!

    – elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!

    – elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!

    – mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!

    – mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

    – uşaqları nəzarətsiz qoymayın, onların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!

    – tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!

    Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng vurun!

  • В Азербайджане арестован мужчина, финансировавший международный терроризм

    В Азербайджане арестован мужчина, финансировавший международный терроризм.

    Сабаильский районный суд города Баку избрал меру пресечения в виде ареста в отношении гражданина Азербайджанской Республики (АР) Юсифа Алиева по уголовному делу, возбужденному Службой государственной безопасности (СГБ) АР.

    На основании предъявленного Ю.Алиеву обвинения было установлено, что он перевел средства, собранные путем создания различных закрытых групп в Telegram и WhatsApp, в зарубежные страны с целью финансирования международной террористической организации. В связи с вышеперечисленным он привлечен к уголовной ответственности.

    Юсиф Алиев обвиняется по статье 214-1 (финансирование терроризма) Уголовного кодекса АР.

  • Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edildi

    Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib.

    Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Yusif Sultan oğlu Əliyev barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub.

    Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

    Davam edən cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.

  • Стало известно, где в Азербайджане смогут проголосовать российские миротворцы

    Граждане России, проживающие в Азербайджане, смогут проголосовать на выборах президента страны на избирательном участке в посольстве Российской Федерации (РФ), а также на двух мобильных участках.

    Об этом в интервью российской газете “Известия” сообщил посол России в Азербайджане Михаил Евдокимов.

    “Традиционно мы открываем избирательный участок в посольстве, он будет работать 17 марта с 08:00 до 20:00. И, как это заведено, мы согласовали и получили поддержку азербайджанской стороны на организацию двух выездных пунктов”, – сказал он, указав, что открывать стационарные избирательные участки в Гяндже и Ханкенди, где будут голосовать российские миротворцы, не имеет смысла из-за малого количества избирателей.

    Евдокимов отметил, что посольство готово к тому, что при голосовании людей будет больше, чем обычно.

    “Как правило, у нас приходит 1 100 – 1 300 человек. Но готовы принять любое количество россиян”, – добавил дипломат.

    Совет Федерации назначил выборы президента России на 17 марта 2024 года. Центризбирком решил, что голосование продлится три дня: 15, 16 и 17 марта. Таким образом, это будут первые трехдневные выборы главы российского государства.

  • Rusiyalı sülhməramlıların Azərbaycanda harada səs verəcəyi bəlli oldu

    “Azərbaycanda yaşayan Rusiya vətəndaşları prezident seçkisində Rusiya səfirliyindəki seçki məntəqəsində, həmçinin iki səyyar seçki məntəqəsində səs verə biləcəklər”.

    Bu açıqlamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov verib.

    “Ənənəvi olaraq biz seçki məntəqəsini səfirlikdə açırıq, o, martın 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq. Və adət üzrə iki səyyar məntəqənin təşkili ilə bağlı Azərbaycan tərəfi ilə razılığa gəlinib”, – deyə rusiyalı diplomat əlavə edib.

    Mixail Yevdokimov əlavə edib ki, Rusiya sülhməramlıları Gəncə və Xankəndidəki stasionar seçki məntəqələrində səs verəcəklər.

    Mənbə: “İzvestiya”

  • В Сумгайыте произошел пожар на открытой территории

    В жилом массиве “Гурд дереси” в городе Сумгайыт на открытой территории произошел пожар.

    Как сообщает АПА, сгорели семь различных деревьев и кустарники на участке площадью 500 кв.м.

    На место происшествия были привлечены сотрудники Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям.

    Благодаря профессионализму и оперативности пожарных огонь был локализован и потушен.

    Причина инцидента расследуется.

  • Sumqayıtda 500 kvadratmetr ərazi yanıb

    Sumqayıtda açıq sahədə yanğın olub.

    APA xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivi ərazisində qeydə alınıb.

    500 kvadratmetr kol-kos və yeddi ədəd müxtəlif ağac yanıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

    Yanğın söndürülüb. Hadisənin səbəbi araşdırılır.

  • Человек впервые стал жертвой вируса Alaskapox в США

    На полуострове Кенай в США зафиксирован первый случай заражения вирусом Alaskapox, приведший к летальному исходу. Согласно одной из версий, источником заражения могла послужить кошка, которая жила вместе с погибшим.

    Как утверждают власти Аляски, пожилой мужчина долго болел и находился под наблюдением врачей, которые считали, что у него оспа. У пациента присутствовали характерные для этой болезни симптомы: повышенная температура, увеличенные лимфоузлы, красные пятна и ослабление иммунной системы. Однако после смерти мужчины медики пересмотрели его анамнез и повторно изучили результаты анализов.

    В крови американца обнаружили следы AKPV – он же Alaskapox. Данный вирус был открыт в 2015 году. До настоящего времени им переболели только пять человек, и все остались живы. Согласно оценкам вирусологов, изначально вирус появился у крупного рогатого скота, после чего передался грызунам, а от них – домашним кошкам.

    Допускается, что пенсионер мог заболеть от незначительного укуса своего питомца.

    Источник: osnmedia.ru

  • “Alyaskapox” virusundan ilk ölüm qeydə alınıb

    “Alyaskapox” virusundan ilk ölüm faktı qeydə alınıb.

    Virus səbəbindən yaşanan ilk ölüm ABŞ-nin Kenay yarımadasında baş verib.

    Versiyalardan birinə görə, infeksiya mənbəyi mərhumla birlikdə yaşayan pişik olub.

    Alyaskanın səlahiyyətlilərinə görə, yaşlı adam uzun müddətdir xəstə olub və həkimlərin nəzarəti altında idi. Həkimlər onun çiçək xəstəliyinə tutulduğunu hesab ediblər, çünki onda bu xəstəliyə xas olan simptomlar müşahidə olunub: qızdırma, böyümüş limfa düyünləri, qırmızı ləkələr və immun sisteminin zəifləməsi. Lakin kişinin ölümündən sonra həkimlər onun xəstəlik tarixçəsini və analiz nəticələrini yenidən nəzərdən keçiriblər.

    Kişinin qanında “Alyaskapox” kimi tanınan AKPV virusunun izləri tapılıb.

    Bu virus 2015-ci ildə aşkar edilib. Bu günə qədər yalnız beş nəfər bu virusa yoluxub, onlardan hamısı sağ qalıb. Virusoloqların fikrincə, virus ilkin olaraq mal-qarada yaranıb, sonra gəmiricilərə, onlardan isə ev pişiklərinə keçib. Ehtimal olunur ki, ölən təqaüdçü ev heyvanının yüngülcə dişləməsi nəticəsində xəstələnib.

  • Bakıda məşhur klinikada süni mayalanma fırıldağı: “Kişi uşağının atası olmadığını öyrəndi” – ŞOK OLAY (FOTO)

    “Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir”.

    Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.

    O, bildirib ki, işin təfərrüatları Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunub:

    “Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib və alıb da). Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər.

    Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər (yəni kişi ata kimi qalıb və aliment ödəməyə məcbur edilib). Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi.

    Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar.

    Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki bu uşaqların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindidir. Bildiyimə görə digər oxşar məhkəmə işləri də var!”